Məhkəmə qərarları › İş №2(102)-2416/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2416/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2416/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı borc və cərimə faizlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13883/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, 40000 manat borcun, 400 manat xidmət haqqına görə nümayəndəyə ödənilmiş pulun, ödənilmiş 31 manat dövlət rüsumunun, eləcə də, bu günə qədər əldən çıxmış faydaya görə və Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi 15% uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-895/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 40000 manat məbləğində pul vəsaitinin, habelə xidmət haqqına görə nümayəndəyə ödənilmiş 400 manat pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.(hakim İla hə Abbasova) Cavabdehin qətnamədən apelyasiya şikayəti verərərk, qətnamənin ləğv edilməsi, ondan 25000 manat borcun tutulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13883/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-895/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh X2 və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yenidən baxılmaq üçün işin həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA Şİ KAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Müqavilə üzrə aldığı pulun 15000 manatını qaytarması nəzərə alınmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixədək ayda 5000 manat qaytarılmaq şərtilə cavabdehə 40000 manat borc verməsinə, cavabdehin həmin pulu qaytarmamasına istinad etmişdir. Cavabdeh apelyasiya şikayətində aldığı 400xx xxxxxxxx 15000 manat pulu qaytarmasını göstərmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası iddiaçının cavabdehə 40000 manat borc verməsinin, məhkəmə işlərini aparmaq üçün nümayəndəyə 400 manat xidmət haqqı ödəməsinin iş materialları ilə təsdiq edildiyi halda, cavabdehin həmin məbləğdən 15000 manat qaytarmasının sübut edilməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 448.1, 529.3 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə olmaqla öhdəliyin yerinə yetirilməsindən ibarətdir. Tərəflər arasında kredit müqaviləsi, bu müqavilədən doğan öhdəlik münasibətlərinin olması işin mübahisələndirilməyən halı kimi müəyyən olunub. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyr inə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı xx xxxxxx 2016-cı il tarixədək ayda 5000 manat qaytarılmaq şərtilə cavabdehə 40000 manat borc vermiş, cavabdeh isə özünün risk dairəsinə daxil olan öhdəliklərini yerinə yetirməmişdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin öhdəlik və borc müqaviləsi ilə bağlı yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir. İşin mübahisəli halı cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 15000 manat pul ödəyib-ödəməməsi halıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasi ya şikayətində etirazının əsası kimi göstərdiyi halları sübut etməməsinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halından görünür ki, cavabdeh iddiaçıdan borc aldığı 400xx xxxxxxxx 15000 manatı qaytarmasını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda o laraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşdüyü və buna baxmayaraq, o, öz etirazını əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Bundan başqa, Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyin i təsdiqləyir. Qanunvericilik öhdəliyə icra nəticəsində o zaman xitam verilməsini nəzərdə tutur ki, borc sənədi borcluda olsun. Hazırki iş üzrə isə apelyasiya instansiyası məhkəməsi müəyyən edib ki, borc sənədi kreditorda, yəni iddiaçıdadr. Başqa sözlə, öhdəliyə qismən, yəni 15000 manat hissədə xitam verilməsinə əsas olmaması barədə apelyaisya instansiyasının gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qayd asında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13883/2019 nömrəli qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar