Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-242/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” MMC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “kredit müqaviləsi üzrə borcun tutulması” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4938/2020 nömrəli iş üzrə 05 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 42% (aylıq kredit qalığına 3,5 faiz hesablanmaqla) ilə faiz hesablamaq şərti ilə 6.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 “xxxx” MMC-dən həmin məbləğdə pulu almış və həmin kredit müqaviləsi üzrə əsas borcun qaytarılması, hesablanmış faizlərin, həmçinin gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunun ödənilməsini (gecikmiş əsas məbləğin 2 faizi miqdarında gündəlik cərimə) öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan va xtda və qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı “xxxx” MMC Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 5.164 manat məbləğində əsas, 1.044,33 manat məbləğində faiz, 232,58 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və həmin məbləğin ödənilməsini cavabdehlərdən tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında keçirilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, 16548 nömrəli ekspert rəyinə əsasən xx.xx.2018ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixinə Cavabdeh1 5.164 manat əsas, 1.044,33 manat faiz borcu yaranmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” MM C iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.164 manat məbləğində əsas, 1.044,33 manat məbləğində faiz, 232,58 manat məbləğində cərimə, 30 manat dövlət rüsumu, ümumilikdə 6.470,71 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)206/2020 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.164 (beş min bir yüz altmış dörd) manat əsas, 1.044,33 (bir min qırx dörd manat, otuz üç qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə, cəmi 6.308,33 (altı min üç yüz səkkiz manat, otuz üç qəpik) manat borc, habelə ödənilmiş 30 (o tuz) manat dövlət rüsumunun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4938/2020 nömrəli, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-206/2020 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin də lilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası əsas kredit borcuna hesablanmış faizləri düzgün hesablamamış, maliyyə-mühasibatlıq ekspertizası keçirməli olduğu halda bunu etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinə görə borcverən (iddiaçı) qarşısında onunla birgə tam məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Kassasiya kollegiyası qeyd edir ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, müqavilədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından məhkəmələr Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 ilə birgə və eyni həcmdə məsuliyyət daşımalı olması, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və məhkəmə tərəfindən müəyyən edilmiş cərimə borcunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlməkdə haqlı olmuşlar. Kassasiya kollegiyası kassartorun apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas kredit borcuna hesablanmış faizlərin düzgün hesa blanmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4938/2020 nömrəli, 05 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-242/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-242/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver