Məhkəmə qərarları › İş №2(102)-2406/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2406/2019

23.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2406/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı QSC-nin vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(107)-2732/2018 saylı qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi X2, vəkili Vəkil və Cavabdeh1, vəkili X1 kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: xx rayon məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(019)-553/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən mütşərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 16.080,25 ABŞ dolları, faiz borcuna görə 6.076,4 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.000 ABŞ dolları olmaqla, cəmi 23.156,65 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan xx şəhəri, xx küçəsi 14 saylı evin, 7-ci mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 18.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödəni lməsi, hərracdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(107)-2732/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və İ.F.Quliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə xx rayon məhkəməsinin 14 avqust 2018-ci il tаrixli qətnaməsi qismən- cərimə borcu və xx şəhəri, xx küçəsi 14 saylı evin 7-ci mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, cavabdehlərdən ödəniş günü milli manata məzənnədə cərimə borcuna görə 500 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi və iddia tələbinin xx şəhəri, xx küçəsi 14 saylı evin 7-ci mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması hissəsində rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 16 iyun 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 25.000 ABŞ dolları kredit xətti açılmışdır. 10 dekabr 2013-cü il tarixli sazişə əsasən həmin kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 60.000 ABŞ dollarınadək artırılmışdır. 10 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 2,1667 faiz dərəcəsi olmaqla 30.000 ABŞ dolları kredit verilmişdir. Bundan sonra 16 mart 2015-ci il, 17 sentyabr 2015-ci il və 01 aprel 2016-cı il tarixli sazişlərə əsasən sözügedən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının şərtlərini pozaraq kredit razılaşması üzrə ödəmələrini dəfələrlə yubatmış və kredit razılaşması üzrə əsas və faiz borcunu 30 yanvar 2017-ci il tarixədək iddiaçı təşkilata ödəməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə 13.919,75 ABŞ dolları ödəniş etmişdir və hazırda onun iddiaçı təşkilata ödənilməmiş 16.080,25 ABŞ dolları kredit borcu qalmışdır. Eləcə də Cavabdeh1 07 mart 2018-ci il tarixə hesablanmış faiz borcu 6.076,4 ABŞ dolları, cərimə borcu isə 10.751,81 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 17 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan xx şəhəri xx küçəsi, 14 saylı evin 7-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoulmuşdur. Həmin mənzil 10 dekabr 2013-cü il tarixli sazişə əsasən iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə əlavə yüklü edilmişdir. 10 iyun 2010-cu il tarixli 2 saylı formada arayışa görə mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzilə tutma yönəldikdə qeydşərtsiz mənzili tərk edəcəklərini öhdələrinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2lə ayrı-ayrılıqda 16 iyun 2010-cu il tarixdə zaminlik müqavilələri bağlanmış və 10 dekabr 2013-cü il tarixdə həmin zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsinə dair sazişlər imzalanmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİY A ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı QSC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddia tələbini ipoteka premeti olan mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində rədd etməklə səhv nəticəyə gəlmişdir. İddiaçı QSC-nin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ipoteka premeti olan mənzildə qeydiyyatda olan şəxslərin mənzildən çıxarılması və boşaldılaraq iddiaçı təşkilata təhvil verilməməsi hissəsində ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işi n faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinə dair etiraz ərizələri daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı QSC-nin vəkili Vəkil öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləməm işdir. Cavabdeh1 vəkili Məlahət Emçiyeva, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı QSC-nin vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə iddiaçı təşkilatın kassasiya şikayəti bütövlükdə, Cavabdeh1 kassasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, Azərbayc an Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, 16 iyun 2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 25.000 ABŞ dolları kredit xətti açılmışdır. 10 dekabr 2013-cü il tarixli sazişə əsasən həmin kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 60.000 ABŞ dollarınadək artırılmışdır. 10 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 2,1667 faiz dərəcəsi olmaqla 30.000 ABŞ dolları kredit verilmişdir. Bundan sonra 16 mart 2015-ci il, 17 sentyabr 2015-ci il və 01 aprel 2016-cı il tarixli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının şərtlərini pozaraq kredit razılaşması üzrə ödəmələrini dəfələrlə yubatmış və kredit razılaşması üzrə əsas və faiz borcunu 30 yanvar 2017-ci il tarixədək iddiaçı təşkilata ödəməmişdir. Hazırda iddiaçı təşkilat iddia edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 13.919,75 ABŞ dolları ödəmə etsə də, onun iddiaçı təşkilata ödənilməmiş 16.080,25 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərindən görünür ki, o, da sözügedən kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 16.080,25 ABŞ dolları əsas borcunun qalmasını inkar etmir və həmin borcu hissə-hissə ödəməyə razıdır. Bundan başqa Cavabdeh1 kassasiya şikayətində kredit borcunu vaxtında ödəyə bilməməsini ölkədə ABŞ dollarının milli manata nisbətdə dəyərinin artması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarım müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələnpul ödəməli, iş görməli, xidmət göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir.Kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kassasiya instansiyası məhkəməsi əsas borcun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kredit razılaşması üzrə ödənişin müddəti çatanadək Azərbaycan manatının ABŞ dollarına nisbətdə dəyərinin (məzənnəsinin) azalmasına gəlincə isə kassas iya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalivasiya iddiaçı təşkilatın maliyyə vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçı təşkilatın ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalivasiyası nəticəsində cavabdehlərlə yanaşı iddiaçı təşkilatın özünə də zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur. Ölkədə baş vermiş devalivasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eləcə də kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşması ilə aradan qaldırıla bilər. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini 1.000 ABŞ dolları cərimə borcunun tutuluması hissəsində ləğv edib, cərim ə borcunu 500 ABŞ dolları məbləğində müəyyən edərkən, eləcə də qətnaməni tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması hissəsində dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir və apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə Mülki Məcəllənin 269.1, 317.1, 462.1, 467-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, həmin maddələrin mənasına görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əsas borca hesablanmış 6.07 6,4 ABŞ dolları faiz borcuna gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, əvvəla iddiaçı təşkilat iddia ərizəsində kredit borcunu vaxtında qaytarmadığına görə 07 mart 2018-ci il tarixə 401 gün üçün Cavabdeh1 barəsində 6.076,4 ABŞ dolları faiz borcu hesablasa da, faiz borcunu hansı qaydada hesablamasına dair işdə, heç bir mötəbər yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı təşkilatın təqdim etdiyi sənədlərlə kifayətlənərək Cavabdeh1 bu barədə apellyasiya şikayətində göstərdiyi dəllilər üzrə heç bir araşdırma aparmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında da Mülki Məcəllənin 449-cu maddəsi şərh olunaraq göstərilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddənin mənasından da göründüyü kimi borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur. Birincisi qanunsuz saxlama; ikincisi qaytarmaqdan boyun qaçırma; üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə; dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti ” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit etmişdir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hətta vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mül ki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququna malikdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi faiz borcunun tutulmasına aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğin ə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutuması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razalaşsa da, gəldiyi nəticəni yuxarıda sada lanan maddələrin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırmamış və zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suala aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almamışdır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində ləğv edib, həmin hissədə iddia ərizəsini rədd etməklə apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Belə ki, həmin Qanunun 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu h alda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsində göstərilir ki, yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəçisi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən ge ci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoulmuş olsun (Qanunun 59.3.1-ci maddəsi); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar (Qanunun 59.3.2-ci maddəsi). İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsində n çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələbləri baxımından ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan cavabdeh Nəmin Paçalovanın həmin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmələrinə dair notarial qaydada öhdəlik götürüb-götürməmələrini aydınlaşdırmadan, hansı dəlillərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayətini bu hissədə təmin etməməsini qətnamədə göstərmədən, eləcə də mübahisələndirilən məsələyə dair artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan, birinci instansiya məhkəməsinin bu hissədə g əldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinə görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirdiyini göstərməyə borcludur. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, iddiaçı təşkilatın kassasiya şikayəti bütövlükdə, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- faiz borcunun tutulması və mübahisəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan mübahisələndirilən hissəsində qətnamə onların kassasiya şikayətlərinə əsa sən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı QSC-nin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayəti bütövlükdə, Cavabdeh1 və vəkili X1 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2(107)-2732/2018 saylı qətnaməsi qismən- cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada ödəniş günü milli manata məzənnədə 6.076,4 ABŞ dolları faiz borcunun tutulub İddiaçı QSC-nə ödənilməsi hissəsində, eləcə də ipoteka predmeti olan xx şəhəri, xx küçəsi, 14 saylı evin 7-ci mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Ca vabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması tələblərinin rədd edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan mübahisələndirələn hissəsində qətnamə onların kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar