Məhkəmə qərarları › İş №2(102)-2411/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2411/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2411/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2411/21 (Açar sözlər: borc tələbi, tələbin sadə yazılı əqdə əsaslanması) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X9 oğlunun, Cavabdeh1 və onun vəkili xxx iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(107)-1745/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28340 manat borc pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, Rusiya Federasiyasının vətəndaşıdır. Hər il Azərbaycana gəlir, qohumlarına baş çəkir. 2018-ci ilin yanvar ayında Vəndam qəsəbəsinə gələn zaman cavabdehin atası, qardaşı Cavabdeh2 Bakı şəhərində mənzil almaq istədiyi ni, mənzili almaq barədə satıcı ilə razılığa gəldiyini, lakin pulunun çatışmadığını bildirmiş və ondan 28340,00 (iyirmi səkkiz min üç yüz qırx manat) pul istəmiş, tezliklə qaytaracağını bildirmişdir.

3. Qardaşının xahişini nəzərə alaraq iddiaçı qardaşının istədiyi məbləği ona vermək qərarına gəlib. Qardaşı Ramil pulu oğlu İsmayıla verməyini iddiaçıdan xahiş edib.

4. Cavabdehlər bu pulu bir neçə aya qaytaracağına söz veriblər. Belə olduğu halda iddiaçı ilə Cavabdeh1 arasında qəbz tərtib olunub. Qəbzdə adları yazılmış şahidlərin iştirakı ilə 28340,00 manat pulu iddiaçı 28.01.2018-ci il tarixdə İsmayıla verib.

5. İddiaçı 2018-ci ilin axırlarınadək cavabdehlər tərəfindən borcun qaytarılmasını gözləyib.

6. İddiaçı 2018-ci ilin axırlarından başlayaraq pulu cavabdehlərdən tələb etməyə başlayıb. C avabdehlər aldıqları pulu qaytarmağa bir neçə dəfə söz versələr də, sonradan qaytarmaqdan boyun qaçırıblar.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 439.1, 439.2, 739.1 və 742.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, iddiaçıdan həmin pulu borc adı ilə almamışdır. 28430 manat pul mağaza ilə bağlı hesabat puludur. Onun və oğlu İsmayılın Bakı şəhərində evi yoxdur. İddiaçı ona zəng edərək Şahid adlı şəxsin mağazanı onun əlindən almaq istədiyini bildirmişdir. İlham ondan mağazanı işlətməyi xahiş etmiş, o, isə işlətmək istəmədiyini, işlərinin çox olduğunu bildirmişdir. Həmçinin də həmin vaxt mağazanın külli miqdarda borcu var imiş.

7. Daha sonra isə mağazanı təhvil almış və İlham qeyd edilən pul məbləğini ona məhz mağaza ilə bağlı vermişdi r, yəni 28340 manat pul ona borc olaraq verilməmişdir. Mağazanı təhvil alan zaman orada iddiaçının 2200 manatlıq malı qalmışdır. Oğluna toy edən zaman toydan yığılan puldan 2720 manat pulu İlhama vermişdir. Həmçinin İlhamdan mağazanı təhvil götürməsini istəmişdir.

9. Bir müddətdən sonra öz aralarında mağaza ilə bağlı hesablaşma aparıblar. Onun 28430 manat borcu yoxdur. Həmin pulu mağaza təhvil-təslim olunarkən oğlu İsmayıl İlhamdan almışdır. Yəni təhvil təslim olunarkən İlhamın onlara borcu yaranmışdır, bu səbəbdən İlham 28340 manatı onlara vermişdir.

10. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1172/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28340 manat borcun tutularaq İddiaçı ödənilməsi qət edimişdir. (hakim Elman İsayev)

11. Məhkəmə toplanmış sübutlara, o cümlədən iş materiallarında olan qəbzin yazılmasında iştirak edən şəxslərdən birinin, X2 pulun ev alınması məqsədilə borc verilməsi barədə məhkəmədə verdiyi şahid ifadəsi əsasən müəyyən edib ki, Cavabdeh1 28 yanvar 2018-ci il tarixində İddiaçı (X6, X3 və X4 şahidliyi ilə) 28340 manat pulu təhvil alıb.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2, 740-cı, Mülki Prossesual Məcəlləsinin 14.2 76.1 və 76.2-ci maddələrinə istinad edərək iddianı hər iki cavabdehə qarşı yuxarıda göstərilən qaydada təmin etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın baxılmamış saxlanmasını xahiş ediblər.

14. Apellyasiya şikayəti iddiya etirazın dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə iddiaçı tərəfindən verilən pulun borc deyil, mağazanın təhvil-təslim edilməsi zamanı mağazadakı malların dəyərinin iddiaçı tərəfindən onlara ödənilməsinə istinad edilib.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-379/2020 nömrəli, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(025)-1172/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov, Mübariz Hüseynov)

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirib ki, cavabdehlər iddiaçıdan borc almadıqlarını, həm in pulun özlərinin işlətdikləri cavabdehə məxsus mağazada olan qalıq malların pulu olduğunu, iddiaçıdan həmin malların dəyərini aldıqlarını, yəni cavabdehlər mağazada qalıq qalan malları iddiaçıya nağd qiymətə satdıqlarını bildirsələr də, bu barədə təftiş aktı və ya təhvil-təslim aktı, yaxud alqı-satqı aktını, malların çeşidləri, növləri, kəmiyyət və keyfiyyəti, qarantiya müddəti, o cümlədən qiyməti barədə məlumatları məhkəmələrə təqdim etməmişlər.

17. Apellyasiya instansiyası cavabdehlərin apellyasiya baxışında 28340 mаnаt pulu iddiаçıdаn аlmalarının səbəbini ərzаq mаğаzаsındаkı mаllаrın müxtəlif şirkətlərə məxsus olması, mаğаzаnı bоşаltmаmаq üçün həmin mаllаrı hesаblаyıb pulunu iddiаçıdаn аlmaları, mаllаrın isə mаğаzаdа qаlması, eyni zаmаndа nisyə sаtdıqları mаllаrdаn dа аlаcаqları olduğ u üçün həmin pullаrı аlmаğı iddiаçıyа həvаlə etmələri, mаğаzаdаkı mаllаrın sаyılаrаq təhvil-təslim оlunmаsındа mаllаrı аldıqları firmаlаrın nümаyəndələrinin iştirаk etməməsi ilə izah etmələrinə tənqidi yanaşaraq qeyd edib ki, mağazada qalıq malın sahibi cavabdehlər deyil, paylayıcı firmalardır (şirkətlərdir). Belə olan halda mağazadakı malların sayılaraq təhvil-təhslim olunmasında həmin malların sahibi olan firmaların nümayəndələrinin iştirak etməməsi inandırıcı və ağlabatan deyildir. Eyni zamanda firmalara məxsus malların pulunu həmin firmalara deyil, iddiaçının nə üçün cavabdehlərə ödəməsi məlum deyil.

18. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdehlər kassasiy a şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

20. Kassasiya şikayətinin dəlilləri: - apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3398/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər i ddiaçıdan hər hansı məbləğdə borc pul almalarını qəti şəkildə inkar edərək, iddiaçıdan borc pul almalarını izahatlarında, apellyasiya şikayətlərində etiraf etməsələr də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehlərin izahatları, apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmadan, eləcə də Cavabdeh1 tərəfindən üç şahidin iştirakı ilə imzalanmış sadə yazılı formada 28 yanvar 2018-ci il tarixdə tərtib edilmiş qəbzin şərtlərini təfsir edərkən, həmin qəbz üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, həmçinin tərəflər arasındakı müqaviləyə qədərki telefon danışıqlarını, sms, vatsap yazışmalarını, 2018-ci ilin yanvar ayınadək tərəflərin qarşılıq lı münasibətlərində yaranmış işgüzar münasibətləri, eləcə də tərəflərin 2018-ci ilin yanvar ayından sonrakı hərəkətlərini, o cümlədən cavabdehlərlə digər qardaşlar arasında yaranmış barışmaz münasibətləri, bir sözlə bütün müvafiq halları nəzərə almadan, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, yalnız sadə yazılı formada tərtib edilmiş qəbzdəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, cavabdehlərin iddiaçıya 28.340 manat ödənilməmiş borclarının olduğu qənaətinə gəlmişdir.

23. İddiaçının tələbinin əsası kimi istinad etdiyi 28 yanvar 2018-ci il tarixli qəbzin məzmunundan da tərəflər arasında həqiqətən borc hüquqi münasibətlərin olması açıqaşkar sübuta yetmir və həmin qəbzdə iddiaçının 28.340 manat pulu Cavabdeh1 məhz borc şəklində verməsi və sonuncunun həmin pul u iddiaçıdan məhz borc şəklində alması açıq-aşkar təsdiq olunmur.

24. Kassasiya instansiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi hazırki məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmək üçün 28 yanvar 2018-ci il tarixli qəbzin tərtib olunmasında iştirak edən şəxslərin, o cümlədən həmin qəbzi bilavasitə imzalamış Natiq Vəlizadə və Əlibaba Qasımovun şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işdə iştirak etmiş şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx ifadəsi ilə müqayisəli şəkildə tədqiq edib yoxlamadan, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 218.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, “Röya ma rket” mağazasının hüquqi statusuna, həmin mağazanın kimə məxsus olmasına, mağazanın və onun içərisində olan əmlakların cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi ilə 28 yanvar 2018-ci il tarixdə şahidlərin iştirakları ilə tərtib edilib tərəflərin özləri tərəfindən imzalanmış yazılı qəbz arasında hər hansı bağlılığın olub-olmamasını araşdırmadan, həmin qəbzin ümumiyyətlə Cavabdeh2 tərəfindən imzalanmamasını nəzərə almadan, iddiaçının iddia etdiyi pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Cavabdeh2 sözügedən qəbzlə üzərinə hər hansı öhdəlik götürməmişdir və həmin qəbz ümumiyyətlə onun tərəfindən imzalanmamışdır və o, iddiaçıdan hər hansı məbləğdə pul almasını nə birinci, nə də apelyasiya instansiya sı məhkəmələrində etiraf etməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1745/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2(025)-1172/2019 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək, iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 qarşı borc pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmiş, qətnamənin Cavabdeh1 28340 manat borc tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Rafail Əliyev, İmamverdi Şükürov)

26. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, iş üzrə birinci instansiya məhkəməsi cavabdeh Rəhimov Ramil Vəli oğluna münasibətdə iddia tələbini təmin edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında onların öhdəliklərini dəqiq müəyyən edən 28.01.2018-ci il tarixli qəbz belə bir nəticəyə gəlməyə əsas verir ki, müqavilənin predmeti olan 28340 manat pul məbləği Cavabdeh1 оğluna verilmişdir. Digər Cavabdeh2 ilə iddiaçı arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır.

27. Apellyasiya instansiyası birinci instаnsiyа məhkəməsinin adı çəkilən qəbzi bоrc sənədi kimi qiymətləndirməsi ilə razılaşaraq qeyd edib ki, qəbzin məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi həmin qəbzin borc sənədi olması qənaətinə gəlməyə əsas verir. İddiaçı 28340 manat borcun qaytarılmasını, cavabdeh isə iddiaçıdan borc almadıqlarını, həmin pulun özlərinin işlətdikləri mağazada olan qalıq malların pulu olduğunu, iddiaçıdan həmin malların dəyərini aldıqlarını bildirsələr də, bu barədə təftiş aktı və ya təhvil-təslim aktı, yaxud alqı-satqı aktını, malların çeşidləri, növləri, kəmiyyət və keyfiyyəti, qarantiya müddəti, o cümlədən qiyməti barədə məlumatları məhkəmələrə təqdim etməmişdir.

28. Apellyasiya məhkəməsi cavabdehlərin 28340 mаnаt pulu iddiaçıdan borc kimi deyil, mağazanı təhvil verərkən qalıq malların dəyərinin əvəzi kimi аldıqları barədə izahatına tənqidi yanaşaraq qeyd edir ki, cavabdehlərin də vurğu ladığı kimi, mağazada qalıq malın sahibi sonuncular deyil, paylayıcı firmalardır (şirkətlərdir).

29. Apellyasiya məhkəməsinin mövqeyinə görə firmalar mağazaya malları nisyə (dəyəri ödənilmədən) vermiş, cavabdehlər isə həmin malları sataraq pulunu firmalara ödədikləri halda, iddiaçının sözügedən malların bütün dəyərini qabaqcadan ödəməsi barədə dəlilləri də heç bir məntiqə sığmır. Digər tərəfdən, mağazadakı mallar ərzaq malları olduğundan onların yararlıq və saxlama müddəti də olmuşdur. Formalaşmış işgüzar adətlərə görə, vaxtında satılmamış və yararlıq müddəti keçmiş mallar həmin malı firmalar tərəfində geri alınır (qaytarılır). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (X5) kassasiya şikayət i verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

31. Kasassiya şikayəti apellyasiya şikayətinin və əvvəlki kassasia şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. e) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

32. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və və onun vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

34. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili xxx kas sasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərar dadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

39. İddia tələbi borcun qaytarılması barədədir. İddiaçı Cavabdeh1 оğlun a 28.01.2018-ci il tarixdə 28340 manat pul məbləğində borc verdiyini bildirir və istinad etdiyi halın təsdiq ilə bağlı cavabdehin eyni tarixli əlyazma olan qəbzinə istinad edir.

40. Cavabdeh isə qeyd edilən qəbzin onun tərəfindən yazılmasını qəbul etməklə yanaşı, qəbzdə qeyd edilən pulun borc verilməsini deyil, işlətdikləri mağazanı təhvil verərkən qalıq malların dəyərinin əvəzi kimi аldığını bildirir.

41. Apellyasiya məhkəməsi cavabdehin iddaya etirazının əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad etmişdir.

42. Mülki prosessual Məcəlləninin 77.1-ci maddəsinin tələbləri baxımından, iddianın sübut edilməsi vəzifəsi iddiaçının üzərində düşdüyü halda, iddiaya etirazın əsasını da, yəni pulun işlətdikləri mağazanı təhvil verərkən oradakı malların dəyərinin əvəzi kimi verilməsi ni də cavabdeh sübut etməlidir.

43. İşdən görünür ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları apellyasiya məhkəməsində sübut edə bilməyib.

44. Cavabdehin etirazının dəlilləri ilə bağlı, apellyasiya məhkəməsinin gəldiyi nəticəni və dəyərləndirməni məhkəmə kollegiyası əsaslı və qanunu hesab edir və buna görə də hazırki qərarın 27-29-cu bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.

45. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddiaçı cavabdehə pul verməsinin təsdiq edən və cavabdeh tərəfindən şəxsən yazılıb imzalanmış qəbzi işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi də qeyd etmişdir ki, pulun ona işlətdikləri mağazanı təhvil verərkən oradakı malların dəyərinin əvəzi kimi verilməsi barədə təftiş və ya təhvil-təslim aktı cavabdeh tərəfindən təqdim edilməyib.

46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MPM-in 407.2 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq kassasiya icraatı yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanması ilə məhdudlaşır.

47. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müba hisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1745/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar