Məhkəmə qərarları › İş №2(102)-242/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-242/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-242/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-242/22 (Açar sözlər: müqavilənin ləğv edilməsi və pul tələbi ) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5917/2021 nömrəli, 23.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18.10.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 17000 manat məbləğində borc pul verilməsi, borc alanın həmin məbləği 18.01.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürməsi müəyyən edilmişdir. Müqavilədə göstərilən müddətin bitməsinə baxmayaraq tərəflər arasında pul mübahisəsi başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1ndə 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini bağlamışdır. Aralarında bağlanan müqavilədə alınmış borcun 17.000 (on yeddi min) manat olaraq göstərilməsinə baxmayaraq əslində alınmış borcun məbləği 12.000 (on iki min) manat olmuşdur. Artıq 5.000 (beş min) manat isə guya 12.000 (on iki min) manat məbləğin faizi olaraq əlavə edilmişdir. Müqavilədə məbləğin artıq yazılmasını Cavabdeh2 ondan xahiş etmişdir. O, da aralarında olan münasibət və tanışlığa görə buna etiraz etməmişdir və 12.000 manat pul aldığı kredit müqaviləsində məbləğin 17.000 manat olaraq göstərilməsinə razılıq vermişdir. Həmçinin müqavilədə göstərilən 18.01.2019-cu il tarixindən əvvəl real olaraq aldığı 12.000 (on iki min) manat pulu Cavab deh2 tam ödəmişdir. Lakin Cavabdeh2 olan borcunu guya ödəməməyi ilə bağlı müqavilənin bağlandığı Cavabdeh1 tərəfindən Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə icra qeydi göndərilmiş və əsassız olaraq icraata başlanılmışdır. Əslində isə o, borclu olduğu pulu tamamilə Cavabdeh2 ödəmişdir. Belə olan halda isə onun guya kredit müqaviləsində göstərilən borcu ödəməməyi ilə bağlı icra qeydinin göndərilməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin aralarında bağlanmış 3M-1226 nömrəli sənədlə reyestrə salınmış kredit müqaviləsini ləğv etmək üçün Cavabdeh2 17.09.2020-ci il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Göndərilmiş pretenziya və poçt qəbzi tərəfindən qoşma vasitəsi ilə iddia ərizəsinə də əlavə olunmuşdur. Lakin müraciətindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tə rəfindən heç bir rəsmi cavab göndərilməmişdir. Qarşı tərəf müqavilənin bağlandığı 38 saylı Notariat Ofisinə müraciət edərək guya ona olan borcun ödənilmədiyini bildirmişdir. Bununla da Cavabdeh2 tam olaraq ödədiyi borc müqaviləsinə görə yaşadığı ərazinin icra şöbəsinə əsassız icra qeydi göndərilməsinə nail olmuşdur. Buna görə də aralarında bağlanmış kredit müqaviləsinin məhkəmə qaydasında ləğvi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

3. Cavabdeh2n cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə ona qarşı Cavabdeh1ndə 18.10.2018-ci il tarixdə bağlanmış və 3Vİ-1226 reyestr nömrəsi il ə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Qeyd edir ki, o, 18 oktyabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1ndə kredit müqaviləsi bağlayaraq 1 il müddətinə qaytarmaq şərti ilə ona (notariat depoziti vasitəsi ilə) 17000 (on yeddi min) manat borc vermişdir. İddiaçı borcu 18 oktyabr 2019-cıı il tarixinədək qaytaracağına söz versə də həmin pulu ödəməkdən yayınmışdır. Ona görə də notariat ofisinə müraciət edərək icra qeydi əsasında pulunu tələb edən zaman cavabdeh işi uzatmaq üçün əsassız olaraq məhkəmədə ona qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Hətta iddia tələbində əsassız olaraq göstərmişdir ki, guya o, cavabdehə 17000 manat məbləğinə müqavilə bağlayraq əslində 12000 manat vermiş, o, isə əvəzində ona 17000 manat qaytardığ ını göstərmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərinin heç bir hüquqi əsası yoxdur, göstərilənlər yalan və uydurmadır. Belə ki, o, cavabdehə 17000 manatı notarusun bankda olan depozit hesabı vasitəsi ilə vermişdir. Hal-hazırda Sumqayıt icra və probasiya şöbəsi tərəfindən icra qeydi geri (notarusa) qaytarılmışdır. Ona görə də cavabdehə kredit müqaviləsi əsasında verdiyi 17.000 manatin, 110 manat hüquqi yardıma görə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim. K.Əmirxanova) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir.

5. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.1, 4 21.1, 422.1-, 423.1, 423.2, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.

6. İlkin iddia üzrə İddiaçı qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.06.2021-ci il tarixli, 2(103)-5917/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi A.İmanov, hakimlər Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. İlkin iddia üzrə İddiaçı qətnamə ilə razılaşmayaraq ondan kassasiya şikayəti vermişdir Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İlkin iddia üzrə İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına b axmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə. 405.1.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

17. Maddə. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

18. Maddə. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

19. Maddə. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

20. Maddə. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

21. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş bir borc müqaviləsi var. Cavabdeh müqavilənin icra olunması ilə bağlı şifahi bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazım dır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini (deyir ki, məbləğ müqavilədəki qədər deyildi) iddiaçı tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), cavabdeh bunun əksini sübut etməyə borclu deyil.

30. Məhkəmələr müəyən etmişlər ki, 18.10.2018-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi ilə Cavabdeh2 tərəfindən İddiaçı 17000 manat məbləğində borc pul verilmiş və borc alan 18.01.2019-cu il tarixə kimi pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, borcalan borcu qaytarmasını sübuta yetirə bilməmişdir. Borcun qaytarılması ilə bağlı ilk iddiaçının dəlili bəyanatdan başqa bir şey deyil. Ona görə məhkəmələr haqlı olaraq ilk idianın təmin olunmaması qənaətinə gəlmişlər.

31. Məhkəmə kollegiyası hesab edir ki, k assasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5917/2021 nömrəli, 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar