Məhkəmə qərarları › İş №2(102)-2414/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2414/2021

24.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2414/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair ilk və iddiaçılar İddiaçı2, İddiaçı4, xxx qızının, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2, xxxu xxx bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair birləşdirilmiş iddia ərizələri üz rə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, torpaq sahəsinə gedən yolun bağlanması, torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Birləşdirilmiş iddia üzrə İddiaçı3 xxx oğlunun və vəkili Vəkil2, Birləşdirilmiş iddia üzrə Cavabdeh2 vəkili xxx oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)2051/2020 nömrəli qətnaməsindən iddiaçı X7 və birləşdirilmiş iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıq da verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə yerləşən 0,334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 tam paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1ndə 1200 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29 yanvar 1993-cü il tarixdə xxx dövlət notariat kontorunda qeydə alınmış müqavilə ilə X3 tərəfindən Cavabdeh2 satılmışdır. xxx Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə ünvan 1ndə X4, İddiaçı4, İddiaçı3 xxx oğlunun, İddiaçı6 və X1 mülkiyyətinə 1,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. xxx Məhkəməsinin 16 avqust 2010-cu il tarixli qətnaməsi i lə iddiaçı X4 cavabdeh DTXK xxx şöbəsinə qarşı iddiası təmin edilərək, xxx Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-172A saylı, kod 40613018 olan şəhadətnamə üzrə iddiaçı xxx xxx və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsinin naturada tanıdılmaqla iddiaçıya verilməsi, qeyd olunan torpaq sahəsinin naturada ölçməklə ona verilməsinin DTXK xxx şöbəsinə həvalə olunması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 iyun 2019cu il tarixli rəyinə əsasən JN-172A nömrəli (kod: 40613C 18) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikamın ƏMDK yanında DƏDRX-nın 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1 ndə yerləşən 1,14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuş və reallıqda belə bır yol mövcuddur. Sözügedən 1,14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. JN-172A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfind ən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1,14 ha torpaq sahəsinin 0,0588 ha cavabdeh İddiaçı1, 0,20 ha hissəsi cavabdeh X2 istifadəsindədir. İddiaçı2 faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi xxx bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10 iyul 2020-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi xxx Bədəllinin tərtib e tdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********90; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 18.10.2016) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 0.334317 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi xxx Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod ********) “Torpağı n mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 05.03.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1,14 ha torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi xxx Bədəllinin tərtib etdiyi mütəxəs sis rəyində göstərilmişdir ki, JN-172 A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 05.03.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1,14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda belə bir yol mövcuddur. Sözügedən 1,14 ha torpaq sahəsinə qərb tərəfdən gediş-gəliş yolu mövcud deyil. Azərbaycan Re spublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi xxx Bədəllinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, JN-172A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********44; qeydiyyat nömrəsi -**********; qeydiyyat tarixi - 05.03.2015) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1,14 ha torpaq sahəsinin 0,0588 ha cavabdeh İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 istifadəsindədir. İddiaçı2 faktiki istifadəsində olan naturada ölçülmüş torpaq sahəsinin 0,0759 ha hissəsi xxx bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşməsi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə istifadəyə mane olan hallara son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19 fevral 2010-cu ildə 0,334317 ha torpaq sahəsini, alqı-satqı müqaviləsi əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmçinin adın a Çıxarış verilmişdir. Torpağın təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üçün müəyyən edilmişdir. Lakin iddiaçı torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh və onun ailə üzvləri iddiaçının həmin torpaq sahəsinə keçməyə imkan vermirlər. Hər dəfə iş görmək üçün torpaq sahəsinə getmək istəyəndə cavabdeh ünvanına nalayiq söyüşlər söyür, onu hədələyir və həmin torpaqdan istifadə etməyə qoymayacağını bildirir. İddiaçılar İddiaçı2, İddiaçı4, xxx qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2 və xxxu xxx bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, JN-172A Kod 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması, ödədikləri 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2, İddiaçı4, İddiaç ı3, İddiaçı6 və xxxa xxx xxx qızına xxxu, ünvan 1 ərazisindən xxx Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı fərdi yaşayış evi tikmək məqsədilə 1,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-172A Kod 40613018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 05 mart 2015-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. Mülkiyyətlərinə həyətyanı torpaq sahəsi verilərkən iddiaçılara sərhəd nöqtələri dəqiqliklə tanıdılmamış, ona görə də İddiaçı2 cavabdeh DTXK-nın xxx şöbəsinə qarşı məhkəmədə iddia qaldırmış və xxx Məhkəməsinin 16 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, xxx Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə torpağın mülkiyyətə ver ilməsinə dair JN-172A Kod 40613018 olan şəhadətnamə üzrə İddiaçı2 və dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsi naturada tanıdılmaqla İddiaçı2 verilməsi və qeyd olunan 1,14 ha torpaq sahəsinin naturada ölçülməklə İddiaçı2 verilməsi DTXK-nın xxx şöbəsinə həvalə olunması qət edilmişdir. Lakin qətnamə əsasında verilmiş icra vərəqəsi bir neçə il icra olunmamışdır. Nəhayət, icra tədbirləri çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin və Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssislərinin iştirakı ilə 28 iyun 2019-cu il tarixdə İddiaçı2 və dörd nəfər ailə üzvlərinin istifadəsində olan ümumilikdə torpaq sahəsinin faktiki vəziyyətinə baxış keçiril miş və müvafiq akt tərtib edilmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xxx İcra və Probasiya şöbəsinə ünvanlanmış 02 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsində mövcud olan DWJ baza məlumatına görə torpaq sahəsinin naturada müəyyən olunmuş koordinatlara əsasən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Şəki LTİ-nin 09 iyul 2019-cu il tarixdə tərtib etdiyi torpaq sahəsinin yerquruluşu sxemində torpaq sahəsinin cənub sərhədi boyunca göstərilən torpaq sahəsinin 18 nömrəli döngə nöqtəsindən 26 nömrəli döngə nöqtəsinə qədər və torpaq sahəsinin qərb sərhədi boyunca 26 nömrəli döngə nöqtəsindən 30 nömrəli döngə nöqtəsinə qədər olan və həmin istiqamətdə X4 istifadəsində olmayan sxemdə qırmızı xətlə işarələnən sahə bələdiyyə mülkiyyətinə aiddir. xxxu xxx bələdiyyəsinin xxx İcra və Probasiya şöbəsinə ünvanlanmış 27 avqust 2019-cu il tarixli 46 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sxemə əsasən 30-cu nöqtədən qərbə doğru 10,51 metr, torpaq sahəsinin cənubundakı 26-cı nöqtədən qərbə doğru 9,54 metr torpaq sahəsi İddiaçı1 istifadəsindədir. 26-cı nöqtədən qərbə doğru 9,54 metr, 26-cı nöqtədən cənuba doğru 20.66 metrdən sonra qoyulmuş nöqtə düz xətlə 18-ci nöqtəyə qədər hissə(sxemdə rənglənmiş hissə) Cavabdeh2 tərəfindən istifadə olunur. Həmçinin 20 ilə yaxındır ki, həyətyanı torpaq sahələrinin zəbt olunmuş hissəsi tərəfdə gediş-gəliş yolu da mövcud olmuşdur ki, həmin ümumi gediş-gəliş yolu da İddiaçı1 tərəfindən qanunsuz bağlanıldığından, hazırda istifadə etmələri mümkün deyildir. xxx Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. xxx Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar İddiaçı2, İddiaçı4, xxx qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər X5, Cavabdeh2, xxxu xxx bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 05 mart 201 5-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı1, 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılması və hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 05.03.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddi açı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə 1,14 ha həyətyanı torpaq sahəsinə xxxu xxx bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması və X7 tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xxxu ünvan 1ndə yerləşən 0,334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 tam paylı mülkiyyətinə verilsə də, hazırda onun istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır. Onun iddia tələbi üzrə cavabdeh İddiaçı2 tərəfindən həmin torpaq sahəsi tutulmamış və İddiaçı1 mülkiyyətindəki torpaq sahəsindən istifadə olunmasında ona sonuncu tərəfindən heç bir maneələr törədilmir. İddia tələbinin əsaslandığı hallara dair sübutların məhkəməyə təqdim olunması ilə sübutetmə vəzif əsi və yükü iddiaçının üzərinə düşdüyü halda İddiaçı1 mülkiyyətindəki 0,33 ha torpaq sahəsindən istifadə olunmasında cavabdeh xxx xxx tərəfindən ona maneələrin törədilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkinci iddia ilə bağlı birinci instansiya məhkəməsi iş üzə keçirilmiş ekspert rəyinə və Mülki Məcəllənin 170.1, 170.2, 175.1-ci maddələrinə istinad edərək İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsinin 0,0588 ha hissəsi İddiaçı1, 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsində olduğundan, sonuncular həmin torpaq sahələrindən çıxarılmalı, hörülmüş dəmir tor hasar isə cavabdehlərin hesablarına sökülməlidir. Həmçinin İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1.14 ha torpaq sahəsinə gedən yol yeri xx x bələdiyyəsinin mülkiyyətində olsa da, həmin yol yeri cavabdeh İddiaçı1 tərəfindən bağlandığından, bələdiyyənin sədri isə məhkəmədə verdiyi izahatında həmin ərazidən (qərbdən şimala doğru, əsas yol istiqamətində 6 metr enində, uzunluğu həmin yola qədər) İddiaçı2 yol verilməsinə etiraz etmədiyindən İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolu açılmaqla, sonuncu tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia tələbləri də təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı1 və birləşdirilmiş iş üzrə Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, xxx Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, müvafiq olaraq ilk iddianın təmin edilməsinə, birləşdirilmiş iddianın isə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 nömrəli qətnaməsi ilə (hakim R.R.Rəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, xxx Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənləri təkrar etmiş, heç bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi İddiaç ı2 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə 8 m. enində olan yolun mövcud olmasını və əlavə yola ehtiyac olmamasını nəzərə almamışdır. Kassator tərəfindən İddiaçı2 yolu bağlanılmamış və onların hansı yoldan istifadə etmələri məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin sökülməsi qət olunan dəmir-tor hasar onun tərəfindən qoyulmamış, həmin hasar torpaq sahəsi mülkiyyətinə keçməsindən əvvəl də mövcud olmuşdur. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, qətnaməni yalnız iddiaçının izahatına və ekspert rəyinə əsaslandırmışdır. Məhkəmə həmin kassatorun istifadəsində olan torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən aldığını və ikinci tələb üzrə iddiaçıların torpaq sahəsinin hər hansı hissəsini zəbt etməməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Birləşdirilmiş iddia üzrə Cavabdeh2 vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, məhkəmə kollegiyasından xahiş etmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) İddiaçı3 xxx oğlu və vəkili Vəkil2 hər iki kassasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilk iddia üzrə iddiaçı, habelə birləşdirilmiş iddia üzrə digər iddiaçılar, həmin tələb üzrə cavabdeh xxxunun xxx bələdiyyəsinin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxış ının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına t əsir göstərə bilər. Kassatorlar kassasiya şikayətləri ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsind ə sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş öz başınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə ə sasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əs asən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o va xt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, t orpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəm əsi ikinci tələb üzrə qismən araşdırma aparsa da, İddiaçı1 iddiası üzrə hər hansı araşdırma aparmamış, yalnız qətnamədə onun tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməməsinə istinad edərək, iddianı rədd etmişdir. Halbuki, həmin iddianın məzmunundan müəyyən olunur ki, İddiaçı1 İddiaçı2 və ailə üzvlərinin onun torpaq sahəsinə keçməsinə imkan vermədiklərini bildirərək, mülkiyyətində olan torpaq sahəsindən istifadəyə olan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Həmin tərəflər arasında torpaq sahəsindən istifadə ilə bağlı mübahisənin olması isə işin mübahisəsiz halıdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edərkən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sərbəst gediş-gəliş yolunun olubolmaması, həmin yolda tələb üzrə ca vabdehlərin maneələrin yaradılmasını mümkünlüyünə dair suallar qoyulmamış və həmin istiqamətdə araşdırma aparılmamışdır. Həmçinin birinci instansiya məhkəməsi birləşdirilmiş iddianı təmin edərkən qeyd etmişdir ki, İddiaçı1 mülkiyyətində 0,334317 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 1 hektardan artıq torpaq sahəsi vardır və həmin torpağın 0,0588 ha hissəsi İddiaçı2 mülkiyyətində olan zəbt olunmuş torpaq sahəsidir. Məhkəmə tərəfindən İddiaçı1 faktiki istifadəsində olan torpağın ölçüsü barədə araşdırma aparılmamış və göstərdiyi yuxarıda qeyd olunan halın – onun faktiki istifadəsində 1 hektardan artıq torpağın olmasının hansı sübutlarla təsdiqlənməsi qeyrimüəyyəndir. İşdə olan mütəxəssis rəyinə əlavə olunmuş sxemdə İddiaçı1 faktiki istifadəsində olan torpağın cizgisi göstərilsə də, nə mütəxəssis rəyində, nə də ki, onun əsasında tərtib olunmuş ekspert rəyində həmin torpaq sahəsinin ölçüləri barədə məlumat öz əksini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, işin mübahisəsiz halı ondan ibarətdir ki, o, həmin torpağı notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Belə olan halda, onun torpaq sahəsinə sərəncam vermək hüququ istisna olmaqla, mülkiyyət hüququnun digər elementləri olan sahiblik və istifadə hüquqları yaranmışdır. Lakin məhkəmə işin tam və obyektiv həlli üçün Cavabdeh2 istifadəsində olan həmin torpaq sahəsinin hüquqi statusunu, həmin ərazinin kimin adına qeydə alınmasını, koor dinatlarını müəyyən edilməsi üçün müvafiq orqanlara sorğu verməmişdir. Daha sonra məhkəmənin istinad etdiyi ekspert rəyi yalnız İddiaçı2, İddiaçı4, xxx qızının, İddiaçı6 və İddiaçı3 adlarına verilmiş torpaq sahəsinin texniki sənədlərinə əsasən tərtib olunmuş, İddiaçı1 və Cavabdeh2 istifadələrində olan torpaq sahələrinin texniki göstəriciləri isə nə mütəxəssis, nə də ki, ekspert rəyində öz əksini tapmamış, həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi araşdırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, torpaq sahəsinin zəbti yalnız o halda müəyyən oluna bilər ki, həmin sahənin faktiki istifadəçisinin onun üzərində hər hansı hüquqları olmasın. Hazırki işdə isə, İddiaçı1 və Cavabdeh2 çıxarılmaları qət olunmuş müvafiq olaraq 0,0588 ha və 0,20 ha torpaq sahələrinə hüquqlar ının olması araşdırılmadığından qətnamə qeyd olunan hissədə qanuni və əsaslı hesab oluna bilməz. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı2 və ailə üzvlərinin torpaq sahəsinə gedən yolun İddiaçı1 tərəfindən zəbt olunmasını müəyyən etsə də, buna dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Əksinə iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 xxx oğlu və İddiaçı5 xxx qızının birgə mülkiyyətinə verilmiş xxxu ünvan 1ndə yerləşən 1,14 ha torpaq sahəsinə şərq tərəfdən gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və reallıqda da belə bir yol mövcuddur. Sözügedən 1,14 ha torpaq sahəsinə qərb tərəfdən (yəni İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi tərəfdən ) gediş-gəliş yolu mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorlar birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətlərində işin yuxarıda qeyd olunan hallarını mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə zidd olaraq şikayətlərin dəlilləri ətrafında araşdırma aparılmamış, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ümumi ifadələrlə şikayətlərin dəlillərini rədd etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.xxxin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya s adəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və i ş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı1 və birləşdirilm iş iddia üzrə Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar