Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2414/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X10 oğlunun, Cavabdeh Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili Əsgərov Amid Abid oğlunun iştirakları ilə, iddiaçı “İddiaçıı” QSC-nin cavabdehlər Cavabdeh3-yə, Cavabdeh1, Cavabdeh şirkətinə və Cavabdeh4 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəlik üzrə yaranmış bor c məbləğinin və borcun vaxtında ödənilməməsinə görə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11184/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Əsgərov Amid Abid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(006)2603/2017 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh şirkəti tərəfindən iddiaçı “İddiaçıı” Qapalı Səhmdar Cəmiyyəti qarşısında göstərilmiş xidmət haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər “Cavabdeh3“ Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh1 və Cavabdeh şirkətindən müştərək qaydada iddiaçı “İddiaçı“ Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yük daşınmasına görə 42777021 (qırx iki milyon yeddi yüz yetmiş yeddi min iyirmi bir) ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yük daşımalara görə 137.805 (bir yüz otuz yeddi min səkkiz yüz beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(103)-10684/2018 nömrəli qərardadı ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(006)-2603/2017 nömrəli qətnaməsindən verdiyi ap elyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(103)-10684/2018 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh “Cavabdeh3“ MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(102)-4360/2019 nömrəli qərarı ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) cavabdeh “Cavabdeh3“ MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.11.2018-ci il t arixli, 2(103)-10684/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(102)-4360/2019 nömrəli qərarı ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2(103)-10684/2018 nömrəli qərardadı ləğv edilmiş və apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli qərardadı ilə kassasiya məhkəməsinin həmin məsələ ilə bağlı göstərişləri nəzərə alınaraq Cavabdehşirkətin in apelyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-11184/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) Cavabdeh3 və Cavabdeh şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəmənin 07.08.2017-ci il tarixli qətnaməsi apelyantlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh şirkətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 iş üzrə cavabdeh qismində cəlb olunması, “İddiaçıı“ QS C qarşısında götürülmüş öhdəliklərin, yəni göstərilmiş xidmət haqlarının ödənilməsinin cavabdehlər “Cavabdeh3“ MMC, Cavabdeh1 və Cavabdehşirkəti tərəfindən yerinə yetirilməməsi, eyni zamanda Cavabdeh4 saxta etibarnamə əsasında fəaliyyət göstərməsi və həmin saxta etibarnamədən istifadə edərək “Cavabdeh3“ MMC adından məhkəməyə ərizələr təqdim etməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, dəmiryolu vasitəsi ilə beynəlxalq yükdaşınmasına görə 42.777. 021 (qırx iki milyon yeddi yüz yetmiş yeddi min iyirmi bir) ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yükdaşımalara görə isə 137.805 (yüz otuz yeddi min səkkiz yüz beş) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması və yaxud pul vəsaitlərinin cavabdehlərin əmlakı hesabına ödənilm əsi, cavabdehlər tərəfindən öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə 23.01.2015-ci il tarixdən qətnamə çıxarılan günədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə müvafiq olaraq maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçıı“ QSC ilə “Cavabdeh3“ MMC arasında 31.01.2008-ci il tarixli “Dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiyası olunması haqqında” müqavilə imzalanmışdır.Eləcə də, tərəflər arasında sonuncu müqavilə 30.12.2013-cü il tarixdə imzalanmışdır. “İddiaçıı“ QSC ilə “Cavabdeh3“ MMC arasında 23.01.2015-ci il tarixli «Üzləşmə» aktları imzalanmış; idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış; 23.01.2015-ci il tarixli idxal-ixrac və yü k daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən-üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 62.934.470 ABŞ dolları 25 sent «İddiaçıı» QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə Cavabdeh3-yə daşınan yüklərə görə «İddiaçıı» QSC tərəfindən 13.088.931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmişdir. Həmin dövr ərzində Cavabdeh3 tərəfindən «İddiaçıı» QSC-yə 33.251.380 ABŞ dolları 71 sent vəsait ödənilmiş, beləliklə 01.01.2015-ci il tarixə saldo 42.772.021 ABŞ dolları 05 sent «İddiaçıı» QSC-nin xeyrinə təşkil etmişdir. Eyni zamanda 23.01.2015-ci il tarixli daxili yük daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 413.182 manat 31 qəpik «İddiaçıı» QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə Cav abdeh3-yə daşınan yüklərə görə «İddiaçıı» QSC tərəfindən 78.622 manat 46 qəpik ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində Cavabdeh3 tərəfindən «İddiaçıı» QSC-yə 354.000 manat 00 qəpik vəsait ödənilmiş; beləliklə 01.01.2015-ci il tarixə saldo 137.804 manat 76 qəpik «İddiaçıı» QSC-nin xeyrinə təşkil etmişdir. Qeyd olunan hesablaşmaların aparılması, saldo və sonuncu nəticə şəxsən Cavabdeh1 tərəfindən müəyyən edilmiş və Cavabdeh1 bütün yükdaşımalara rəhbərlik etməklə, MMC-nin təsisçisi olan Cavabdehşirkəti ilə birlikdə bütün işləri təşkil etmiş və sifarişçilərlə şəxsən əlaqə saxlamışlar.Borc məbləğlərinin təxirə salınmadan ödənilməsi tələblərinə Cavabdeh1 bildirmişdir ki, Cavabdeh3-nin təsisçisi “Baghlan Qroup FZCO” müəsissəsinin X3 və Türkiyə Respublikasında yerləşən bank hesabları vasitəsilə MMC-yə pul vəsaitləri köçürülməlidir. Həmin pul vəsaitləri MMC-nin hesabına daxil olan kimi borc ödəniləcəkdir. Borcun ödənilməsi üçün dəfələrlə şifahi və yazılı müraciətlər olunsa da, halhazıradək əməli tədbirlər görülməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Cavabdeh şirkəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh şirkəti və vəkili Əsgərov Amid Abid oğl u kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Mülki Məcəllədə birbaşa göstərilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 52.2-ci maddəsini pozaraq Cavabdehşirkətinin, Cavabdeh3-nin təsisçisi olduğuna görə Cavabdehşirkətinə aid olmayan öhdəliklərə cavabdeh olduğunu və borcun müştərək qaydada tutulmasını qət etmişdir.Bundan ə lavə iddiaçı “İddiaçı” QSC ilə Cavabdeh şirkəti arasında heç bir müqavilə və ya öhdəlik barədə razılaşma mövcud deyildir.Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi Cavabdeh şirkətinin müştərək cavabdeh olmasını qət etmişdir. Halbuki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh3-nin nümayəndəsi, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə müvafiq xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmişlər. Eləcə də, həmin cavabdehlərdən hər hansı birinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəkləri barədə hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. İddiaçı “İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili və Cavabdeh şirkətinin vəkili həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü s əbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Əsgərov Amid Abid oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X10 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Əsgərov Amid Abid oğlunun, iddiaçı “İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X10 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzr ə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətb iq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: - “İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 31.01.2008-ci il tarixli “dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında” müqavilənin surətindən görünür ki, “İddiaçıı” QSC ilə Cavabdeh3 arasında dəmir yolu vasitəsi ilə yük daşınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən qeyd edilən müqavilənin məzmunu üçüncü ölkələrdən üçüncü ölkələrə, Tarif razılaşması iştirakçıları olan dövlətlərdən üçüncü ölkələrə və əksinə, eləcə də Tarif razılaşması işti rakçıları olan dövlətlərinin dəmir yollarının stansiyaları arasında X6 Sazişi əsasında “İddiaçıı” QSC vasitəsi ilə daşınan neft və neft məhsullarına ekspedisiya xidmətinin təşkili zamanı qarşılıqlı münasibətlərin, qarşılıqlı hesablaşmaların, həmçinin tərəflərin hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. - “İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30.12.2013-cü il tarixli, hüq: 1977 saylı “dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında” müqavilənin surətindən görünür ki, “İddiaçıı” QSC ilə Cavabdeh3 arasında dəmir yolu vasitəsi ilə yük daşınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən qeyd edilən müqavilənin məzmunu üçüncü ölkələrdən üçüncü ölkələrə, Tarif razılaşması iştir akçıları olan dövlətlərdən üçüncü ölkələrə və əksinə, eləcə də Tarif razılaşması iştirakçıları olan dövlətlərinin dəmir yollarının stansiyaları arasında X6 Sazişi əsasında “İddiaçıı” QSC vasitəsi ilə daşınan yüklərə ekspedisiya xidmətinin təşkili zamanı qarşılıqlı münasibətlərin, qarşılıqlı hesablaşmaların, həmçinin tərəflərin hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. - “İddiaçıı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30.12.2013-cü il tarixli, hüq:1979 saylı “Azərbaycan Respublikası ərazisində dəmir yolu vasitəsi ilə daşımaların ekspedisiya olunması haqqında” müqavilənin surətindən görünür ki, “İddiaçıı” QSC ilə Cavabdeh3 arasında dəmir yolu vasitəsi ilə yük daşınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndin ə görə qeyd edilən müqavilənin məzmunu ADY X11 üzrə Tarif Siyasətinə və 1 saylı tarif tədiyyəsinin 10-01 Preyskurantındakı təlimatlara uyğun olaraq İddiaçıı” QSC vasitəsi ilə daşınan daxili daşımalara ekspedisiya xidmətinin təşkili zamanı yük sahiblərindən daşıma haqlarının əvvəlcədən ödənilməsinin təmin etmək məqsəd ilə qarşılıqlı münasibətlərin və hesablaşmaların, həmçinin tərəflərin hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir. - “İddiaçıı” QSC ilə Cavabdeh3-nin baş mühasibi Cavabdeh1 arasında imzalanmış 23.01.2015-ci il tarixli üzləşmə aktından (2-ci cild, i/v 41) görünür ki, 30.12.2013-cü il tarixli, hüq:1977 saylı müqaviləyə əsasən 01.10.2014-cü ildən 01.01.2015-ci ilədək dövr ərzində “İddiaçıı” QSC ilə Cavabdeh3 tərəfindən idxal-ixrac və tranzit yükdaşımalarına görə hesabatlar ın üzləşməsi aparılmış və üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 62.934.470 ABŞ dolları 25 sent “İddiaçıı” QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə Cavabdeh3-yə daşınan yüklərə görə “İddiaçıı” QSC tərəfindən 13.088.931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmişdir. Həmin dövr ərzində Cavabdeh3 tərəfindən “İddiaçıı” QSC-yə 33.251.380 ABŞ dolları 71 sent vəsait ödənilmişdir. Beləliklə, 01.01.2015-ci il tarixə saldo 42.772.021 ABŞ dolları 05 sent “İddiaçıı” QSC-nin xeyrinə təşkil etmişdir. Həmin akt eyni zamanda Cavabdeh3-nin direktoru H.Nadirxanovun imzası və dairəvi möhürü ilə təsdiq edilmişdir. - “İddiaçıı” QSC ilə Cavabdeh3-nin baş mühasibi Cavabdeh1 arasında imzalanmış 23.01.2015-ci il tarixli üzləşmə aktından (2-ci cild, i/v 42) görünür ki, 30.12.2013 -cü il tarixli, hüq:1979 saylı müqaviləyə əsasən 01.10.2014-cü ildən 01.01.2015-ci ilədək dövr ərzində “İddiaçıı” QSC ilə Cavabdeh3 tərəfindən idxal-ixrac və tranzit yükdaşımalarına görə hesabatların üzləşməsi aparılmış və üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 413182 manat 31 qəpik “İddiaçı” QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə Cavabdeh3-yə daşınan yüklərə görə “İddiaçı” QSC tərəfindən 78.622 manat 46 qəpik ödəniş üçün hesab təqdim edilmişdir. Həmin dövr ərzində Cavabdeh3 tərəfindən “İddiaçıı” QSC-yə 354.000 manat vəsait ödənilmişdir. Beləliklə, 01.01.2015-ci il tarixə saldo 137.804 manat 76 qəpik “İddiaçıı” QSC-nin xeyrinə təşkil etmişdir. -Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin 12.09.2012-ci il tarixli Kommersiya hüquqi şəxslərinin dövlət reyest rindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdehşirkətidir(1-ci cild, i/v 124). -Vergilər Nazirliyinin 30 oktyabr 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, dövlət reyestrində Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 2********) 02.08.2002-ci il tarixdə 12-02-01/19 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, rəhbərinin X4 olması, cəmiyyətin 13.04.2018-ci il tarixdə fəaliyyətinin dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etməsi barədə məlumat mövcuddur. Dövlət reyestrində (Bağlan Group FZCO” şirkəti) adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir (2-ci cild, i/v 237). -Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin 31 oktyabr 2018-ci il tarixli arayışında qeyd e dilmişdir ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti 02 avqust 2002ci il tarixdə Naxçıvan şəhər Vergilər İdarəsində ********** saylı VÖEN-lə vergi uçotuna dayanmışdır. Cəmiyyətin təsisçisi “Cavabdeh şirkəti, rəhbəri isə X2r. Eyni zamanda cəmiyyət fəaliyyətini hal-hazırda dayandırmışdır. Məlumat üçün bildirilir ki, Cavabdehşirkəti Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında qeydiyyatda olmadığı üçün onun haqqında hər hansı bir məlumat təqdim edilə bilinmir (1-ci cild, i/v 241). Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ”Cavabdeh3” MMC-nin təsisçisi Cavabdehşirkətidir və cəmiyyət hal-hazırda fəaliyyətini dayandırmışdır. Cəmiyyətin fəaliyyəti dayandırıldığı üçün apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı borc müştərək qaydada “BAĞHLAN GROU P FZCO” şirkətindən də tutulmalıdır. Cavabdehşirkəti Cavabdeh3-nin təsisçisi kimi cəmiyyətin fəaliyyətinə nəzarət etmiş və cəmiyyətin öhdəlikləri ilə bağlı qərarlara da təsir etmişdir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin internet vergi idarəsindən çıxarışdan görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliliyinin qanuni təmsilçisi F.H.Nadirxanovdur. Bundan başqa iş materiallarına əlavə edilmiş hər iki cavabdehin nümayəndələrinə verilmiş etibarnamələrdən də görünür ki, hər iki etibarnamə Cavabdehşirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliliyinin direktoru və həmçinin Cavabdeh3-nin direktoru F.H.Nadirxanov tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi hər iki şirkətin eyni şəxs tərəfindən idarə olunması və eyni mənafedən çıxış etməsi ilə bağl ı iddiaçının dedikləri öz təsdiqini tapır. Mülki işin 1-ci cildinin 124-cü səhifəsində olan Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, ”Cavabdeh3” MMC-nin təsisçisi və nizamnamə kapitalındakı mayalarının miqdarı 2 payla X5 yerləşən Cavabdehşirkətinə məxsusdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətinin yuxarıda qeyd olunan iki əsas dəlili, yəni Cavabdeh digər cavabdeh Cavabdeh3-nin yalnız təsisçisi olması və iddiaçı ilə hər hansı müqavilə münasibətində olmaması dəlilləri ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2ci maddəsinə görə bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən “... Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə cavabdeh deyildir...”. Belə bir hüquq mexanizminin əmələ gətirilməsinin səbəbi insanları bütün əmlaklarını itirmək riski və q orxusundan azad etməklə onları iqtisadi təşəbbüskarlıq göstərməyə təşviq etməkdir. İqtisadi təşəbbüskarlığın artması isə öz-özlüyündə mülki dövriyyənin artmasına və inkişafına münbit şərait yaratmaqla ölkənin iqtisadi və sosial inkişafına şərait yaradır. Məhdud Məsuliyyətli Cəmiyyətin iradəsini və bu səbəblə də son nəticədə onun faktiki olaraq fəaliyyətini təşkil edən şəxslərin (təsisçilərin) həmin MMC-nin fəaliyyətinə görə məsuliyyət daşımamasına görə hüquqları digər subyektiv hüquqlarda olduğu kimi sui-istifadə edilə bilir və edilir. Belə bir sui-istifadə birbaşa mülki dövriyyənin inkişafına və bu nöqteyi nəzərdən də hüquqi şəxs ilə onun təsisçiləri arasında ayrılıq prinsip və əsasının qəbul edilməsi məqsədinə tamamilə zidd halların əmələ gəlməsinə səbəb olur. Çünki sui-istifadə halların da hüquqi şəxslər mülki dövriyyənin surətlənməsinə və böyüməsinə deyil, hüquqi etimadı zədələməklə bazar iqtisadiyyatının aparıcı lokomotivi hesab olunan şirkətlərlə hüquqi münasibətlərin qurulmasına ciddi şəkildə maneə əmələ gətirir. Buna görə, hüquqi şəxs şəklində təşəkküldən sui-istifadə olunması nəticəsində əmələ gələ biləcək zərərlərin qarşısını almaq üçün hüquqi şəxslə onu əmələ gətirənlərin (təsisçilərin) ayrılığını təmin edən hüquqi pərdənin qaldırılması zəruridir. Bu hüquqi pərdənin aradan qaldırılması (piercing the corporate veil) isə “hüquqi şəxs” institundan aşkar şəkildə sui-istifadə edilməsi hallarında həmin hüquqi şəxsin kreditorları qarşısında hüquqi şəxsin sahiblərinin (təsisçilərinin) hüquqi məsuliyyətə cəlb edilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 8 0-cı maddəsinə görə “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə “Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar”. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericili yin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 09.09.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “... Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır...” Konstitusiya Məhkəməsinin qeyd etdiyi həmin hüquqi mövqeyə görə də hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. ”Baghlan Qroup FZCO” şirkəti Azərbaycan Respublikasında Cavabdeh3-yə faktiki rəhbərliyini həyata keçirməklə tələb olunan pul vəsaitinin iddiaçıya qaytarılmamasında maraqlı olmuş və həmin şirkətin rəhbəri Nadirxanov Fərid Hikmət oğlunu (atası H.M.Nadirxanovun vəfatından sonra) həmçinin “xxxx” MMC-yə direktor təyin etməklə Cavabdeh3- nin maliyyə təsərrüfat fəaliyyətinə faktiki rəhbərlik etdiyini bir daha təsdiq etmişdir. İşin məhkəmələr tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, Birləşmiş Ərəb Əmirliyində qeydiyyatdan keçmiş “Baghlan Group FZCO” şirkəti Azərbaycan Respublikasında əsasən logistika fəaliyyətini həyata keçirmək üçün Cavabdeh3-ni təsis etmiş, “Baghlan Group FZCO” şirkətinin rəhbəri Nadirxanov Fərid Hikmət oğlu, Cavabdeh3-nin rəhbəri (qanuni təmsilçisi) isə Nadirxanov Hikmət Tofiq oğlu (Nadirxanov Fəridin atası) olmuş, “İddiaçıı” QSC ilə Cavabdeh3 arasında 23.01.2015-ci il tarixli Üzləşmə Aktları imzalanmış, idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, 23.01.2015-ci il tarixli idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşməsi aparılmış, 23.01.2015-ci i l tarixli idxal-ixrac və yük daşımalarına görə hesabatların üzləşmə Aktına əsasən- üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 62.934.470 ABŞ dolları 25 sent “İddiaçıı” QSC-nin xeyrinə təşkil etmişdir. Yoxlama dövründə Cavabdeh3-yə daşınan yüklərə görə “İddiaçıı” QSC tərəfindən 13.088.931 ABŞ dolları 51 sent ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində Cavabdeh3 tərəfindən “İddiaçıı” QSC -yə 33.251.380 ABŞ dolları 71 sent vəsait ödənilmiş, beləliklə 01.01.2015-ci il tarixə saldo 42.772.021 ABŞ dolları 05 sent “İddiaçıı” QSC-nin xeyrinə təşkil etmişdir, eyni zamanda 23.01.2015-ci il tarixli daxili yük daşımalarına görə hesabatların Üzləşmə aktına əsasən-üzləşmə dövrünün əvvəlinə 01.10.2014-cü il tarixə saldo 413.182 manat 31 qəpik “İddiaçıı” QSC –nin xeyrinə təşkil etmiş dir. Yoxlama dövründə Cavabdeh3-yə daşınan yüklərə görə “İddiaçıı” QSC tərəfindən 78.622 manat 46 qəpik ödəniş üçün hesab təqdim edilmiş, həmin dövr ərzində Cavabdeh3 tərəfindən “İddiaçıı” QSC -yə 354.000 manat 00 qəpik vəsait ödənilmiş, beləliklə 01.01.2015-ci il tarixə saldo 137.804 manat 76 qəpik “İddiaçıı” QSC – nin xeyrinə təşkil etmişdir. Qeyd olunan hesablaşmalarda, saldo və sonuncu nəticənin əldə olunmasında Cavabdeh3-nin Baş mühasibi olan Cavabdeh1 şəxsən iştirak etmiş və Mirkan Aygül bütün yükdaşımalara Baş mühasib kimi üzərinə düşən vəzifələrə əsasən rəhbərlik etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə g əlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavab dehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-11184/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2414/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2414/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver