Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2410/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(105)-453/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X9 tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı yeməkxananı satış qiymətini ödəməklə satın alınmışdır. Bununla bağlı iddiaçının adına xx.xx.2007-ci il tarixli 001050 qeydiyyat nöməli şəhadətnamə verilmişdir.
2. Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 40-cı km-6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Bununla bağlı X4 adına RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehin tikdiyi tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. X1 iddiaçının razılığı ilə əlavə cavabdeh qismində işə cəlb edilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində ümumi sahəsi 245.1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsini 3836 manat dəyərində satın alıb və uzun müddətdir həmin obyektə (yeməkxanaya) sahiblik edir. Obyektin texniki pasportu və şahədatnaməsi də var. Cavabd eh1 onun mülkiyyətində olan obyektin qarşısını kəsməklə avtomobil təmiri və qoyulması üçün bokslar tikmiş və bu da onun iş fəaliyyətinə maneə törətmiş, binaya girişi-çıxışı məhdudlaşdırmışdır. Hal-hazırda ona məxsus yeməkxana fəaliyyət göstərmir və o, heç bir vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir, amma həmin yeməkxananı yenidən təmir edib istifadə etmək niyyətindədir. Onda olan məlumata əsasən mübahisə predmeti olan tikili Hafis adında şəxsə məxsusdur və o, həmin tikilini Cavabdeh1 on illik müqavilə əsasında vermişdir. Qeyd olunan ərazidə yerləşən mübahisə predmeti olan tikilini cavabdeh qismində qeyd olunan Cavabdeh1 idarə edir. Sözügedən ərazidə olarkən Niyaz tikilinin ona məxsus olduğunu bildirmiş və bununla bağlı ona müəyyən sənədləri göstərmişdir.
6. İddiaçının nümayəndəsi Vək il1 bildirmişdir ki, müdafiə etdiyi şəxsə məxsus yeməkxananın ətrafı, o cümlədən girişi tam olaraq bağlanmışdır və o, həmin yeməkxanadan təyinatına uyğun istifadə edə bilmir. Tikilinin sökülməsi üçün isə müraciət etdikləri zaman Cavabdeh1 onlara tikilinin ona məxsus olduğunu bildirmişdir. İddiaçıya məxsus obyektin şəhadətnaməsi və texniki pasportu var, həmin sənədlərdə obyektin ölçüsü 245 kv.m göstərilmişdir. Obyektin giriş-çıxışı bazara tərəfdir. Binanın ön hissəsi əvvəllər boş olub, arxa hissəsi isə dəmiryolu istiqamətindədir. Yeməkxanadan bazar camaatı istifadə edib
7. Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, müdafiə etdiyi şəxsə məxsus əmlak onun etibarnamə ilə istifadə etdiyi əmlakdır, iddiaçıya məxsus əmlakın istifadəsinə heç bir məhdudiyyət törətmir. İddiaçıya məxsus əmlakın baş yola çıxışı vardır və onun qarşısını kəsən heç bir maneə yoxdur. Bundan başqa həmin ərazidə heç bir tikinti işləri aparılmır, iddiaçının bu barədə göstərdikləri doğru deyil. İddiaçının iddia etdiyi kimi ona məxsus tikilinin qarşısında heç bir tikinti işləri aparılmır. İddiaçının mübahisələndirildiyi tikili Cavabdeh1 məxsus deyil, yalnız etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunur, lakin Cavabdeh1 mülkiyyətçi deyil. O, əmlakı mülkiyyətçinin göstərişi ilə hasara almışdır, amma bu hasara alma mülkiyyətçinin özünə məxsus ərazidə digər şəxslərin hüquqlarını pozmadan həyata keçirilib. Hesab edilir ki, bu iddiada iddiaçının əsas məqsədi öz əmlakından istifadə etmək üçün özünə əlavə olaraq yol açmaqdır, halbuki iddiaçının əmlak ının digər bir girişi də vardır. Cavabdeh1 idarə etdiyi qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus tikiliyə heç bir maneəçiliyi yoxdur, onun qarşısını kəsmir, giriş-çıxış yolunu bağlamamışdır, iddiaçının bu barədə göstərdikləri dorğu deyil. Hazırki mülki işlə bağlı çoxsaylı məhkəmə araşdırmaları olub. Ekspert rəyinə əsasən də sözügedən ərazinin Hafiz Rzayevin mülkiyyətində olduğu təsdiqlənmişdir. Qanuni əsasla onun mülkiyyətinə verilmiş ərazidə tikililər inşa edilib. Obyektə baxış da keçirilib, uçuq-sökük vəziyyətdə olan və taxtalardan hazırlanmış tikilidir və tikiliyə arxa tərəfdən də yol olduğunu görmüşdülər. Hətta iddiaçıya sənəd üzərində olan sahədən də artıq torpaq sahəsi güzəşt edilmişdir. Ekspert köhnə sənədlərə istinad edərək rəy vermişdir. Belə ki, ekspert köhnə sənədə əsasən qapıda n keçmək üçün tikililərin sökülməli olduğunu hesab edib. Torpaq və onun üzərindəki tikililər cavabdehin mülkiyyətindədir. Yaxın zamanda həmin tikiliyə çıxarış da alacaqdır. Bu səbəbdən tikilinin sökülməsi cavabdehin mülkiyyət hüququnun pozulmasına gətirib çıxardacaq. X11 tərəfindən inşa edilmişdir, daha sonra torpaq sahəsini Cavabdeh1 verib. Torpaq sahəsi hazırda faktiki olaraq Cavabdeh1 istifadəsində, Hafiz Rzayevin isə mülkiyyətindədir.
8. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 10/1968 nömrəli rəyi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-də yerləşən 6 saylı qeyr i-yaşayış sahələrinin bir-birinə qonşu sahələrdə yerləşdiyi və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış sahələrinin ölçüləri və sahəsi mülk materiallarına əlavə edilmiş texniki pasportlarda ətraflı göstərilmişdir (1-ci sual üzrə). Tədqiq olunan qeyri-yaşayış sahələrinin faktiki vəziyyəti üzrə baxış zamanı əldə edilmiş məlumatlarla həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Abdullayev Vaqif Şahbala oğluna məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı qeyri-yaşayış sahəsinə X4 mülkiyyətində olan sahədən müdaxilə edilmədiyi müəyyən olunmuşdur (3-cü sual üzrə). Abdullayev Vaqif Şahbala oğluna məxsus 50 saylı qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti ilə həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport məlumatları müqayisə edilərkən, 50 saylı qeyri-yaşayış sahəsinə giriş-çıxışın texniki pasporta uyğun olduğu, lakin texniki pasport üzrə giriş-çıxışın qarşısının boş torpaq sahəsindən ibarət olduğu, faktiki vəziyyətdə isə həmin sahədə yeməkxananın divarından 2,0 metr və 4,2 metr aralı məsafədə cavabdeh tərəfindən 30,0 metr uzunluğunda sərhəd hasarı və tikililər inşa edildiyi, nəticədə yeməkxanaya giriş hissəsinin qarşısının bağlandığı müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, 50 saylı yeməkxana tikilisinə giriş-çıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililər sökülməlidir (4-cü sual üzrə).
9. İş üzrə keçirilmi ş əlavə məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/2602 nömrəli rəyindən isə görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdakı göstəricilərə uyğun inşa edildiyi müəyyən olunmuşdur (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh X5 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km 6 saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində mövcud olan tikililərin xx. xx.2014-cü il tarixli texniki pasportdakı göstəricilərə uyğun inşa edilmədiyi müəyyən olunmuşdur. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsi ilə qonşu olan hissəsində ümumi uzunluğu 23,5 metr, eni 7 metr olan, mişar daşından inşa edilmiş 4 ədəd tamamlanmış, 1 ədəd yarımçıq qeyri-yaşayış sahəsinin və 4 x 3.8 metr ölçüdə otaq tikilisinin inşa olunduğu, bu tikililərin 6 saylı qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Texniki Pasport”da öz əksini tapmadığı müəyyən olunmuşdur (2-ci sual üzrə). Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Əmlakın İnventarlaşdırıiması Bürosu tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli “Texniki Pasport”a əsasən, İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyri-yaşayış sahəsinin cava bdeh X5 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40- ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa fərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan girişçıxış qapısı olsa da, cavabdeh tərəfindən aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus 50 saylı qeyri-yaşayış sahəsinin əsas girişinin bağlandığı müəyyən olunmuşdur (3-cü sual üzrə).
10. Eyni zamanda mübahisəli əraziyə məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, mübahisə predmeti olan ərazinin H.Z.Tağıyev qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə olduğu məlum olmuşdur. İddiaçıya məxsus əmlakın uzun müddətdir ki, istifadə olunmadığı, həmin istifadə olunmayan obyektin qa rşısında isə təyinatı məhkəməyə məlum olmayan 4 obyektin tikildiyi, həmin obyektlərin ətrafında isə daş hasarın çəkildiyi, İddiaçı məxsus yeməkxana adlandırdığı obyektin isə həmin daş hasarın arxa tərəfində yerləşdiyi, obyektin giriş-çıxışının isə yalnız arxa hissəyə, yəni dəmiryol relslərinin yerləşdiyi ərazidə olduğu məhkəmə tərəfindən müşahidə edilmişdir. Sözügedən daş hasarla iddiaçıya məxsus obyekt arasında təxminən 3-4 metr məsafə olsa da, həmin daş hasarın obyektin qarşısını kəsdiyi, ön hissədən obyektə giriş-çıxışın qarşısının alındığı faktı aşkar olunmuşdur.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(060)-24/2023 nömrəli iş üzrə 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Su mqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş hasar və tikililərin cavabdehlər Cavabdeh1 və X4 hesabına sökülməyi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da (elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən), onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. İddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş tikililər və hasar iddiaçının həmin qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş tikililər cavabdeh X4 mülkiyyətində olan torpaq sahəsində olsa da, həm işdə iştirak edən şəxslərin, həm Cavabdeh1, həm də həmin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında ve rdiyi izahatlarda mübahisəli ərazidəki tikililərin Cavabdeh1 istifadəsində olduğu, o cümlədən hasarın onun tərəfindən inşa edildiyi bildirilmişdir. Bu səbəbdən iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş hasar və digər tikililər cavabdehlər Cavabdeh1 və X9 tərəfindən onların hesabına sökülməlidir.
14. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.12, 157.4-cü, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 103, 119.1, 206, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” və X7rşı” qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər Cavabdeh1 və X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qeyd edilən torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsi sübuta yetsə də məhkəmə cavabdehin mülkiyyətində olan və digər Cavabdeh1 istifadəsində olan tikililərin sökülməsinə qərar vermişdir. Halbuki həmin tikililərin qanuni olması ilə bağlı sənədlər də məhkəməyə təqdim edilmişdr. İşdə olan xx.xx.2005-ci il tarixli, 010233 saylı texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv. m olan 50 saylı yeməkxananın texniki göstəriciləri ilə bağlı İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli 001050 qeydiyyat nöməli şəhadətnamədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı yeməkxananı satış qiymətini ödəməklə satın alınmış, lakin bu əmlak üzərində mülkiyyət hüquqları reyestrdə dövlət qeydiyyatına alınmamışdır. Təqdim olunmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Bakı Quba yolunun 40-cı km-6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmış və həmin çıxarışda cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin dəqiq ölçüsü və konturları qeyd edil mişdir ki, bəhs edilən hasar və tikililər də mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edilmişdir. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, guya onlar (cavabdehlər) mülkiyyətlərində olan torpaq sahəsi üzərində hasar əkməklə və tikililər inşa etməklə iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m olan 50 saylı qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədirlər. Halbuki iddiaçı bu qeyri-yaşayış sahəsindən heç vaxt istifadə etməmiş və həmin tikili istifadə üçün tamamilə yararsız hala düşmüşdür. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 10/1968 nömrəli rəyi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-də yerləşən 6 saylı qeyri-yaşayış sahələrinin bir-birinə qonşu sahələrdə yerləşdiyi və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış sahələrinin ölçüləri və sahəsi mülk materiallarına əlavə edilmiş texniki pasportlarda ətraflı göstərilmişdir (1-ci sual üzrə). Tədqiq olunan qeyri-yaşayış sahələrinin faktiki vəziyyəti üzrə baxış zamanı əldə edilmiş məlumatlarla həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, Abdulbagıyev Vaqif Şahbala oğluna məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 50 saylı qeyri-yaşayış sahəsinə Cavabdeh2 mülkiyyətində olan sahədən müdaxilə ed ilmədiyi müəyyən olunmuşdur. Yəni Cavabdeh2 öz mülkiyyətində olan torpaq sahəsində hasar və tikililəri inşa etmişdir. Ekspertin təqdim etdiyi rəydə iddiaının texniki pasportunda göstərilən obyektə giriş-çıxış yolunun cavabdehlər tərəfindən tikilən hasar və tikililər nəticəsində bağlanıldığı qeyd olunarsa, bu heç də cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi anlamına gəlmir, çünki iddiaçının obyektə giriş-çıxış yolu tələb etdiyi ərazi də Cavabdeh2 mülkiyyətindədir, başqa şəxsin mülkiyyətində olan ərazidən giriş-çıxış yolunun verilməsi bu qaydada deyil, servitut qaydasında həll olunur ki, bu da qaldırılmış iddia tələbinin əsasssız olması deməkdir. Ekspert 50 saylı yeməkxana tikilisinə giriş-çıxış üçün yaranmış maneənin aradan qaldırılması üçün həmin sahədə inşa edilmiş sərhəd hasarı və tikililər sökülməli olduğunu qeyd edir, halbuki məhkəmə həmin tikililərə və hasara cavabdehin mülkiyyət hüquqlarının olmasını nəzərə alaraq iddia tələbini təmin etməməli olduğu halda əsassız iddianı təmin etmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış cavabdehlərin hüquqlarına təminat verməmişdir. Həmin hasar və tikililərin sökülməsi və iddiaçının başqasının mülkiyyətində olan torpaq sahəsindən sərbəst girişçıxış yolunun verilməsi cavabdehlərin mülkiyyət hüquqlarının pozulması və hətta onların faktiki olaraq mülkiyyətlərində olan əmlaklarından məhrum olmaları anlamına gəlir.
17. Bundan başqa, həmin obyektə keçirilən baxış zamanı və ekspert tərəfindən verilmiş rəylə də İddiaçı məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 50 saylı qeyriy aşayış sahəsinin Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, BakıQuba yolunun 40-ci km 6 saylı qeyri-yaşayış binasına tərəf olan çıxışından başqa, tikilinin arxa tərəfində 4 nömrəli mətbəx tikilisindən çölə açılan giriş-çıxış qapısının olması öz təsdiqini tapmışdır. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin başqa yerdən giriş-çıxış qapısının olmasına baxmayaraq Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən obyektə gediş-gəliş yolu kimi istifadə etməsi və həmin ərazidə cavabdeh tərəfindən çəkilmiş hasar və tikililərin sökülməsi məhkəmənin bu mübahisəyə qeyriobyektiv yanaşmasının sübutudur.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-453/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi i lə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X8 və X12) cavabdehlər Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-24/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddianı təmin edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.
20. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci in stansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd etmişdir ki, bəhs edilən hasarın və tikililərin X4 mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilməsi, iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsindən istifadə etməməsi və həmin tikilinin yararsız hala düşməsi hazırkı iddia tələbinin təmin olunmaması və apellyasiya şikayətinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.12, 152.1, 152.5, 157.4, 157.8-ci, Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbini təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkət lər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi alınmış olsa da müvafiq olaraq mübahisəli ərazi üzrə yerində müayinə aparılmış və ekspert rəyində göstərilən hallar təsdiq olunmuş və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nətic əyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
44. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Xüsusən, iş üzrə alınan ekspert rəylərinin əsassız olmasını iddia edir.
45. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə alınmış ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə r iayət etmişdir. Xüsusən nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi rəyə alternativ olan başqa ekspert və ya mütəxəssis rəyi təqdim olunmamışdır.
46. Həmin rəylə və işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da (elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən), onun həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. İddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ümumi sahəsi 245,1 kv.m. olan 50 saylı qeyri-yaşayış sahəsinin qarşısında cavabdehlər tərəfindən inşa edilmiş tikililər və hasar iddiaçının həmin qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə maneə törədir.
47. Nəzərə alınmalıdır ki, təqdim olunmuş sübutlara v ə məhkəmənin topladığı digər sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmamışdır.
48. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələ b isə əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-453/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.