Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2408/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin e dilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon məhkəməsinə müraciət etmişdir. Ağdaş rayon məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, iş № 2(014)-175/2018) iddia qismən təmin edilmiş, xx xxxxx 1952-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan Cavabdeh 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3730 manat əsas borc, 10 manat artırılmış faiz üzrə borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3770 manat borcun tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018 -ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (məruzəçi), M.Əsədli, İ.Quliyev, iş № 2(107)1850/2018) İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, Ağdaş rayon məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiаçı İddiaçı oğlunun Cavabdeh qarşı 3730 manat əsas borcun və 1150 manat hesablanmış faiz üzrə borcun, cəmi 4880 manat borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,İddiaçı oğlu Cavabdeh 11 sentyabr 2015-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması məqsədi 24 ay müddətinə, yəni 11 sentyabr 2017-ci il tarixədək illik faiz dərəcəsı tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlansa da, həmin müqavilə əsasında kreditin verilməsini təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı oğlu kassasiya şikayətində göstərmişdir ki, "...Cavabdeh ilə aramızda bağlanmış 11 sentyabr 2015-ci il tarixli borc müqaviləsinə əsasən VAZ-2106 markalı, ** KC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınması məqsədi ilə ona 24 ay müddətinə, yəni 11 sentyabr 2017-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3960 (üç min doqquz altmış) manat məbləğində kredit verilmişdir. Bu barədə şəxsən özü qəbz yazaraq imzalamışdır. Cavabdeh 11 sentyabr 2015-ci il tar ixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə 230 (iki yüz otuz) manat ödəmiş, qalan məbləği ödəməmişdir. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq qalan borcunu ödəməkdən yayınmışdır. İşə baxan Şəki Apellyasiya Məhkəməsi qətnamənin ləğv edilməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlansa da, iddiaçı tərəfindən ona həmin minik avtomobilinin və həmin məbləğin verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Lakin işə baxan mülki kollegiya cavabdeh tərəfindən imzalanmış qəbzə hüquqi qiymət verməmiş, qətnamədə buna münasibət bildirilməmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır. Həqiqətən də mülki işin 11-ci vərəqində “borc müqaviləsi” adlandırılan sənəddə Cavabdeh 3960 manat pulu İddiaçı alması təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi həmin sübutu dəyərləndirməməklə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi barədə tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2408/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2408/2019
15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver