Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçının vəkili X4, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən iddiaçı x qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən onun xeyrinə 3 uşağın saxlanılması üçün tutulan alimentin miqdarını dəyişdirilməsini, xx.xx.2006-cı il təvəllüdlü X3, xx. xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehin xeyrinə hər ay bir uşağa görə 5.000 manat, cəmi 15.000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx.xx.2019-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019- cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra zamanı cavabdehin aylıq əmək haqqının 955,50 manat təşkil etməsi müəyyən olunmuşdur. Bu məbləğ cavabdehin qazancını (başqa gəlirlərini) əks etdirmir. Həmin məbləğ ona Xarici İşlər Nazirliyi tərəfindən verilən əmək haqqıdır. Cavabdeh səfir işləyir və bu vəzifəyə görə onun aylıq qazancı (gəlirləri) yüksəkdir. Hətta xarici valyutada da qazancı var, təkcə tutduğu vəzifəyə görə aylıq qazancı 6.000 avro təşkil edir. Lakin göstərilən gəlirlərdən alimentin tutulması nəzərə alınmamışdır. Bundan əlavə, yüksək qazanc sahibi ol an cavabdeh bizneslə məşquldur, ölkə daxilində xaricində çoxsaylı əmlakı vardır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdehdən üç uşağa görə faktiki olaraq tutulan 397 manat Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün müəyyən edilən məbləğdən də azdır. Oan görə də, kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdehin vəkili isə kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə Abel, xx.xx.2011-ci ildə Məhəmməd, xx.xx.2014-cü ildə Əli adlı uşaqları doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozularaq uşaqların ananın yanında qalması, onların saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı, cavabdehin 955,50 manat əmək haqqından aparılan tutmanın üç uşaq üçün cəmi 397 manat təşkil etdiyini, bunun yaşayış minimumundan da az olmasını bildirərək hazırkı tələblərini irəli sürür. Cavabdeh isə alimentin sabit məbləğə dəyişdirilməsi üçün əsasların iddiaçı tərəfindən sübuta yetirilmədiyini bildirir. Bakı Apel lyasiya Məhkəməsi şikayəti rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, “...alimentin miqdarının artırılmasını tələb edilərkən cavabdehin maddi vəziyyətinin artmasına dair sübutlar mövcud olmalıdır. İddiaçı tərəfin göstərdikləri bundan əvvəl irəli sürülmüş iddia tələbi daxilində araşdırılmış və faktiki olaraq alimentin məbləğinin qanunvericiliyin müəyyən etdiyi əmək haqqının müəyyən nisbətdə tutulması ilə nəticələnmişdir. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdikləri faktiki olaraq onun izahatından başqa sübutlara dəstəklənmir. Belə olan halda isə müəyyən olunmuş alimentin məbləğinin iddiaçının göstərdiyi qaydada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir....nə qədər ki, işdə cavabdehin əmək haqqı barədə məlumatı mövcuddur, alimentin tutulma qaydasının dəyişdir ilərək sabit məbləğdə müəyyən olunması uşaqların mənafeyi baxımdan ağlabatan hesab edilə bilməz. İddiaçı tərəf cavabdehlərə məxsus olmasını göstərdiyi müxtəlif daşınar və daşınmaz əmlakların adlarını sadalayır və həmin əmlakların cavabdehə məxsus olması işin araşdırılmış halları baxımından təsdiq olunmur, iddiaçı da bunlarla bağlı möhtəbər sübutlar təqdim etmir. Gələcəkdə iddiaçı cavabdehin gəlirləri barədə möhtəbər sübutlara malik olduğu təqdirdə aliment məbləğinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsini mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, iddiaçı qazancın (gəlirin) müvafiq nisbətində tutulan alimentin sabit məbləğdə müəyyən olunmasını tələb edirsə bu tələbin əsasında duran halları sübuta yetirm əlidir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğ ində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırkı işdə aliment ödəyən cavabdehin iş yerinə və müntəzəm qazanca (gəlirə) malik olması (onun qazancının qeyri-müntəzəm, dəyişən olmaması) işin mübahisəsiz hallarıdır. Eyni zamanda alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmadığı, yaxud çətinlik törətdiyi sübuta yetirilmir. Kollegiya iddia tərəfinin istinad etdiyi halla (əmək haqqından üç uşaq üçün aparılan tutmanın - cəmi 397 manatın yaşayış minimumundan da az olması ilə) bağlı bildirir ki, hazırkı məqamda bu məlumat uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması nəticəsinə gəlmək üçün kifayət deyil. Bu qənaətə gəlinməsi üçün məhkəmə qətnaməsinin icrası zamanı cavabdehin a liment tutulması qət edilən qazancının (gəlirinin) dairəsi (iddiaçının bildirdiyi əlavə gəlirlər və s. daxil olmaqla) dəqiqliklə müəyyən edilməli və mövcud qazanc (gəlir) aktivindən tutulan aliment miqdarının obyektiv səbəbdən yaşayış minimumuna çatmadığı bəlli olmalıdır. Hazırkı işdə isə iddiaçı qeyd edilən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarlı birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas tşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2417/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2417/2020
10.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver