Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2412/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və vəkili X4, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı “X13 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh5-yə, Cavabdeh3, X5, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” barədə ilkin, Cavabdeh3, X3, C avabdeh1 və Cavabdeh2 “xxxx” QSC-nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə, DƏDRX-nin Bakı şəhəri 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı “ipoteka və zaminlik müqavilələrin etibarsız hesab edilməsi, ipoteka və zaminliyə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “X13 Azərbaycan” QSC və cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim F.Babayev) xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismə n təmin olunaraq, Cavabdeh5-dən 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 72561,72 (yetmiş iki min beş yüz altmış bir manat yetmiş iki qəpik) faiz borcu, 34190,84 (otuz dörd min yüz doxsan manat səksən dörd qəpik) cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 787993,06 (yeddi yüz səksən yeddi min doqquz yüz doxsan üç manat altı qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh5 və Cavabdeh3 ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış, xx.xx.2015-ci il tarixli, 213/47585 saylı zaminlik müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və zaminliyə xitam verilməsi, Cavabdeh4 ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-723 reyestr nömrəl i və xx.xx.2015-ci il tarixli 3M-649 reyestr nömrəli ipoteka müqavilələrinin, Cavabdeh3 ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M655 reyestr nömrəli ipoteka müqavilələrinin, Cavabdeh2 ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-724 reyestr nömrəli ipoteka müqaviləsinin, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2015-cı il tarixli, 3M-650 reyestr nömrəli və xx.xx.2015-ci il tarixli, 3M651 reyestr nömrəli ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilələr üzrə ipotekaya xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən X.Mərdanova, hakimlər İ.Vəliyev, E.Həsənov) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı “X13 Azərb aycan” QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, ilk iddia tələbi üzrə Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti rədd edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5357/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdehlər Cavabdeh5dən və Cavabdeh3 müştərək qaydada 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 72561,72 (yetmiş iki min beş yüz altmış bir manat yetmiş iki qəpik) faiz borcu, 34190,84 (otuz dörd min yüz doxsan manat səksən dörd qəpik) cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 788203,06 (yeddi yüz səksən səkkiz min iki yüz üç manat altı qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” QSC-nə ödənilməsi, borc tələbinin DƏDRX-nin MH seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə və DƏDRX-nin MH seriyalı, ******* №-li, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışına mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilin ilkin satış q iyməti 252,910 manat, ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin ilkin satış qiyməti 110000 məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlakların boşaldılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış ipoteka predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması, qalan hissədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıq lı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh4 ilə “X13 Azərbaycan” QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 3M-723 reyestr nömrəli və xx.xx.2015-ci il tarixli, 3M-649 reyestr nömrəli, Cavabdeh2 ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-724 reyestr nömrəli və ilə “X13 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3M-650 reyestr nömrəli və xx.xx.2015-ci il tarixli, 3M-651 reyestr nömrəli ipoteka müqavilələri üzrə ipotekaya xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) iddiaçı “X13 Azərbaycan” QSC-nin kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kasasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən X.Cəmilova, hakimlər İ.Kərimli və R.Ağakişiyev) qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh5-dən və Cavabdeh3 müştərək qaydada 681,210 (altı yüz səksən bir min iki yüz on) manat 50 (əlli) qəpik əsas, 72561 (yetmiş iki min beş yüz altmış bir) manat 7 2 (yetmiş iki) qəpik faiz, 34190 (otuz dörd min yüz doxsan) manat 84 (səksən dörd) qəpik cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi borcun 788,203 (yeddi yüz səksən səkkiz min iki yüz üç) manat 06 (altı) qəpik məbləğində pulun tutularaq iddiaçı “X13 Azərbaycan” QSC-yə ödənilməsi, borc tələbinin ilkin satış qiyməti 215 000 (iki yüz on beş min) manat müəyyən edilməklə, DƏDRX-nin MH seriyalı, ******* №-li, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə, ilkin satış qiyməti 80 000 (səksən min) manat müəyyən edilməklə DƏDRX-nin MH seriyalı, ******* №-li, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışına mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə, ilkin satış qiyməti 100 000 (yüz min) manat müəyyən edilməklə Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, ilkin satış qiyməti 60 000 (altımış min) manat müəyyən edilməklə Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, ilkin