Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2419/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanı nması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-9820/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının bacısıdır.
2. İddiaçının anası X1 mülkiyyətində iki mənzil olmuş, həmin mənzillərdən birini ünvan 1-də yerləşən 6 saylı mənzilini xx.xx.2013-cü il tarixdə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsi əsasında qızı Cavabdeh1 (hazırki iş üzrə cavabdehə) bağışlamışdır. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilib.
3. X2 digər mənzilini - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 174 saylı binada yerləşən 57 saylı mənzilini 02 fevral 2019-cu il tarixdə notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsi əsasında qızı İddiaçı (hazırki iş üzrə iddiaçıya) bağışlamışdır.
4. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 53 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 ilə bacısı - Cavabdeh1 arasında ünvan 1-də yerləşən 5 otaqlı 6 saylı mənzilə dair bağlanmış və 53 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-1488 nömrə ilə qeydə alınmış xx.xx.2013cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin mərhum anasının ölü mündən sonra miras qalmış əmlak hesab edilərək həmin mənzil üzərində özünün vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yas mərasimlərində iştirak etmək üçün iddiaçı anasının mülkiyyətində olan mənzilə gedib-gəlmiş, lakin sonradan bacısı Cavabdeh1 onunla münasibətləri pozmuş və anasının evinə buraxmamışdır. İddiaçı mənzilin vərəsəlik qaydasında aralarında bölünməsi üçün notariusa getməyi cavabdehə təklif etsə də, cavabdeh xeyli müddət müxtəlif bəhanələrlə yubatmış, daha sonra isə, ümumiyyətlə iddiaçıya hər hansı bir sənəd verməyəcəyini, mənzilin ona məxsus olduğunu demişdir. Bundan sonra iddiaçı vəkillə müqavilə bağlayaraq, mənzilin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi üçün prosedurlara başlamış, lakin vək ili tərəfindən verilmiş sorğular nəticəsində xx.xx.2021-ci il tarixdə əldə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, R.Əkbərova sağlığında, yəni xx.xx.2013-cü il tarixdə mənzili cavabdehə bağışlamış, bununla əlaqədar olaraq R.Əkbərova ilə cavabdeh arasında bağışlama müqaviləsi bağlanmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4498/2021 saylı, 29 iyul 2021ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 71,56 kv.m. olan 5 otaqlı 6 saylı mənzilin X2 tərəfindən Cavabdeh1 bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4Ə-1488 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə müvafiq bağlanması, bununla da, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsində nəzərdə tutulan halların mövcud olmadığı, həmçinin iddiaçının anasının vəfat etdiyi məqamda mübahisəli mənzilin onun mülkiyyətində olmadığı təsdiq edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 347.1, 354, 375, 666.1, 668.1.1, 670.1, 673.1, 1133.1, 1151.1, 1243.2, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-9820/2 021 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlanan zaman R.Əkbərova mənzilin yeganə mülkiyyətçisi olmuş, iddiaçının həmin mənzil üzərində istifadə hüququ olmamış və bu səbəbdən də, mənzilin bağışlanması üçün R.Əkbərova iddiaçının razılığını almalı deyildi. Bu baxımdan iddiaçının, bağışlama müqaviləsinin onun razılığı alınmadan bağlandığı üçün etibarsız hesab edilməsi barədə müzakirə edilən dəlili əsassızdır.
13. Məhkəmə kollegiyası iddiaçının «Anası həmin bağışlama müqaviləsini öz iradəsi əsasınd a bağlaya bilməzdi, belə ki, anasının sağlığında həm anası, həm də bacıları ilə münasibətləri çox gözəl olmuşdur. Anası, öz sağlığında heç vaxt mənzili onlardan hansınasa bağışlayacağı barədə heç bir fikir bildirməmiş, əksinə, daim öz söhbətlərində bildirmişdir ki, bu mənzil hamısının ata yurdudur və hamısının bu mənzildə payı var. Bu səbəbdən də müqavilə etibarsız hesab edilməlidir» dəlilin də rədd etmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, R.Əkbərova özünə məxsus olan digər mənzili iddiaçıya xx.xx.2019-cu il tarixdə, yəni vəfatından 2 ay əvvəl bağışlamışdır. Göründüyü kimi, R.Əkbərova öz iradəsindən çıxış edərək hələ sağikən özünə məxsus əmlakı övladları arasında bölüşdürmüşdür.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, id dia tələbi bütövlükdə əsassız olduğundan iddia müddətinin tətbiqindən söhbət gedə bilməz və bu nəticənin ayrıca və geniş müzakirə edilməsinə lüzum yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə Azərbaycan Respublikası Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna ma likdirlər. Yəni qərardan gorunduyu kimi bağışlama zamanı birinci dərəcəli vərəsələr bağışlama hesabına məcburi payın tamamlanmasını tələb edə bilər. Bu isə bağışlama muqaviləsinin hissəvi - məcburi pay hissəsində etibarsızlığı ilə mumkundur. İddiaçı məhz bu səbəbdən iddia qaldırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı Cavabdeh1 tərəfindən etiraz daxil olmuşdur. Etirazda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)9820/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də b ağlaya bilərlər. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcə yi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pro sessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyas ı həmin əsaslandırılma ilə razılaşır.
26. İddiaçı kassasiya şikayətini həm də Mülki Məcəllənin 1200-cü maddəsi ilə əsaslandırır. Həmin normada miras qoyan şəxsin əşyanı üçüncü şəxsə bağışladığı halda məcburi paya hüququ olan vərəsənin məcburi payın tamamlanmasını tələb etmək hüququ müəyyən olunmuşdur. Lakin həmin normada eyni zamanda bu hüquq üzrə məhdudiyyət müəyyən edilmişdir. Bu məhdudiyyət - mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il müddətin keçməsidir. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Baxılan işin hallarından da görünür ki, miras qoyan Ruqiyyə Əkbərova xx.xx.2019-cu ildə vəfat etmişdir. Lakin mübahisələndirilən bağışlama müqaviləsi 2013-cü ildə bağlanmışdır. Göründüyü kimi, iddiaçının qeyd olunan bağışlama müqaviləsi ilə bağışlanan əmlak hesabına məcburi payın tamamlanmasını tələb etmək hüququ yoxdur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)9820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.