Məhkəmə qərarları › İş №2(102)-2414/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2414/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2414/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və q. qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri -mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(003)-113/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli, 2(103)-356/2023 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmdışdır. Cavabdeh3 kassasiya şikayəti verərək (Vəkil2 ) Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(103)-356/2023 saylı qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edilərək kassasiya şikayətinin dəlillərinə uyğun yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsinin tələbinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 407. 2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya kollegiyası kassasiya şikayətini öyrənərkən müəyyən etmişdir ki, kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədədir.Belə olan təqdirdə kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması da əks olunmamışdır.Yəni, kassasiya şikayəti MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikasının MPM-in 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi kassasiya şikayətinin qaytarılması əsası kimi qeyd edilib. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il t arixli, 2(103)-356/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş (Vəkil2) kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar