Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-796/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X31 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba "Asan" xidmət mərkəzində Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüquqi haqqında şəhadətnamələrin, əqdlərin etibarsız hesab edilməsi, onlar əsasında verilmiş çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(027)-109/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-846/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), F.Məmmədov, Z.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı ilə (A.Abbasov (sədrlik edən və məruzəçi), Z.Əliyev və V.Məmmədov) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-846/2023 nömrəli, 31 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – iddiaçının vərəsəlik hüququ ilə bağlı tələbinin təmin edilməyən hisəsində – ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alımışdır. İŞİN HALLARİ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, X42 Xidmət Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan, 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi; - həmin çıxarışın əsasında X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; - 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X12 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında X2 və ailə üzvlərinin (X18, X15) adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən X3 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında X8 və ailə üzvləri (X18, X15) arasında X26 ilə X42 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1787 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X16 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - həmin çıxarış əsasında X26 ilə X32 arasında X42 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-1249 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - X19 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - xx.xx.2009-cu ildə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X12 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-293 nömrəli qanun üzrə 'Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - onun əsasında X2 və ailə üzvlərinin (X18, X15) adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17.04,2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın qismən X3 düşən hissəsində ləğv edilməsi; - həmin çıxarış əsasında X8 və ailə üzvləri (X18, X15) arasında X17 ilə X42 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1754 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, - həmin çıxarış əsasında X17 ilə X13 arasında X42 Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-968 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, - X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; - 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X14 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 nömrəli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X14 düşən hissəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 27 mart 2018-ci il tarixli reyestrdə 2V-295 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; - miras qoyan 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair; - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X12 düşən hissəsinə dair; - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X12 düşən hissəsinə dair; - miras qoyan 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən miras qoyan X14 düşən hissəsinə dair; - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən miras qoyan X14 düşən hissəsinə dair nəvəsi İddiaçı 1/2 hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək, əvvəlki tələbləri ilə yanaşı iddia tələblərinin həcmini artıraraq, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 300 manat məbləğində pulun da cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X22, 04 noyabr 2004-cü il tarixdə Quba rayonu, İ Nügədi kənd sakini X20 ilə el adəti ilə ailə quraraq Hörmətin atası Əmrahın evinə gəlin köçmüş, həmin evdə yaşadığı müddətdə xx xxxxxx 2005-ci il tarixdə Möhlət adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra tez-tez Hörmət qazanc dalınca Rusiya Federasiyasına getmişdir. Nikahları olmadığı üçün oğlu Möhlətin soyadı onun soyadı kimi yazılmışdır. Əri Hörmət xx xxxxxx 2005-ci il tarixdə Rusiya Federasiyasında olarkən ölmüşdür. Əri öldükdən sonra cehiz əmlakı həmin evdə olmasına baxmayaraq onu həmin evdə yaşamağa qoymamışlar. Dəfələrlə getsə də onu həmin evdən qovmuşlar. O bu barədə Quba rayon Polis şöbəsinə və Quba rayon prokurorluğuna müraciət etmiş, lakin cehiz əmlakı həmin evdə qalmışdır. O, cehiz əmlakını çıxarmaq istəmədiyini, həmin evdə yaşamaq istədiyi üçün qaynatası Əmrah ona qarşı cehiz əmlakın çıxarılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cehiz əmlakının X25un yaşadığı evdən çıxarılması qət edilmişdir. Əri Hörmətlə onun rəsmi nikahı olmadığı üçün uşağının soyadı onun soyadı ilə yazıldığından o atalığın müəyyən edilməsi ilə bağlı iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, X9 xx xxxxxx 2005-ci il tarixdə doğulmuş X10 atası olması faktı müəyyən edilmişdir. Oğluna doğum haqqında şəhadətnaməni 07 iyun 2019-cu il tarixdə almışdır. X25 28 sentyabr 2017-ci ildə vəfat etmişdir. Bu yaxınlarda ona məlum oldu ki, oğlu Möhlətin atası Hörmətdən və babası Əmrahdan qalan miras əmlakı nənəsi Cavabdeh3 vərəsəlik yolu ilə əldə etmişdir. Halbuki oğluna bu barədə heç bir məlumat verilməmiş, oğlunun qanuni nümayəndəsi kimi o heç bir yerdə rəsmi olaraq imza etməmişdir. Həmin vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğuları verib cavabları alarkən ona məlum oldu ki, oğlu Möhlətin atası Hörmətin Quba rayonu, 1 Nügədi kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bundan başqa oğlu Möhlətin babası Əmrahdan Quba rayonu, İ Nügədi kəndində fərdi yaşayış evi, 0,30 ha həyətyanı torpaq sahəsi, iki hissədən (0,65 ha və 0,30 ha) ibarət olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Oğlu İddiaçı nənəsi X1 rayon Notariat Kontoruna 06 iyul 2009-cu ildə vəfat etmiş mərhum əri, oğlu İddiaçı atası X9 özündən başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 02 noyabr 2017-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı vərəsəlikdən gizlədərək X5 qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli KX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka 1/1 hissədə 18 noyabr 2017-ci il tarixli, reyestrdə 2-V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa, oğlu İddiaçı nənəsi Cavabdeh3 Quba rayon Notariat Kontoruna 06 iyul 2009-cu ildə vəfat etmiş mərhum əri, oğlu İddiaçı atası X9 özündən başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı vərəsəlikdən gizlədərək X5 qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 1 182781 nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və 1 182782 nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X12 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V- 292 və 2V-293 nömrəli ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan əlavə, oğlu İddiaçı nənəsi Cavabdeh3 Quba rayon Notariat Kontoruna 28 sentyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum ərinin atası, oğlu İddiaçı babası X11 özü və Şöhrət və Qəşəng adlı uşaqlarının olması, başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışını və 27 mart 2018-ci il tarixli ərizəsini təqdim edərək, özünü və Şöhrət və Qəşəng adlı uşaqlarını yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, oğlu İddiaçı (atası Hörmət Ağabəyovun əvəzinə) vərəsəlikdən gizlədərək X7 qalmış qalmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsindən və ******* nömrəli RX seriyalı çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsindən ibarət miras əmlakdan X14 düşən 1/1 hissədə 27 mart 2018-ci il tarixli reyestrdə 2V-294 və 2V-295 nömrəli ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbindən qismən imtina barədə ərizəsinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,65 ha pay torpaq sahəsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,30 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-109/2023 saylı 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə razılaşmır. Belə ki, Quba Rayon Məhkəməsi qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, iddiaçı Qanuni nümayəndə 2004-cü ildə əri Hörmət Ağabəyovla ailə quraraq İddiaçı (yəqin ki, X21 demək istəmişdir) evində yaşasa da, inandırıcı deyildir ki, ərinin və qayınatasının əmlaklarının olmamasını bilməməsin”. Quba Rayon Məhkəməsinin qeyd edilən fikri ilə ona görə razılaşmır ki, hazırki iş üzrə iddiaçı Qanuni nümayəndə deyil, İddiaçıdur. İddiaçı atası vəfat edərkən 4 yaşında uşaq olmuşdur. Yəqin ki, 4 yaşında uşaqlar atalarının və ya babalarının hansı əmlakları olduqlarını əzbər bilmirlər və bilməyə borclu da deyillər. İnandırıcı olmayan iş üzrə cavabdeh Şərqiyyə Ağabəyovanın öz doğma nəvəsinin varlığından xəbərdar olmaması, onu görməzdən gələrək bütün miras əmlakları öz adına keçirməsidir. Nədənsə məhkəmə işi araşdırarkən işin hallarına sadəcə birtərəfli qiymət verməyə çalışmışdır. Eyni zamanda Quba Rayon Məhkəməsi qətnamənin əsaslandırma hissəsində yenə də qeyd edir ki, “iddiaçının mərhum əri və qayınatasının adına xüsusi mülkiyyət hüququ ilə torpaq sahələrinin olmasını bildiyi halda belə onların ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericilikdə müəyyən edilmiş müddətləri buraxmışdır.” Bir daha məhkəmənin diqqətinə çatdırır ki, iş üzrə iddiaçı Qanuni nümayəndə deyil, azyaşlı, məhdud fəaliyyət qabiliyyətli İddiaçıdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin 1268.2ci maddəsinin tələbi açıqca pozulmuş olar. Eyni zamanda miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Belə ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivi qəbul etməsinə dəlalət edir. Qanuni nümayəndəsi vasitəsi ilə atasından və babasından qalmış mirası faktiki qəbul etməyinin sübutu Quba Rayon Məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli qətnaməsidir ki, həmin qətnamədən də göründüyü kimi onun qanuni nümayəndəsi olan Qanuni nümayəndə məxsus cehiz əmlaklar məhkəmə qətnaməsi çıxarılan günə qədər miras qoyan X14 məxsus olan fərdi yaşayış evində olmuş, mərhum atası Hörmət Ağabəyov da öldüyü günə qədər həmin evdə yaşamışdır. O, körpə uşaq olarkən miras əmlakı qanuni nümayəndəsi vasitəsi ilə faktiki qəbul etmiş, lakin sonradan Cavabdeh3 və onun digər ailə üzvləri qanuni nümayəndəsi Qanuni nümayəndə imkan vermədikləri üçün o, həmin əmlakların idarəsini davam etdirməkdən məhrum olmuşdur. Lakin Quba Rayon Məhkəməsi onun iddiaçı kimi məhdud fəaliyyət qabiliyyətli şəxs olmağını, hətta onun miras əmlakdan imtina etməyi üçün də məhkəmə qərarının olmasının qanunvericiliklə tələb edilməsini, qanuni nümayəndənin miras əmlakı faktiki qəbul etməyini, bununla bağlı məhkəmə qətnaməsinin ən bariz sübut olmasını nəzərə almadan sırf notariusa 6 ay müddətində ərizə verilməməsi əsası ilə onun iddia tələbini rədd etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Bundan əlavə Quba Rayon Məhkəməsi qətnamədə qeyd edir ki, guya iddiaçının övladlığı xx.xx.2010-cu il tarixdə tanınmasına baxmayaraq onun doğum haqqında şəhadətnaməsini xx.xx.2019-cu il tarixdə rəsmi qaydada əldə etdiyindən notariat ofisində vərəsəlik işi rəsmiləşdirilərkən İddiaçı Ağabəyov Hörmətin övladı olmasına dair doğum haqqında şəhadətnaməsi olmamışdır. Məhkəmənin gəldiyi bu nəticə heç bir sübuta əsaslanmadan verilən qiymətdir. Belə ki, nə iş üzrə cavabdeh X42 Xidmət Mərkəzində notariat ofisi belə bir faktın olduğunu məhkəməyə bildirmiş, nə də məhkəmə müvafiq sorğu ilə qeyd edilən məlumatın olub-olmasını Quba rayon Qeydiyyat Şöbəsindən dəqiqləşdirməmişdir. Ona görə də o, məcbur olub yenidən Quba Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək müvafiq sübutu apellyasiya şikayətinə əlavə edir. Həmin sorğunun cavabından da göründüyü kimi, atasının X20 olmasına dair elektron informasiya sistemində xx.xx.2010-cu il tarixdə müvafiq dəyişikliklər aparılmışdır. Qeyd edilən hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eyni zamanda birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsidir ki, bu hal da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə onun vərəsəlik hüququ kobudcasına pozulmuşdur. Quba Rayon Məhkəməsi onun iddia tələbini rədd etməklə onun vərəsə olmaq hüququnu pozmuşdur. Quba Rayon Məhkəməsi tərəfindən onun atası X9 vəfatından sonra babası X11 İ növbə vərəsələri sırasına onun da daxil olmağı nəzərə alınmamışdır. Əgər cavabeh X30 Rayon Məhkəməsinin qeyd etdiyi kimi qanuni əsaslarla mirası qəbul etmişdirsə, yəqin ki, mərhum oğlunun azyaşlı övladının olmasını da bilirdi və istəsəydi, özü də notariusa İddiaçı Hörmət Ağabəyov və Əmrah Ağabəyovun vərəsəsi olmasını bildirərdi. Lakin Cavabdeh3 vicdansız davranaraq vərəsə kimi onun adını qeyd etməmiş və notarius da öz növbəsində vərəsələrin dairəsinin dəqiq müəyyənləşdirilməsi üçün işlər görməmişdir. Lakin Quba Rayon Məhkəməsi bu hallara hüquqi qiymət vermədən iddia tələbini rədd etmişdir. Lakin Quba Rayon Məhkəməsi öz qərarını heç bir sübuta istinad etmədən öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağa çalışmışdır. Quba Rayon Məhkəməsi öz qətnaməsində onun yetkinlik yaşına çatmayan şəxs olmağına, hətta onun mirasdan imtina etsəydi də, məhkəmə qərarının tələb edilməli olmasına baxmayaraq iddia tələbini rədd etmişdir. İş üzrə Cavabdeh3 dürüst şəkildə vərəsəliyi qəbul etməsi və qanun üzrə vərəsəlik şəhadətnamələrinin alınması iş materialları ilə sübut edilmir. İş materiallarında olan arayışlardan da göründüyü kimi cavabdeh mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələri alarkən vərəsələrin dairəsini bilərək gizlətmiş və İddiaçı vərəsəlik hüquqlarını kobudcasına pozmuşdur. Səhv nəticə odur ki, məhkəmə onun təqdim etdiyi heç bir sübuta qiymət vermədən onun, ümumiyyətlə sübut təqdim etmədiyi nəticəsinə gəlmiş və heç bir maddi hüquq normasına istinad etmədən iddianı təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini yalnız 20 ha torpaq sahəsinə münasibət də müdafiə edərək, həmin hissədə şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini yalnız 20 ha torpaq sahəsinə münasibət də müdafiə edərək, həmin hissədə şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba "Asan" xidmət mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının mərhum əri və qayınatasının adına xüsusi mülkiyyət hüququ ilə torpaq sahələrinin olmasını bildiyi halda belə, onların ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericiliklə müəyyən edilmiş bütün müddətləri buraxması, şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməməsi, əqdlərin etibarlılığına şübhə yaranmaması, digər hissələrdə tələbin əsassız olması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni qismən iddiaçının vərəsəlik hüququ ilə bağlı tələbinin təmin edilməyən hisəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni vərəsənin mirasdan imtina etməsi halı müəyyən edilməyib. Belə olan halda, vərəsənin mirası qəbul etməməsinə istinad edilməklə, iddianın həmin hissədə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin iddiaçının vərəsəlik hüququ ilə bağlı tələbinin təmin edilməyən hisəsində qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 qalmış miras əmlak olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin çıxarışın əsasında X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1159.1, 1244, 1268.2, 1272.1, 1274, 1275, 1291-ci maddələri nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununl bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir. Quba rayonu, 1 Nügədi kəndində 0,20 ha həyətyanı torpaq sahəsinin iddiaçının atası mərum Hörmət Ağabəyovun mülkiyyətində olması, X9 06 iyul 2009-cu il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşin digər halına görə isə İddiaçı atası mərhum Hörmət Ağabəyov xx.xx.2009-cu ildə, babası Əmrah Ağabəyov isə xx.xx.2017-ci ildə ölmüş, həmin vaxt iddiaçının xx.xx.2005-ci il təvəllüdlü olması nəzərə alınarsa, birinci dəfə vərəsəlik açılan zaman o fəaliyyət qabiliyyətsiz, ikinci dəfə vərəsəlik açılan zaman isə məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1159.1.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. (Mülki Məcəllənin 1244-cü maddəsi) . Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır (Mülki Məcəllənin 1274, 1275-ci maddələri). Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Göründüyü kimi X9 vəfatından sonra onun Quba rayonu, 1 Nügədi kəndində 0,20 ha həyətyanı torpaq sahəsi miras qalmış və iddiaçı həmin vaxt fəaliyyət qabiliyyətli olmamışdır. Lakin nənəsi X30 rayon Notariat Kontoruna özündən başqa heç bir vərəsəsi olmaması barədə Quba rayon, İ Nügədi İƏD üzrə nümayəndəliyinin arayışı və 02 noyabr 2017-ci il tarixli ərizəsini təqdim edərək, özünü yeganə birinci növbəli vərəsəsi kimi təqdim edərək, iddiaçını (nəvəsi İddiaçı) vərəsəlikdən gizlədərək X5 qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka 1/1 hissədə 18 noyabr 2017-ci il tarixli, reyestrdə 2-V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da çıxarış almışdır. Halbuki, Mülki Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki Məcəllənin 1268.2-ci maddəsinə əsasən əgər vərəsə faliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı miras əmlakdan imtina etmədiyindən, qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli və İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində vərəsəlik hüququ tanınmaqla ½ hissədə payı müəyyən edilməlidir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, həmin həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evi miras əmlaka daxil deyil. Belə olan halda xx.xx.2017-ci il tarixli çıxarış məhz yaşayış evinə dair hissə istisna olmaqla, ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 06 iyul 2009-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında cavabdeh X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməli, cavabdeh X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarış (yaşayış evi istisna olmaqla) 0,20 ha torpağa dair hissədə ləğv edilməli, Quba rayonu, 1 Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və ½ hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçının mərhum atası X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə dair Quba rayon Notariat Kontoru tərəfindən cavabdeh X2 adına verilmiş 18 noyabr 2017-ci il tarixli reyestrdə 2V-1216 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında cavabdeh X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. Cavabdeh X2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarış (yaşayış evi istisna olmaqla) 0,20 ha torpağa dair hissədə ləğv edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınsın və həmin torpaq sahəsinə ½ hissədə miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-796/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-796/2024
11.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver