Məhkəmə qərarları › İş №2(105)-447/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-447/2024

01.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-447/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Anatoliyeviçin, Cavabdeh iştirakı ilə, İddiaçı Anatoliyeviçin Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(029)-296/2023 nömrəli qətnaməsindən İddiaçı Anatoliyeviç tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Anatoliyeviç Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi hissəsində sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Anatoliyeviç iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, əvvəllər Maraqlı şəxs məxsus olmuş, sonradan Qusar rayon Notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-507 saylı altı-satqı müqaviləsi ilə Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikili inşa edilmişdir. Tikilinin divarı bilavasitə onunla torpaq sahəsinin sərhədinin üzərində inşa edilmiş, heç bir ara məsafə gözlənilməmişdir. Torpaq sahəsinin eni 13.5 metr, həmin torpaqda inşa edilmiş tikilinin eni isə 13 metr təşkil edir. İşin sadalanan hallarından görünür ki, cavabdehə məxsus torpaq sahəsində ona məxsus torpaq sahəsinə bitişik, ara məsafəsi gözləmədən inşa edilmiş tikili ara məsafəsi hissəsində sökülməlidir. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi X1 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdehin binası qanunsuzdur. Binanın eni 13 metrdir, torpağın eni isə 13,5 metrdir. Binanın sağ tərəfi onun torpaq sahəsinin sərhədindədir. Həmin bina yaşayış evi deyil. Ara məsafəsi saxlanmayıb, uzunluğu 28-30 metr olan binada pəncərələr yoxdur, sağ tərəfdə iki nəfəslik var, o biri tərəfdə də nəfəsliklər var, pəncərələr isə binanın qabaq tərəfindədir. Qusar camaatı oranı tikinti materialların satılan mağaza kimi bilir. Yaşayış evi adı ilə super market tikib, həmin binanın nə birinci mərtəbəsində, nə də ikinci mərtəbəsində bir dənə də olsa otaq yoxdur. İş üzrə verilmiş ekspertizanın rəyi saxtadır. Torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılıb, cizgi, layihə də yaşayış evin layihəsidir, ancaq orada olan tikili mağazadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, həmin binanı o, Maraqlı şəxs almışdır. Həmin binanı alanda reyestr xidmətindən mütəxəssislər gəlib ölçmüşlər. Binanın hündürlüyü yeddi metrdir, ikinci mərtəbəsi yaşayış üçün tikilib. Bina qanuni tikilib, bütün sənədlər qaydasındadır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(029)-296/2023 nömrəli qətnaməsi ilə İddiaçı Anatoliyeviçin Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərclərinin İddiaçı Anatoliyeviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan İddiaçı Anatoliyeviç apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(029)-296/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, əvvəllər Maraqlı şəxs məxsus olmuş, sonradan Qusar rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-507 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikili inşa edilmişdir. Tikilinin divarı, bilavasitə onunla torpaq sahəsinin sərhədinin üzərində inşa edilmiş, heç bir ara məsafəsi gözlənilməmişdir. Torpaq sahəsinin eni 13,5 metr, həmin torpaqda inşa edilmiş tikilinin eni isə 13 metr təşkil edir. Beləliklə, cavabdeh tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla, mübahisə predmetini təşkil edən tikili ara məsafəsi gözlənilmədən inşa edilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinə əsasən ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi müəyyən edilir. İş materiallarında olan şəkillərdən göründüyü kimi, cavabdehə məxsus tikili iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhədinin bilavasitə üzərində tikilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Tikinti qanunvericiliyinə əsasən, cavabdehin torpağında inşa edilmiş tikili ilə torpaq sahəsinin sərhədi arasında ara məsafəsi 2.22 metr olmalıidi. Həmin tikilinin ara məsafəsi gösləmədən bilavasitə onun torpaq sahəsinin sərhədində inşa edilməsi, tikilinin şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikildiyini təsdiq edir. AR Mülki Məcəlləsinin180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin hallarından görünür ki, cavabdehə məxsus tikili ara məsafəsini gözləməməklə, şəhərsalma və tikinti qanunvericiliyinin pozulması ilə tikilmişdir. Bu səbəbdən, həmin pozuntu maraqlarına toxunan iddiaçının tələbi əsasında həmin tikili sökülməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə, iddiaçının həmin normada təsbit olunmuş hüququnu pozmuşdur. Məhkəmə sübutları qiymətləndirərkən, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikintitexniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı rəyinə istinad edərək göstərmişdir ki, rəyə əsasən, Cavabdeh istifadəsində olan tikilinin zirzəmi mərtəbəsinin 1 metr hündürlüyündə hissəsinin sərhəd xəttinə bitişik yerləşdiyini, birinci və ikinci mərtəbələrin xarici divarının hündürlüyünün 6,2 metr olması nəzərə alınsa ara məsafəsi 1,86 metr (6,2x0,3) təşkil edir. Cavabdeh istifadəsində olan tikilinin birinci və ikinci mərtəbələrin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşməsini nəzərə alaraq həmin tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin və 69.6 bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. Rəy açıq aşkar işin faktiki halları ilə ziddiyyət təşkil etdiyi üçün, iddiaçının nümayəndəsi Anatoliy Məmmədbəyov tərəfindən ekspertin məhkəməyə dəvət olunaraq şahid qismində dindidirilməsi barədə vəsatət verilmiş, vəsatət təmin edilməmişdir. Daha sonra nümayəndə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilməsi barədə vəsatət verilmiş, vəsatət onunla əsaslandırılmışdır ki, yerli baxış zamanı, cavabdehə məxsus tikilinin bilavasitə onunla iddiaçının torpaq sahələrinin üzərində inşa edildiyi aydın olacaqdır. Bu vəsatət də məhkəmə tərəfindən təmin edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının vəsatətləri təmin edilməməklə sübutlara birtərəfli və qeyri-obyektiv qiymət verilməklə MPM-nin 88-ci imaddəsinin tələbi pozulmuşdur. Həmçinin işdə olan fotoşəkillərdən ekspert rəyinin ziddiyyətli və həqiqətə uyğun olmayan olduğu aydın olduğu halda, məhkəmə həmin rəyə tənqidi yanaşmamaqla MPM-nin 103.1-ci maddəsinin tələbini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Anatoliyeviç apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən, 0.04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan 18 mart 2003-cü il tarixli 4/4-12 tarixli Qusar Bələdiyyəsinin qərarının surətindən görünür ki, X2 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin A.Xamədov küçəsində 32m. x 25m. ölçülərdə 800 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli 2-1(105)-394/2021 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı-İddiaçı Anatoliyeviçin cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı onun bina ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2-1(102)-28/2022 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli 2-1(105)-394/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Cavabdeh istifadəsində olan tikilinin zirzəmi mərtəbəsinin 1 metr hündürlüyündə hissəsinin sərhəd xəttinə bitişik yerləşdiyini, birinci və ikinci mərtəbələrin xarici divarının hündürlüyünün 6,2 metr olması nəzərə alınaraq, ara məsafəsi 1,86 metr (6,2x0,3) təşkil edir. Cavabdeh istifadəsində olan tikilinin birinci və ikinci mərtəbələrin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşməsini nəzərə alınaraq həmin tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin və 69.6 bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: iddiaçının istifadəsində olan tikili ilə sərhəd hasarına qədər olan məsafənin 16.0 metr olduğu, sərhəd hasarından cavabdehin istifadəsində olan tikilinin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşdiyi, ümumilikdə tikililər arasında məsafənin 18.0 metr olduğu nəzərə alınarsa, AzDtn 2.6 -1 -in 4.12-ci bəndinə və 1-nömrəli Əlavənin (Yanğın əleyhinə tələblər) tələblərində qeyd olunan 15.0 metrlik məsafədən çox olduğu üçün bu tələblərə uyğun olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi gözlənilmədən inşa edilməsi öz təsdiqini tapmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Həmçinin, iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi hissəsinin həyat təhlükəsi halının olması, hüquq və mənafelərin pozulması halları aşkar edilməmiş və bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bininci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan iddiaçı şikayətində işdə olan fotoşəkillərdən ekspert rəyinin ziddiyyətli və həqiqətə uyğun olmayan olduğu aydın olduğu halda, məhkəmə həmin rəyə tənqidi yanaşmamaqla MPM-nin 103.1-ci maddəsinin tələbi pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Cavabdeh istifadəsində olan tikilinin zirzəmi mərtəbəsinin 1 metr hündürlüyündə hissəsinin sərhəd xəttinə bitişik yerləşdiyini, birinci və ikinci mərtəbələrin xarici divarının hündürlüyünün 6,2 metr olmasını nəzərə alaraq, ara məsafəsi 1,86 metr (6,2x0,3) təşkil edir. Cavabdeh istifadəsində olan tikilinin birinci və ikinci mərtəbələrin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşməsini nəzərə alaraq həmin tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin və 69.6 bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: iddiaçının istifadəsində olan tikili ilə sərhəd hasarına qədər olan məsafənin 16.0 metr olduğu, sərhəd hasarından cavabdehin istifadəsində olan tikilinin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşdiyi, ümumilikdə tikililər arasında məsafənin 18.0 metr olduğu nəzərə alınarsa, AzDtn 2.6-1-in 4.12-ci bəndinə və 1-nömrəli Əlavənin (Yanğın əleyhinə tələblər) tələblərində qeyd olunan 15.0 metrlik məsafədən çox olduğu üçün bu tələblərə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə uzlaşmamışdır. Başqa sözlə, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olub olmamasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi İddiaçı Anatoliyeviçin Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Anatoliyeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(029)-296/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar