Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2406/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)521/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 26% faiz dərəcəsi ilə 60 ay müddətinə 11200 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 30 aprel 2018-ci il tarixli zaminlik müqaviləsi ilə X4 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8028,56 mana t əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat borcun və 116,62 manat ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2(011)2806/2022 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat məbləğində borcun, 116,62 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni iş materiallarına əlavə olunmuş sübutlarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 472.1, 472.2, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh2 apellyasiya şikayətləri verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, e-2(011)-2806/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli rəyinə əsasən, təqdim edilmiş h esabdan çıxarış, maliyyə arayışı məlumatları, 30 aprel 2018-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 "xxxx" ASC-yə 03 may 2021-ci il tarixə (bildirişin verilmə tarixinə) əsas kredit borcu 8028,53 manat və faiz borcu 1221,05 manat olmaqla, 9249,58 manat məbləğində; 10 mar 2022-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas kredit borcu 8028,53 manat və faiz borcu 1626,71 manat olmaqla, 9655,24 manat məbləğində; 12 may 2022-ci il tarixə (qətnamə qəbul edilən tarixə) əsas kredit borcu 8028,53 manat və faiz borcu 1603,61 manat olmaqla, 9632,14 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-521/2023 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın s ədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, e2(011)-2806/2022 nömrəli qətnaməsi “cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada iddiaçının xeyrinə 8028,53 manat əsas borc, 1603,61 manat faiz borcu olmaqla, 9632,14 manat borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq-ekspertizasının rəyində gecikdirmə üzrə əsas və faiz məbləğləri çox cüzi fərqlə müəyyən edilmişdir. Məhkəmə mövcud sübutlara və ekspert rəyinə qiymət verərək hesab etmişdir ki, məhkəmə cavabdehdən 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu tutulmalı olması barədə qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Həmçinin, ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir.
11. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği ü zrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-521/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 385.1, 425, 439-cu, Mülki Prosessual Məcəllənin 220.3-cü maddələrini pozmuşdur. Belə ki, müqavilə vaxtı borcalanın bank-maliyyə əməliyyatlarının aparılması qaydaları haqqında ümumi məlumatı olmadığından, iddiaçın ın müqavilədə borcalana həddindən artıq şişirdilmiş illik uçot dərəcəsi müəyyən etməsinin qanunsuz olduğunu bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının isə 2018-ci ildə 14 iyuna qədər müəyyən etdiyi illik uçot faiz dərəcəsi 11% olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı öz maddi marağına görə, 2018-ci ildə Mülki Qanunvericiliyin tələblərini pozaraq borcalana qarşı inhisarçılıq etmiş və Mərkəzi Bankın müəyyən etdiyi illik uçot dərəcəsindən iki dəfədən də artıq faiz dərəcəsi hesablamaqla onunla kredit müqaviləsi bağlamışdır. Məhkəmə mülki işə baxılarkən, cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətin i təmin etməmişdir.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Hazırki kassasiya baxışının predmetini kassatorun şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-c i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kassasiya şikayətinin dəlilləri açıq aydın əsassızdır.
22. Belə ki, ilk olaraq qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və yuxarıda göstərilən rəy almışdır.
23. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən etmişdir.
24. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesabl anmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
25. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
27. Həmçinin qeyd olunmalıdır ki, cav abdehin Mülki Məcəllənin 449-cu maddəsinə istinadı əsassızdır.
28. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
29. Hazırki halda isə iddiaçının faiz tələbi cavabdehin onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa əsaslanmamışdır. Tərəflər arasında kredit müqaviləsi bağlanmış və kreditdən istifadəyə görə faiz dərəcəsi razılaşdırılmışdır. Odur ki, cavabdeh müqavilə şərtlərinə uyğun faiz ödəmək öhdəliyini daşıyır.
30. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(103)-521/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.