satış qiyməti 40 0 00 (qırx min) manat müəyyən edilməklə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, ilkin satış qiyməti 105 000 (yüz beş min) manat müəyyən edilməklə Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilməklə Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlakların boşaldılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış ipoteka predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qaytarılması, ipoteka predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması, məhkəmə xərci olan 1550 (min beş yüz əlli) manat ekspertiza tədqiqatının dəyərinin Cavabdeh5-yə aid edilməsi, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edlməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “X13 Azərbaycan” QSC kasasiya şikayəti ilə Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin və Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hi ssəsində ləğv edilməsini və həmin hissədə işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Hüquqi məsələlər: İddiaçı “X13 Azərbaycan” QSC cavabdehlər Cavabdeh5-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh5-dən və Cavabdeh3 müştərək qaydada 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 54127,91 (əlli dörd min yüz iyirmi yeddi manat doxsan bir qəpik) əsas məbləğə hesablanmış faiz borcu, 15931,05 (on beş min yüz doqquz yüz otuz bir manat beş qəpik) hər gecikdirilmiş günə görə cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 751509,45 (yeddi əlli bir min beş yüz doqquz manat qırx beş qəpik) məbləğində pulun tutularaq iddiaçı “X13 Azərbaycan” QSC-nə ödənilməsi, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardı mçı sahədən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, mülkiyyət hüququ Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 8 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 9 ünvanında yerləşən, istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəl i mənzilə yönəldilməsi, ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əlavə razılaşmaya əsasən tərəflər arasında razılaşdırılmış 252910 (iki yüz əlli iki min doqquz yüz on) manat, Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 110000 (yüz on min) manat, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 240000 (iki yüz qırx min) manat, Cavabdeh4 məxsus olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 60000 (altmış min) manat, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 40000 (qırx min) manat, Cavabdeh1 məxsus olan ünvan 8 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sa həsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 120000 (yüz iyirmi min) manat və Cavabdeh1 məxsus olan ünvan 9 ünvanında yerləşən, istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 90000 (doxsan min) məbləğlərində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcalan və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrinin 1 (bir) ay müddətində boşaldılmas ı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı “X13 Azərbaycan” QSC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh5" MMC-dən və Cavabdeh3 müştərək qaydada 681,210.50 AZN (altı üz səksən bir min iki yüz on manat 50 qəpik) əsas kredit borcu 72,561.72 AZN (yetmiş iki min beş üz altımış bir manat 72 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 34.190.84 AZN (otuz dörd min yüz doxsan manat 84 qəpik hər gecikdirilmiş günə görə cərimə borcunun, 210 AZN (iki yüz on manat) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, cəmi 788,203.05 AZN (yeddi yüz səksən səkkiz m in iki yüz üç manat 05 qəpik) “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə cavabdehlərə məxsus yuxarıda qeyd olunan ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilıməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borcalan və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 “X13 Azərbaycan” QSC-nə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Resp ublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka və zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin cavabdehlər Cavabdeh3, X7, Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi, “X13 Azərbaycan” QSC ilə Cavabdeh5, Cavabdeh3, X7, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipotekalara xitam verilməsi, “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 və Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla et ibarsız hesab edilməsi və həmin müqavilə əsasında yaranmış Cavabdeh3 zaminliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında xx xxxx 2015-ci il tarixli kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh5-yə xx xxxx 2020-ci il tarixinədək 700 000 manat məbləğində kredit xətti ayrılmışdır. Həmçinin o da mübahisə edilmir ki, “X13 Azərbaycan” QSC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh3 borcalan Cavabdeh5-yə zamin duraraq qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra etməməsinə görə onunla birgə tam məsuliyyət daşı mağına dair öhdəlik götürmüşdür. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 və ipoteka qoyan Hacıyevə Zemfira arasında xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə görə mülkiyyət hüququ ilə X5 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bag evi və ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibrarət 3 otaqlı, 58 saylı mənzil “X13 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan bağ evi 240.000 manat, 58 saylı mənzil isə 60.000 manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 və ipoteka qoyan Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli 3M-654 və 3M-655 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə mülkiyyət hüququ ilə Cavabdeh3. Rafiq oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 22 otaqlı, 47 nömrəli və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 156.4 kv.m, 107.2 kv. yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibrarət 4 otaqlı, 12 nömrəli mənzillər “X13 Azərbaycan” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan 47 nömrəli mənzil 110.000 manat, 12 nömrəli mənzil isə 500.000 manat məbləğində qiymətləndirilmişdir. “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 və ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, həmi n müqaviləyə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi “X13 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və qeyd olunan əmlak 40.000 manat məbləğində qiymətləndirilmişdir. “X13 Azərbaycan” QSC ilə 'Cavabdeh5 və ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2015-cni tarixli 3M-650 və 3M-651 nömrəli ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə görə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12, üvanında istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibrarət 4 otaqlı, 43 nömrəli və ünvan 6 ünvanmda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzillər “X13 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan 43 nömrəli mənzil 120.000 manat, 91 nömrəli mənzil isə 90.000 manat məbləğində qiymətləndirilmişdir. “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında xx xxxxxx 2015-ci il tarixli kredit sazişi bağlanmış, həmin sazişə əsasən bank tərəfindən Cavabdeh5-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 16 % olmaqla 670.000 manat məbləğində kredit verilmiş, Cavabdeh5 isə xx.xx.2015-ci il tarixdən başlayaraq 24 ay müddətinə ümumlikdə 809.667 manat 12 qəpik məbləğində pulu “X13 Azərbaycan” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx xxxx 2016-cı il tarixli 1 saylı razılaşma ilə xx xxxxxx 2015-ci il tarixli kredit sazişinə dəyişiklik edilərək kreditin qaytarılmas ı müddəti 24 aydan 17 aya endirilsə də bununla bağlı ipoteka qoyanların razılığı alınmamışdır. Cavabdeh5 ilə “X13 Azərbaycan" QSC arasında kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair kredit Sazişinə xx xxxx 2016-cı il tarixli 2 saylı razılaşma bağlanmış, həmin razılaşma ilə Cavabdeh5” MMC-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 18 % olmaqla 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz manat) məbləğində kredit verilmiş, Cavabdeh5 isə xx.xx.2016-cı il tarixdən başlayaraq 24 ay müddətinə ümumlikdə 34.209 manat 86 qəpik məbləğində pulu “X13 Azərbaycan” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 ot aqlı, 12 nömrəli mənzilin hazırki bazar qiyməti 215 000 manat, ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin hazırki bazar qiyməti 80 000 manat, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinin hazırki bazar qiyməti 100 000 manat, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilin hazırki bazar qiyməti 60 000 manat, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 hatorpaq sahəsinin hazırki bazar qiyməti 40 000 manat, ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində y erləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilin hazırki bazar qiyməti 105 000 manat, ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilin hazırki bazar qiyməti 70 000 manat təşkil edir İddiaçının nümayəndəsi bildirir ki, xx xxxx 2015-ci il tarixdə “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh5-yə xx xxxx 2020-ci il tarixinədək 700.000 AZN məbləğində kredit xətti ayrılmışdır. xx xxxxxx 2015-ci il tarixdə “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh5-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 16% olmaqla 670.000 AZN məbləğində kredit verilmişdir. xx xxxx 2016cı il tarixdə “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 saylı kredit Sazişinə 1 saylı razılaşma imzalanmışıdır. Həmin Razılaşmaya əsasən xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 1 saylı Kredit Sazişi üzrə verilmiş kreditin ödəniş şərtləri dəyişdirilmişdir. xx xxxx 2016-cı il tarixdə “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 2 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh5-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 18% olmaqla 27.800 AZN məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank ilə borcalan Cavabdeh5 və ipoteka qoyan X7 arasında mülkiyyət hüququ ilə X5 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bag evi, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibrarət 3 otaqlı, 58 mənzil, bank ilə borclalan Cavabdeh5 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünva n 1 ünvanında yerləşən, ümumi sahəsi 156.4 kv.m, 107.2 kv. yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibrarət 4 otaqlı, 12 nömrəli mənzil, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 22 otaqlı, 47 nömrəli mənzil, Bank ilə borclalan Cavabdeh5 və ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi, “Bank ilə borclalan "Cavabdeh5” MMC və ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı, Mustafayev küçəsi ev 12, üvanında istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibrarət 4 otaqlı, 43 nömrəli mənzil, ünvan 6 ünvanmda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzil “X13 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh3 ilə Bank arasında xx xxxxxx 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh3 borcalan Cavabdeh5-yə zamin duraraq qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra etməməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 bildirirlər ki, tərəflər arasında bağlanmış ipoteka və zaminlik müqavilələri əhəmiyyətsiz əqd sayılmaqla, etibarsız hesab edilməli, ipoteka predmetlərinə və zaminliyə xitam verilmə lidir. Belə ki, kreditorla borcalan arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) tərəflər arasında hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmir, dəişdirmir və ya xitam etmir. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, borcverən bu müqaviləsilə müəyyən edilmiş şərtlərlə verilən kreditlər üçün borcalana bərpa olunan kredit xətti açır, borcalan isə kredit xətti üzrə almış olduğu bütün pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Kredit(lər) borc alana hissə-hissə verilir. Kredit xətti üzrə hissə-hissə verilən hər bir kredit(lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki v ə sairə şərtləri tərəflər arasında bağlanan və müqavilənin tərkib hissəsi sayılan müvafiq kredit sazış(lər)i ilə müəyyən edilir. Bu o deməkdir ki, tərəflərin hüquq və vəzifələri əmələ gəlməmişdir. Buna görə də, kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) konsensual müqavilə deyil, yəni “X13 Azərbaycan” QSC-nin Cavabdeh5-yə gələcəkdə kredit vermək vədi mövcud deyil. Odur ki, qanunvericiliyin tələblərinə əsasən “X13 Azərbaycan" QSC ilə ipoteka qoyanlar arasında bağlanılmış ipoteka müqavilələri, eləcə zaminlik müqaviləsi əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında bağlanmış kredit sazişləri əsas müqavilə sayılmadığından kredit müqaviləsində (kredit xəttinin açılması barədə müqavilə) tərəflər hər hansı bir öhdəlik götür mədiyindən bağlanmış ipoteka və zaminlik müqavilələri əhəmiyyətsizdirlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, AR Konstitusiya Məhkəməsi Plennumunun xx xxx 2018-ci il tarixli qərarında kredit xətti müqaviləsinin niyyət razılaşması deyil, konsensual müqavilə olduğu qeyd edilmiş və kredit xətti müqaviləsinin tərəflər üçün qarşılıqlı hüquq və vəzifələr yaratdığı bildirilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bağlanılmış zaminlik və ipoteka müqavilələri üzrə zaminliyə və ipotekaya xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi tutmanın Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerl əşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi tutmanın Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv. m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı “X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında xx xxxx 2015-ci il tarixli kredit xət ti müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə yuxarıda qeyd edilən zaminlik müqaviləsi və ipoteka müqavilələri bağlanmışdır. Qeyd edilən kredit xətt müqaviləsində ayrılacaq kreditin məbləği və hansı müddətə ayrılacağı göstərilsə də, kreditin hansı faizlə ayrılacağı göstərilməmişdir. Bundan sonra həmin kredit xətt müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2015ci il tarixli kredit sazişi ilə Cavabdeh5-yə 24 ay müddətinə illik 16% olmaqla 670.000 AZN məbləğində kredit verilmişdir. Bundan sonra yəni xx xxxx 2016-cı il tarixində X13 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında bağlanmış müqavilə ilə kreditin qaytarılması müddəti 24 aydan 17 ayadək qısaldılmışdır və bununla bağlı ipoteka qoyanların razılığı alınmamışdır. Bundan başqa kredit xətt müqav iləsi çərçivəsində bağlanmış xx xxxx 2016-cı il tarixli kredit sazişi ilə Cavabdeh5-yə 24 ay müddətinə illik 18% olmaqla 27.800 məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il Qərarında qeyd edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmə lidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəy yən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər Bundan başqa Konstitusiya Məhkəməsinin Plennumu qeyd etmişdir ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir k i, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit xətti müqaviləsində həmin müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, həmçinin kredit sazişlərində nəzərdə tutulan faiz dərəcələri, o cümlədən kreditin qaytarılması müddətinin qısaldılması bar əsində zaminlərin və ipoteka qoyanların razılığı alınmadığından cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi tutmanın Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçı Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli və Cavabdeh1 məxsus olan ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzillərin ilkin satış qiyməti müəyyən edilərk ən ekspert tərəfindən verilən rəyin əsassız olduğunu vurğulasa da bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi tutmanın Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, ünvan 3 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ünvan 6 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı “X13 Azərbaycan” QSC-nin kasasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2412/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2412/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver