Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2415/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2435/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mühafizəçi kimi işə düzəlmək məqsədi ilə Cavabdeh 2500 manat pul vermişdir.
2. Cavabdeh Qasımov X1 rayon məhkəməsinin 23 iyul 2020-ci il tarixli 2(037)31/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn tərəfindən onun etibarından sui-istifadə edərək aldadıb aldığı 2500 manat və bunu nəticəsində ona dəymiş 750 manat olmaqla, cəmi 3250 (üç min iki yüz əlli) manat məbləğində real maddi z ərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki Cavabdeh tamah məqsədi ilə onun etibarından sui-istifadə edərək yaşadığı İsmayıllı rayon İvanovka kəndində açılışı olacaq Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasına mühafizəçi kimi işə düzəldəcəyinə vəd verərək 04 aprel 2019-cu ildə kəndimizin mərkəzində ondan 1500 manat, bundan bir neçə saat sonra isə onun evinin qarşısında 500 manat və bundan bir neçə gün sonra isə İsmayıllı şəhərində Ə.Ələkbərzadə küçəsində 500 manat almaqla ümumilikdə 2500 manat məbləğini alaraq verdiyi vədi yerinə yetirməmiş, onu aldadaraq pulunu öz şəxsi mənafelərinə xərcləyərək maddi zərər vurmuşdur.
5. Bütün istintaq dövründə və məhkəmə prosesləri dövründə hökm çıxarılanadək cavabdeh onu aldatmışdır ki, ona dəymiş zərəri tam ödəyəcəkdir.
6. Cavabdeh iddia tələbinə münasib bildirməklə birinci instansiya məhkəməsinə göndərdiyi ərizəsində bildirmişdir ki, iddiaçının pul tələbi iddiası ilə razıdır. Lakin həmin pulu hazırda ödəmək iqtidarında deyil. Həmin pulun ödənilməsinə və qətnamənin icrasına cəzasını çəkənə qədər möhlət verilməsini istəyir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3179/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddianı qismən təmin etmiş, cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia Cavabdeh 2500 manat m əbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli hissəsində təmin olunmalı, lakin iddia tələbinin 750 manat maddi zərərin ödənilməsi ilə bağlı iddiaçı ona həmin məbləğdə zərər dəyməsi barədə sübut məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə rədd olunmalıdır.
9. Birinci instansiya məhkəməsi Cavabdeh qətnamənin icrasına möhlət verilməsi ilə bağlı irəli sürdüyü hala münasibətdə qeyd edir ki, hazırkı məsələyə baxılması qətnamənin icrası mərhələsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələbinə uyğun olaraq mümkündür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2435/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya ş ikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə cavabdeh tərəfindən iddiaçıya 2500 manat borcun qaytarılmadığı müəyyən olunmuşdur, lakin apellyasiya şikayətində göstərdiyi 850 manat məbləğin iddiaçıya ödəməsini – öhdəliyin qismən icra edilməsini cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qətnamənin icrasına möhlət verilməsi ilə bağlı hala münasibətdə qeyd etmişdir ki, hazırkı məsələyə qətnamənin icrası mərhələsində (“İcra haqqında” Qanunun 15-ci və Mülki Prosessual Məcəllənin 231-ci maddəsi) baxılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkilli oğlu) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə qismən razıdır, belə ki, o həqiqətən də, iddiaçıdan pul almış, lakin həmin məbləğin 850 (səkkiz yüz əlli) manatını geri qaytarmış, buna baxmayaraq, məhkəmə tərəfindən məsələ tam, hərtərəfli araşdırılmamış və əsassız şəkildə cavabdehdən iddiaçının xeyrinə 2500 (iki min beş yüz) manat pul tutulmasına dair qətnamə qəbul edilmişdir. Bu səbəbdən, iddiaçının xeyrinə tutulan məbləğin dəyişdirilməsinə dai r yeni qətnamə qəbul edilməsini, eləcə də qətnamənin onun cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra icra edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə müba hisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahiəsləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. İşin müəyyən qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən müəyyən edilən halına görə Cavabdeh CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin hökmlə cavabdehin iddiaçıdan 2500 manat pulun alınmasında və iddiaçıya 2500 manat zərər vurulmasınd a iştirakı təsdiq edilib.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh E. Qasımovun iddiaçıdan 2500 manat pulu alması qanunu qüvvəyə minmiş hökmlə təsdiqini tapdığı üçün onun bu faktın təkzibinə yönələn hər hansı dəlili qəbul edilə bilməz. Çünki MPM-in 82.4-cü maddəsinə görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın qeyd edilən hissədə təmin edilməsi Mülki Məcəllənin tətbiq edilən maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərt ləri ilə üst-üstə düşür.
33. Kassasiya şikayətlərinin digər dəlilləri isə işin faktiki hallarının araşdırılması ilə əlaqəli dəlillərdir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2435/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.