Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2406/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X20 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X13 və X3, vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13841/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti ü zrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimli) 2(011)-5851/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan 1 yataqxana binasının 97 və 99 saylı otaqlarına dair xx xxxxxx 2000-ci il tarixli 0148 saylı orderin etibarsız hesab edilməsi qət edimişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommun al Təsərrüfatı Departamenti Cavabdeh qarşı (“Üfüq” İstehsalat Birliyi “xxxx” İstehsalat Zavodu MMC, Bakı şəhər İcra Hakimiyyəti, AR Müdafiə Sənayesi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) – Bakı şəhəri, ünvan 1 yataqxana binasının 97 və 99 saylı otaqlarına dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2000-ci il tarixli, 0148 saylı orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətl i Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu MüdafiəSənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yat aqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar.Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, ünvan 1 yataqxana binasının 97 və 99 saylı otaqlarına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, yataqxana binasının 97 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X5, arvadı X11, oğlu x1, gəlini X6 və nəvəsi məskunlaşmış, 99 saylı otağında isə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi X14, anası X7, arvadı X9 və qızı x1 məskunlaşmış, həmin məcb uri köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh 97 və 99 saylı otaqları əldə etmək məqsədilə etdiyi qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya “Üfüq” İstehsalat Birliyi “xxxx” İstehsalat Zavodunun xx.xx.2000-ci il tarixli, 0148 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 97 və 99 saylı otaqlar onun istfadəsinə verilmişdir. Bundan başqa vətəndaş X1 Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, 4 saylı evin 100 saylı mənzilində qeydiyyatda olmaqla faktiki yaşamasına baxmayaraq xx.xx.2006-cı il tarixli, 0156 saylı orderin kserosurətini əlavə etməklə ərizə ilə D epartamentə müraciət edərək ünvan 1 yataqxana binasının 99 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən hər iki order isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi “xxxx” zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 1 yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boşolmayan 97 və 99 saylı otaqlara dair cavabdehə verilmiş xx.xx.2000-ci il tarixli, 0148 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi “xxxx” zavodu MMC tərəfindən cavabdehin adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tələbi cavabdehin qanunsuz əldə etdiyi orderin et ibarsız hesab edilməsi olmuşdur. Məhkəmə isə, iddia tələbini təhrif edərək orderin ləğvi məsələsinə qiymət vermişdir. Məhkəmə kollegiyası işə baxarkən "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin tələblərinin pozulmasını nəzərə almamış və bu hala hüquqi qiymət verməmişdir. -Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) xx xxxxxxx 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydalan"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkar lar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onlann uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci b əndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Məhkəmə kollegiyası işə baxarkən "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"mn tələblərinin pozulmasını nəzərə almamış və bu hala hüquqi qiymət verməmişdir. "Nümunəvi qaydaları"n 32-ci bəndinin tələbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının xx.xx.2019-cu il tarixli, İş № 2(103)-13841/2019 saylı qətnaməsi çıxarılarkən maddi hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi akt tətbiq edilməmiş, qanun səhv təfsir edilmişdir. Cavabdeh məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxılanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri X13 və X10 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılma sına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən Bakı “xxxx” İB tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 0148 saylı orderin surətindən görünür ki, z1 otaqları tutmaq hüququna malikdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti hazırkı tələbində cavabdehin adına verilmiş həmin orderi mübahisələndirir, həmin binanın iddiaçının balansına verilməsinə əsaslanaraq cavabdehin adına qeyd edilən orderin qa nunsuz əsaslarla verildiyini iddia edir. İddiaçı tələbini cavabdeh kimi Cavabdeh Bahaur qızına yönəltmişdir. İddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı inzibati orqandır. İnzibati orqana münasibətdə isə iddia müddətinin axımı onun bilməli olması prinsipi ilə yanaşılmalıdır. Çünki yataqxana binasının da təhvil götürülməsi prosesi digər inzibati oraqanla (Müdafiə Sənayesi Nazirliyi) aparılmışdır. Göründüyü kimi, mübahisəli mənzilə order xx.xx.2000-ci ildə verildiyin ə görə onun etibarsız hesab edilməsinə dair tələb hüququ müəyyən edilmiş müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-də olmuş, sonuncu bu hüquqdan istifadə etməmişdir və ya onun tərəfindən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasında müəyyən edilmiş, orderin etibarsızlığı 3 illik müddəti ötürmüşdür. Bu baxımdan hazırkı iş üzrə iddiaçı olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti də iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndələri və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və baş qa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarından göründüyü kimi mübahisəli otağın yerləşdiyi ünvandakı yat aqxan ilkin olaraq “Üfiq” İstehsalat Birliyi “xxxx” zavodunun balansında olmuş, daha sonra isə xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verilmiş xx.xx.2013-cü ildən isə iddiaçının balansındadır. Mübahisə predmeti cavabdehə verilmiş xx.xx.2000-ci il tarixli 0148 saylı orderdir. İddiaçı orderin etibarsız hesab edilməsi ilə bağlı tələbini cavabdeh Nubar Əliyevaya yönəltmiş, lakin hazırki iddia tələbinə cavab verməli olan şəxsin Cavabdeh olmamasına, orderin Cavabdeh tərəfindən verilməməsinə əhəmiyyət verməyərək prosessual pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə hazırda iddiaçının mübahisə ləndirdiyi 0148 saylı orderin “Üfiq” İstehsalat Birliyi “xxxx” zavodu MMC tərəfindən verildiyi müəyyən edilmişdir. İşin digər mübahisələndirilməyən halı isə həmin yataqxananın iddiaçının balanasında olmaqla dövlət mülkiyyətində olmasıdır. Mübahisələndirilən order cavabdehə həmin otaqları tutmaq hüququ vermişdir. Belə olan halda həmin orderin etibarsız hesab edilməsi ilə bağlı tələb Cavabdeh qarşı yönəldilə bilməməsinə birinci instansiya məhkəməsi diqqət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuş, apelyasiya instansiyası məhkəməsi də bu halı diqqətdən qaçımışdır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. İş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Odur ki, apelyasiya instansiyası məhkəməsiinn qətnaməsi ləğv olunmaqla iddia tələbinin yuxarıda göstərilən əsaslarla rədd edilməsi haqqında yeni qərar çıxarlmalı, kasasiya şikayətində qətnamənin ləğv olunmasının xahiş edilməsi nəzərə alınmaqla iddiaçnın kasasiya ş ikayəti də qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13841/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul e dilərək iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı Bakı şəhəri, ünvan 1 yataqxana binasının 97 və 99 saylı otaqlarına dair xx.xx.2000-ci il tarixli, 0148 saylı orderin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2406/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2406/2020
02.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver