Məhkəmə qərarları › İş №2(102)-2405/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2405/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2405/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilənliyi (mümkünlüyü), iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Gülə hməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1213/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı (hal-hazırda ləğv prosesindədir, bundan sonra – Bank) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 100/ 02/99195/15 №-li kredit müqaviləsinə əsasən, Bank iddiaçıya 12 ay müddətinə, illik 18% olmaqla, 577.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 9.1-ci maddəsinə müvafiq olaraq qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun. Başqa mülki iş üzrə Bank iddiaçıya və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən kredit müqaviləsi üzrə cəmi 524622,82 ABŞ dolları kredit borcunun cavabdehlərdən tutulmasını və t utmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini xahiş etmişdir. Həmin iş üzrə borcalan (İddiaçı) kredit müqaviləsinin 9.1-ci maddəsinə istinad edərək, devalvasiya nəticəsində işləri zəiflədiyi üçün krediti qaytara bilmədiyini və bu səbəbdən Bank qarşısında heç bir məsuliyyət daşımadığını bildirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)258/2018 saylı iş üzrə 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə cəmi 486167,70 ABŞ dolları kredit borcunun Bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-770/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi və dəbbə pulunun tutul ması hissələrində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7026/2019 saylı iş üzrə 13 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka və Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Bank arasında bağlanmış 100/02/991995/15 saylı, 17 mart 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə iddiaçının öhdəli klərinin artan 304.000 manat ekvivalentində olan hissəsinin icrasından azad edilməsi, fors-major halın baş verməsindən sonra manat ekvivalentində artmış hissənin silinməsinin Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, bu barədə məlumatların “xxxx” MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi X3 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50%- dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəy əri kəskin şəkildə bahalaşmışdır. İddiaçı kredit müqaviləsi bağlayarkən əsas götürdüyü şərait (ilkin mərhələdə Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyərinin 1,05 AZN məbləğində olması, sonra isə X7 Heyətinin müvafiq qərarı əsasında ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə dəyər itirməsi) əhəmiyyətli dərəcədə dəyişmiş, istinad olunan “kredit müqaviləsi”-nin 9.1-ci bəndində göstərilmiş fors-major hal baş vermiş və həmin qərarda nəzərdə tutulmuş maliyyə tədbirlərini (milli valyutanın devalvasiyası və üzən məzənnə rejiminə keçid) ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün olmamışdır. Həmin qərardan sonra üzən məzənnə rejiminə keçid nəticəsində hazırkı kredit müqaviləsinin predmetinin, yəni iddiaçının kredit öhdəliklərinin ifadə olunduğu ABŞ dollarının dəyərinin iddiaçın ın gəlirlərinin ifadə olunduğu Azərbaycan manatı ilə müqayisədə tədricən surətlə artması nəticəsində iddiaçının gəlirləri və xərcləri arasında tərs mütənasiblik formalaşmış və bu hal onun maliyyə vəziyyətini xeyli ağırlaşdırmışdır. Belə ki, istinad olunan “kredit müqaviləsi”-nin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major hal baş vermiş, devalvasiyadan sonra iddiaçının öhdəliklərinin məbləği manat ekvivalentində birdən-birə 50%-dən çox artmışdır. 468 000 ABŞ dolları məbləğində olan iddiaçının borcu - qeyd olunan fors-major halın baş verməsindən əvvəl manat ekvivalentində 491 400 manat məbləğində olan kredit borcu birdən-birə artaraq 795 600 manat ekvivalentinə yüksəlmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə iddiaçı öhdəliyinin artmış 304 000 manatlıq hissəsindən azad edilməli və həm in öhdəlik Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməlidir. Məhkəməyə təqdim edilmiş Bankın 10.06.2016-cı il tarixli maliyyə arayışında, iddiaçının 17.03.2015-ci il tarixə Banka 476.329,67 ABŞ dolları əsas, 17.957,78 ABŞ dolları faiz, 30.335,37 ABŞ dolları cərimə, cəmi 524.622,82 ABŞ dolları borcunun olduğu qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin 15.10.2019-cu il tarixli çıxarışında iddiaçının Banka 577.000 ABŞ dolları (kreditin qalıq məbləği – 476.329,67 ABŞ dolları; faiz məbləği 51.627,45 ABŞ dolları olmaqla) borcunun olduğu qeyd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5403/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə Ban k arasında bağlanmış 100/02/991995/15 saylı, 17 mart 2015-ci il tarixli kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş forsmajor halın, yəni devalvasiyanın baş verməsi nəticəsində həmin müqavilə üzrə öhdəliyin müqavilə bağlanan zaman ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə ifadə olunan ekvivalentinin Azərbaycan Respublikası Mərkəzi X3 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə keçid nəticəsində manatla ifadə olunan artan hissəsinin icrasından azad edilməsi, fors-major halın (devalvasiyanın) baş verməsindən sonra manat ekvivalentində artmış hissənin silinməsinin Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, artan hissənin silinməsi barədə məlumatların “xxxx” MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi, id dia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.1-ci bəndini, habelə devalvasiya baş verdikdən sonra iddiaçının öhdəliklərinin məbləğinin birdən-birə 50%-dən çox artmasını əsas götürərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin olunmalıdır. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddiaçı devalvasiyanın baş verməsindən sonra manat ekvivalentində artmış hissənin məhz 304.000 manat olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 9.1, 324.1, 324.2, 331.1, 385.1, 390.1, 425.1, 425.2, 442, 556.1-ci, Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 avqust 2020-ci il tarixli, 4131 saylı rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, iddiaçı aldığı kredit vəsaitinə görə 17.03.2015-ci il tarixdən 17.03.2016-cı il tarixədək Banka cəmi 254.806,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və sair) əsa sən iddiaçı ilə Bank arasında bağlanmış 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun 21.12.2015-ci il tarixdən sonra devalvasiya nəticəsində manatla ifadə olunan artan hissəsinin 328.240,00 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1213/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mər kəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, 2015-ci il ərzində Mərkəz Bankı tərəfindən birincisi 34%, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirilmişdir. İkinci devalvasiya zamanı, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olunmuşdur və bu hal devalvasiyanın baş verməsidir. Belə ki,devalvasiya – milli valyutanın əcnəbi valyuta ilə münasibətdə dəyərini itirməsidir. Devalvasiya zamanı mil li valyuta ucuzlaşır, digər valyutalar isə əksinə olaraq dəyər qazanır. Bu termin, valyutanın məzənnəsinin artması termini olan revalvasiyanın əksidir. Məhkəmə-mühasibatlıq ekspertizasının 14 avqust 2020-ci il tarixli rəyində də bu halın devalvasiya olması öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən isə, öhdəliklərin qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalvasiya, qanunvericilikdə dəyişikliklər və sair) nəticəsində icrası mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Qətnamədən Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, işin bütün faktiki hallarını aydınlaşdırmamış, qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Şikayətdə qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda “pul” anlayışı xarici valyutanı da ehtiva edir. Kredit müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən v alyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında xarici valyutada olan pul tam həcmdə qaytarılmalı olan əşya kimi qiymətləndirilmişdir. Bundan başqa, hər iki məhkəmə kredit müqaviləsinin 9.1-ci bəndində nəzərdə tutulmuş fors-major halın (devalvasiyanın) baş verməsi nəticəsinə gəlmişdir. Lakin X7 Heyətinin 21.12.2015-ci il tarixli qərarı yalnız manatın “üzən məzənnə”yə keçidi barədə olmuşdur. Həmin qərarda heç bir devalvasiyadan söhbət getməmişdir. Ümumiyyətlə, forsmajor kimi qiymətləndirilə biləcək fövqəladə hal (müharibə vəziyyəti, pandemiya, komendant saatı, devalvasiya və sair) yalnız Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra elan edilə bilər. Odur ki, məhkəmənin devalvasiya ilə bağlı gəldiyi nəticə yalnışdır və kreditorun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, kredit müqaviləsi 12 ay müddətinə bağlanmışdır və müqavilə üzrə öhdəliyin ödənilməsinin sonuncu tarixi 16 mart 2016-cı il olmuşdur. Məhkəmənin Mərkəzi Bankın müvafiq qərarına istinadı düzgün hesab olunsa belə, məhkəmə nədənsə iddiaçının artmış öhdəliyini bütün borc məbləğinə (468.000 ABŞ dollarına) münasibətdə hesablamışdır. X5 21.12.2015-ci il tarixli qərarı kredit müqaviləsinin müddətinin bitm əsinə 3 ay qalmış qəbul olunmuşdur. Beləliklə, iddiaçının öhdəliyin icrası üçün 9 ay vaxtı olmuşdur ki, həmin müddət ərzində iddiaçı öhdəliyinin 75 faizini ödəyə bilərdi. Lakin məhkəmələr borcalanın kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməməsinin yükünü qeyri-obyektiv olaraq Bankın üzərinə qoymuşlar. Bundan başqa, ekspert öz rəyində hesablamanı Mərkəzi Bankın müvafiq qərarı qəbul olunan tarixdə olan məzənnəyə deyil, öz istədiyi vaxta uyğun aparmışdır. Kassator şikayətinin əsası kimi MPM-nin 88, 217.1, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasi ya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə... Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.4. eyni tərəflər arasında, eyni p redmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutu lur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci ma ddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddia tələbi iddiaçının Bankla aralarında bağlanmış 100/02/991995/15 saylı, 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin bir hissəsinin icrasından azad edilmə, bu tələbdən irəli gələrək həmin b orcun silinməsi (öhdəlikdən azad etmə) və bu barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqları nı və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Eyni zamanda borclu yaranmış kredit borcuna dair məlumatın rəsmi sənədlərdə (misal üçün, Mərkəzləşdirilmiş Kredit Reyestrində) qeydiyyatına, yaxud həmin öhdəliyin təminatı olan girov və ya ipoteka yüklülüyünün onun hüququnu pozduğuna əsaslanaraq kreditor tərəfindən məhkəmə qaydasında tələb olunmayan borcun məbləğini mübahisələndirə bilər. Lakin belə hallarda da borc öhdəlyinin tam və ya qismən yerinə yetirildiyi ayıca iddia tələbini təşkil edə bilməz. Bu hal borclunun əldə etmək istədiyi hüquqi nəticələrə dair iddia tələbinin (məsələn, əmlakın yüklülükdən azad edilməsi, kredit reyestrinə daxil edilmiş məlumatların silinməsi və ya dəqiqləşdirilməsi öhdəliyinin qoyulması və s.) əsasını təşkil etməklə, belə iddiaların təmin edilməsi üçün borclunun iddiaçı qismində sübut etməli olduğu faktların məcmusunu özündə ehtiva edir. Beləliklə, kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin dəyişdirilməsi, yaxud pul öhdəliyindən tam və ya qismən azad edilmə barədə borclunun tələbləri müstəqil tələb kimi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddə sinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Lakin baxılan iş üzrə birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq kredit müqaviləsi üzrə borclu olan iddiaçının müqavilə üzrə pul öhdəliyinin bir hissəsinin icrasından azad edilməsi və silinməsi tələbinə mahiyyəti üzrə baxmış və həmin hissə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işlə paralel olaraq məhkəmələrin icraatında olmuş başqa mülki iş üzrə Bank iddiaçıya və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək eyni kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tu tulmasını və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini xahiş etmişdir. Həmin iş üzrə borcalan (İddiaçı) kredit müqaviləsinin 9.1-ci maddəsinə istinad edərək, devalvasiya nəticəsində işləri zəiflədiyi üçün krediti qaytara bilmədiyini və bu səbəbdən Bank qarşısında heç bir məsuliyyət daşımadığını bildirmişdir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın (etirazın) predmeti və əsasları qismən üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin əsasən eyni olduğu hər iki iş eyni kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddianın əsasları digər iş üzrə etirazın əsaslarını, həmin iş üzrə iddianın əsası isə hazrıkı iş üzrə Bankın etirazının əsasını təşkil etmişdir. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olu nmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsasını təşk il edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır. Yaxud əmlakın qanunsuz sahiblikdən geri tələb olunması barədə iddia tələbinə baxarkən sahibliyin qanuniliyinə qiymət vermək üçün məhkəmə tərəflər arasında əqdin bağlanıbbağlanmadığına və ya bağlanmış əqdin etibarlı olub-olmadığına qiymət verməlidir. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi üçün ayrıca iddia tələb inin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın predmeti də iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini əhatə edir. Qeyd olunanlara baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi MPMin 259.0.4, 261.0.1 və ya 261.0.2-ci, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmışdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxıl ması üçün həmin məhkəməyə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan prosessual hüquq normalarının tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1213/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar