Məhkəmə qərarları › İş №2(102)-2420/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2420/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2420/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “Borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-869/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2023-ci il tarixli, 3M-289 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 8000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 110 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ödənilməli olan borcu qaytarmamışdır.

4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ona vacib pul lazım olduğu üçün iddiaçıya bu barədə müraciət etmiş, iddiaçı ona borc kimi 3000 manat pul vermişdir. Buna baxmayaraq iddiaçının tələbi ilə aralarında 8000 manat borcun verildiyi barədə müqavilə bağlanmışdır. İddiaçıdan borc aldığı 3000 manata görə iddiaçıya 3800 manat məbləğində pul qaytarmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4923/2024 nömrəli iş üzrə qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (bir yüz on) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, borc müqaviləsini işin hallarının müəyyən edilməsində mötəbər sübut növüdür. Həmin borc müqaviləsi işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edildiyindən, cavabdehin izahatı (etiraz dəlilləri) həmin müqavilədə göstərilən 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilmədiyini təsdiq edən mötəbər sübut növü kimi qəbuledilən deyildir. Cavabdehin həmin müqavilə əsasında iddiaçıdan 8000 manat məbləğində borc alması işin faktiki halı kimi təsdiq olunandır. Bundan əlavə, cavabdeh iddiaçıya 3.800 manat məbləğində pul qaytardığını iddia et sə də, iddiaçı cavabdehin ona heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. MPM-nin sübutlarla bağlı tələblərinə əsasən, belə halda yalnız cavabdehin məhkəməyə bildirdiklərinə əsasən, cavabdehin iddiaçıya 3800 manat məbləğində pul qaytardığı qənaətinə gəlmək olmaz, bunun üçün cavabdeh məhkəməyə işin bu halını təsdiq edə bilən əlavə sübutlar da təqdim etməlidir. Cavabdeh isə bu halı təsdiq edə bilən başqa hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin bu dəlillərini əsassız sayır və belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 8000 manat borc məbləğinin cavabdehə verilməsi və həmin məbləğdə borcun cavabdeh tərərfindən iddiaçıya qaytarılmaması işin faktiki halları kimi təsdiq olunmuşdur.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 385.1, 442 və 739-cu, MPM-nin 4.1, 107, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya pulu qaytarmağı ilə bağlı şahidləri var, həmin şahidləri birinci instansiya məhkəməsinə dəvət etsə də, məhkəmə şahidləri qəbul etməmişdir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli, dəqiq araşdırmayaraq hazırkı qətnaməni qəbul etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-869/2025 nömrəli mülki iş üzrə 21 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, iddiaçı cavabdehə 8000 manat pulu borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində 8000 manat pulun ona verilmədiyini, iddiaçıdan 3000 manat borc aldığını və iddiaçıya 3800 manat pul qaytardığını bildirmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətd ə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilməmişdir. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 3M-289 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 8000 manat pulu cavabdehə vermiş, lakin borc sonuncu tərəfindən ödənilməmişdir. Bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

13. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 442, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 71, 125, 127, 129-cu, Mülki Məcəllənin 560.1, 560.2-ci, MPM-nin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad edilmə klə onunla əsaslandırılmışdır ki, nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını qorumamış, işi tam, düzgün və hərtərəfli araşdırmamışlar. Məhkəmə prosesləri çəkişmə prinsipi əsasında həyata keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edi lməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellya siya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhk əmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin borcu qaytarmasının sübutu kimi tərəflər arasında bağlanmış 28 avqust 2023-ci il tarixli kredit müqaviləsinin onda olması, yaxud həmin müqavilənin özündə icra barədə qeydin aparılmasıdır ki, bu hallar da müəyyən edilməmişdir.

34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların ay dınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiy a instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavab deh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-869/2025 nömrəli iş üzrə 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar