Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2408/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vurulan ziyanın ödənilməsi, haqsız rəqabət nəticəsində ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tari xli, 2(103)7626/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 23 mart 2006-cı il tarixdən hüquqi şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkətin üç təsisçisi vardır: “X1 Limited” şirkəti (nizamnamə kapitalındakı mayası 50%), “xxxx” QSC (nizamnamə kapitalındakı mayası 30%) və Cavabdeh (nizamnamə kapitalındakı mayası 20%). Cəmiyyətin əsas fəaliyyətinə lisenziyalı proqram təminatının satışı, proqram təminatının seçilməsi, quraşdırılması üzrə məsləhətlərin verilməsi, proqram təminatının saxlanması, ticarət, alqı-satqı və s. digər işlər daxildir. 16 mart 2006-cı il tarixli əmək müqaviləsi ilə Cavabdeh İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh, İddiaçı MMC-nin təsisçisi və direktoru olduğu dövrdə, 27 yanvar 2015-ci ildə Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdan keçmiş “xxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydə alınmışdır. 16 dekabr 2016-cı il tarixli hesab fakturasına əsasən “Sanmar və Elektrik İnş. X2 X3” şirkəti informasiya texnologiyaları avadanlıqlarının alınması ilə əlaqədar “xxxx” MMCyə 100000 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı MMC-nin 02 oktyabr 2018-ci il tarixli əmri ilə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9660 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq), habelə qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitlərinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh özünün Azərbaycan Respublikası Mülki Məcəllənin 49.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini pozmuş, bunun nəticəsində iddiaçıya zərər vurmuşdur. Belə ki, cavabdeh iddiaçının direktoru olduğu müddət ərzində özünün sonradan təsis etdiyi və direktoru olduğu digər hüquqi şəxslər vasitəsilə iddiaçı ilə rəqabət aparan eyni və oxşar kommersiya fəaliyyəti ilə məşğul olmuş, üçünc ü şəxslərə tələb olunan malları və xidmətləri iddiaçının vasitəsi ilə deyil, özünün sonradan təsis etmiş olduğu və direktoru olduğu digər hüquqi şəxslər vasitəsilə təqdim etmişdir. Bunun nəticəsində, iddiaçı adi mülki dövriyyə nəticəsində əldə biləcəyi 9660 ABŞ dolları məbləğində gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(003)2385/2019 nömrəli qətnaməsi ilə (hakim H.İ.Hüseynli) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbləri ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(003)-2385/2019 nömrəli q ətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1181/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, İ.K.Xəlilovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(003)-2385/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1181/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(102)4170/2020 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) iddiaçı MMC-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-1181/2020 nömrəli qətnamə si ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqsız rəqabətin yolverilməzliyinə dair hüquq normaları düzgün tətbiq olunmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7626/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(003)-2385/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin olunması, Cavabdeh vurulmuş zərərin əvəzi k imi 9660 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq), qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manatın tutularaq, İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mövqeyinə və Mülki Məcəllənin 49.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, cavabdehin yaratdığı şirkətin fəaliyyəti onun təsisçisi və direktoru olduğu İddiaçı MMC-nin faktiki məşğul olduğu informasiya texnologiyaları üzrə xidmətlərin göstərilməsi sahəsinə daxil olduğundan onun tərəfindən rəqabət qadağası normaları pozulmuşdur. Apellyasiya məhkəməsi işdə olan 16 dekabr 2016-cı il tarixli hesab fakturaya və İddiaçı MM C-nin sifarişi əsasında aparılmış qiymətləndirmə üzrə “xxxx” MMC-nin 20 iyun 2019-cu il tarixli “avadanlıqlar və proqram təminatının qiymətləndirilməsinin nəticələri haqqında” hesabata istinad edərək belə qənaətə gəlmişdir ki, cavabdeh “xxxx” MMC vasitəsilə həyata keçirdiyi mal satışına görə iddiaçının adi mülki dövriyyədə əldə edə biləcəyi gəlirin məbləğini təşkil edən 9660 ABŞ dollarını (100000 ABŞ dolları - 90340 ABŞ dolları) iddiaçıya ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7626/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, tətbiq olunmuş normalar isə səhv təfsir edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdeh eyni sahədə fəaliyyət göstərə şirkət qurmaqla, onun rəhbəri olmaqla, hətta bu şirkət vasitəsilə informasiya texnologiyaları avadanlıqları satmaqla İddiaçı MMC ilə haqsız rəqabət edilmişdir. Qanunvericiliyin hər hansı normasında, o cümədən “Haqsız rəqabət haqqında” Qanunda bir şirkət direktorunun eyni ümumi iqtisadi fəaliyyət sahəsində fəaliyyət göstərən başqa bir şirkət təsis edərək, fəaliyyət göstərməsinin haqsız rəqabət anlayışına daxil olduğu öz əksini tapmamışdır. Həmçinin cavabdehin təsisçisi olduğu “xxxx” MMC informasiya təhlükəsizliyi təmin edən informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Həmin MMC tərəfindən “Sanmar və Elektrik İnş. X2 X3” şirkətinə informasiya texnologiyaları satılana qədər, bir dəfə də olsun iddiaçı MMC tərəfindən hansısa fiziki və ya hüquqi şəxsə informasiya texnologiyaları avadanlıqlarının satışını həyata keçirilməmişdir. Bu barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmənin “xxxx” MMC-nin 20 iyun 2019-cu il tarixli qiymətləndirmə hesabatına istinadı əsasız olmuş, “xxxx” MMC-nin qeyd olunan əməliyyatdan ümumiyyətlə gəlir əldə etməməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şik ayətinə yazılı etiraz daxil olmuşdur və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7626/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndi rildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 59-cu maddəsinin İ hissəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənil məsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 49.3-cü maddəsinə əsasən hüquqi ş əxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zə rərin əvəzini ödəməlidir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən haqsız rəqabət anlayışı - bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansi yası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinm işdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki kassasiya icraatı nəticəsində qəbul olunmuş qərarda haqsız rəqabət qadağasının hazırki işdə pozulması məsələləri ətraflı hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin halları təkrarlamağa zəruri bilmir. Bununla belə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin həmin mövqeyinə uyğun olaraq işdə olan sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdeh informasiya texnologiyaları avadanlıqlarının satışını həyata keçirən iddiaçının həm təsisçisi, həm də direktoru olmaqla, öz adına oxşar fəaliyyəti həyata keçirən “xxxx” MMC-ni rəsmiləşdirmiş, həmin MMC vasitəsilə “Sanmar və Elektrik İnş. X2 X3” şirkətinə 100000 ABŞ dolları dəyərində informasiya texnologiyaları ava danlıqları satılmışdır. Bu fəaliyyətin özü iddiaçı MMC-nin faktiki məşğul olduğu informasiya texnologiyaları üzrə xidmətlərin göstərilməsi sahəsinə daxildir. Məhkəmə kollegiyası razılaşır ki, rəqabət qadağası birə-bir eyni əməliyyatları deyil, eyni ümumi iqtisadi fəaliyyət sahəsini nəzərdə tutur. Yəni, bir hüquqi şəxsin təsisçisi və rəhbərinin eyni məzmunda başqa bir kommersiya qurumunu işlətməsi, eyni sahədə fəaliyyət göstərən şirkət qurması və ya rəqabət halındakı başqa şirkətdə idarəçi olması kimi addımların hamısı rəqabət anlayışı içərisində dəyərləndirilir. Qadağaya tabe olmalı şəxsin özünün və ya üçüncü şəxsin xeyrinə bu hərəkətlərdən hansınısa bir dəfə etməsi pozuntu kimi qəbul olunur. Bu baxımdan, şəxsin bağlı olduğu şirkət məsələn, informasiya texnologiyaları sahəsində proqram v ə avadanlıq satışı ilə məşğul olursa, həmin fiziki şəxsin müvafiq tələbat, müştəri dairəsi, ticarət üsulları və s. biliklərinə görə bu sahədə şirkətdən kənar hər hansı formada fəaliyyəti qadağandır. Odur ki, fiziki şəxsin belə bir fəaliyyət içində yer alması sözügedən qadağanı pozması qənaətinə gəlmək üçün kifayətdir. Bunun üçün onun əməliyyatları üzrə müştəri və mal sifarişlərinin məhz şirkətin münasibətdə olduğu müştərilər və aldığı sifarişlərlə dəqiq eyni olması zərurəti yoxdur. Əks yanaşma MM-in 49.3-cü maddəsini əhəmiyyətsız hala gətirərdi. Çünki əksər hallarda həmin normanın tələblərini pozan hərəkətləri belə şərtlərlə sübuta yetirmək çətin və ya mümkünsüz olur. Cavabdehin iddiaçı MMC ilə eyni sahədə fəaliyyət göstərən “xxxx” MMC-ni qurması, onun rəhbəri olması, hətta bu şirkət vasit əsilə informasiya texnologiyaları avadanlıqları satması iddiaçının izahatı ilə yanaşı, iş materialları və onun özünün izahatı ilə təsdiq olunur. Həmçinin tərəflərin yazılı razılaşmasından (əmək müqaviləsinin 4.19-cu bəndi) görünür ki, iddiaçı şirkət cavabdeh fiziki şəxsə şirkətlə rəqabət edə biləcək işdə çalışmasına icazə verməmişdir. Apellyasiya instansiyası düzgün olaraq qeyd etmişdir ki, hazırki halda zərər, daha çox şəxsin rəqabət etməklə həyata keçirdiyi əməliyyatın şirkətin hesabına aparılmamasından yaranan gəlir itkisidir. Dolayısı ilə, qadağanı pozan şəxsin əməliyyatı öz (özünün başqa şirkəti) hesabına etməsi nəticəsində əldə etdiyi mənfəət şirkət baxımından əldən çıxmış fayda anlamına gəlir ki, bu da zərərin bir növüdür. Bu halda, cavabdehin təsis etdiyi şirkətin hər hansı səbəbdə n rəqabət qaydalarının pozulması ilə həyata keçirdiyi əməliyyat nəticəsində gəlir əldə edib-etməməsi iş üçün əhəmiyyət kəsb etmir. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, onlar işin faktiki hallarının aydınlaşdırılmaması və sübutların qiymətləndirilməsi ilə əlaqədardır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə gör ə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7626/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2408/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2408/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver