Məhkəmə qərarları › İş №2(102)-2420/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2420/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2420/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Əhmədağa oğlu Cavabdeh: Cavabdeh Mənzil Tikinti Kooperativi Üçüncü şəxs: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti İddia tələbi: “20.000 manat məbləğində kompensasiyanın ödənilməsi” Açar sözlər: kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Əhmədağa oğlunun, vəkili Sultanova Nəzrin Murtuzəli qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-4751/2020 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri, 2 saylı DNK-da 23.11.1989-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən metal konstruksiyalı qarajı 350 rubla Əhmədov Əhmədağa Əliqulu oğluna satmışdır. Bakı şəhəri, 28-ci dövlət notariat kontorunun verdiyi 24.07 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı 14.02.2001-ci ildə vəfat etmiş Əhmədov X1 miras qalmış, ona Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 15.05.00 tarixli №000001 №li və 22.10.99 ildə verilmiş **** №li şəhadətnamələrə əsasən məxsus olmuş X. ünvanda yerləşən qeyri-yaşayış sahəsi 896,2 kv.m., torpaq sahəsi və Bakı şəhəri, C.Zeynalov 15 ünvanda yerləşən İ mərtəbəli 49,0 kv.m. qeyri-yaşayış sahəsi kimi əmlaklarına irs almışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Əhmədağa oğlu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə, Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat məbləğində kompensasiyanın Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(006)493/2020 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) idd ia qismən təmin edilərək, 18.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı Əhmədağa oğluna ödənilməsi, 100 manat qiymətləndirmə xərcinin Cavabdeh MTK-dan tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-4751/2020 saylı qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh Mənzil Tikinti Koperativinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarxili 2(006)-493/2020 nömrəli qətnaməsinin kompensasiyanın məbləği hissəsində dəyişdirilmə si, Cavabdeh MTK-dan alınmalı olan məbləğin azaldılaraq 16.000 (on altı min) manat müəyyən edilməsi, qətnamənin Cavabdeh MTK-nın apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və Cavabdeh MTK-dan 150 manat qiymətləndirmə xərcinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh Mənzil Tikinti Koperativi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddia tələbinə münasibətdə İddiaçı Əhmədağa oğlunun subyektiv hüququnun olub-olmamasını araşdırmamış, yalnız ekspert rəyinə əsaslanmaqla qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əhmədağa oğlu və vəkili Sultanova Nəzrin Murtuzəli qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh MTK-nın və üçüncü şəxs Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamət ləri ilə uzlaşdığından, kompensasiyanın məbləği istisna olmaqla, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 14.02.2001-ci ildə vəfat etmiş Əhmədov X2 qanun üzrə vərəsəsi olaraq ondan irs almışdır. Mübahisə predmeti olan qarajın da miras qoyana məxsus olması işin mübahisələndirilməyən halı olduğundan iddiaçının da miras qoyanın qanun üzrə vərəsəsi kimi hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi «xxxx» MMC-nin 20 dekabr 2019-cu il tarixli, **** saylı metal konstruksiyalı qarajın qiymətləndirilməsinə dair hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 9-cu Bayıl döngəsi 18-ci kvartalda yerləşən, İddiaçı Əhmədağa oğluna məxsus olan metal konstruksiyalı qarajın həmin ərazidə yerləşən eyni təyinatlı əmlaklara uyğun müqayisəli təhlil əsasında müəyyən edilmiş real bazar qiyməti 18.000 (on səkkiz min) manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı mübahisə predmeti olan və hazırda sökülmüş qaraj ilə bağlı “xxxx” MMC-nin 16 iyun 2020-ci il tarixli, MB13/632 saylı rəyi alınmış və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 9-cu Bayıl döngəsi 18-ci kvartalda (ünvan 4 ünvanında yerləşən metal konstruksiyalı qarajın 16 iyun 2020-ci il tarixə mövcud analoqlara əsasən hesablanmış bazar dəyərinin 16.000 manat təşkil etdiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci rəydən fərqli olaraq qarajın real ba zar dəyərini daha düzgün əks etdirdiyindən və həm də işin digər hallarına uyğun oludğundan sonuncu rəydə göstərilən məbləğ daha mötəbər hesab edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinə münasibətdə İddiaçı Əhmədağa oğlunun subyektiv hüququnun olub-olmamasını araşdırılmadığını, yalnız ekspert rəyinə əsaslanmaqla qətnamə qəbul edildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-4751/2020 saylı qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar