Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2423/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının vəkili Osmanov Zaur Məzahir oğlunun iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2019-cu il tarixli 2(103)-13270/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilm iş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” KB ASC borclular Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan əsas borc 8178,30 ABŞ dolları, faiz borcu 1252,74 ABŞ dolları, cərimə borcu 199,98 ABŞ dolları olmaqla, ümumilikdə 9631,02 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 26% ödəmək şərtilə 9600 ABŞ dolları məbləğində kredit verilmiş və sonuncu krediti və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsinin təminatı olaraq “xxxx” KB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürmüşdür. Öhdəliklər tam yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə əsas borc 8178,30 ABŞ dolları, faiz borcu 1252,74 ABŞ dolları, cərimə borcu 199,98 ABŞ dolları olmaqla, ümumilikdə 9631,02 ABŞ dolları məbləğində borc yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Əliyev İlkin) 2(001)-39/2019 saylı 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8178,30 ABŞ dolları, faiz borcu üzrə 1252,74 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları olmaqla ümumilikdə 9481,04 (doqquz min dörd yüz səksən bir, dörd qəp ik) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, dövlət rüsumunun kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət nəfinə alınması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azad İmanov- sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 23.10.2019-cu il tarixli 2(103)-13270/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfində n verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-39/2019 saylı 26 iyul 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2019-cu il tarixli 2(103)-13270/2019 qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin banka olan borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tə dbirlər haqqında Fərmanın təsir dairəsinə düşməməsi ilə bağlı bank tərəfindən təqdim edilmiş arayışa əsaslanmış, lakin həmin arayışın əsaslı olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası cavabdehin izahatını almadan və iştirakı olmadan işə baxmış, nəticədə yalnız iddiaçı tərəfin maraqlarına uyğun olaraq onun təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında iddiaçını vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad et məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki: “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli kredit müqaviləsi ilə Bank Cavabdeh1 illik 26% ödənilməsi şərti ilə 48 ay müddətinə 9600 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi üzrə verilmiş krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti ödəməyi barədə öhdəlik götürmüşdür. Eyni zamanda, müqavilənin şərtlərinə əsasən cavabdeh Bank qarşısında müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımınca icra etmədiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 “xxxx” KB ASC-nə 12.08.2016-cı il tarixə kredit müqaviləsi üzrə 8178,3 0 ABŞ dolları əsas, 1252,74 ABŞ dolları faiz borcu, 199,98 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9631,02 ABŞ dolları məbləğində kredit borcu olması barədə maliyyə arayışı tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.06.2019-cu il tarixli, 9084 nömrəli ekspert rəyi ilə Cavabdeh1 30.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.08.2016-cı il tarixə banka 8475,31 ABŞ dolları məbləğində əsas və 1523,26 ABŞ dolları məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini Cavabdeh1 kassasiya şikayəti əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tut ulması barədə borcluya və zaminlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 hər iki instansiya məhkəmələrində məhkəmə iclaslarının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Eyni zamanda, cavabdeh kredit müqaviləsi üzrə borcunun Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı Fərmanının təsir dairəsinə düşdüyünü iddia etsə də, bu halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə iddiaçının nümayəndəsi tərəfi ndən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014-cü il tarixli 8768nkSTB2/14 saylı kredit müqaviləsi bugünkü məlumat bazasına əsasən Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı Fərmanının təsir dairəsinə düşmür və həmin müqavilə kompensasiya ödənilməli və ya kredit borcu restrukurizasiya olunmalı kredit müqavilələrinin siyahısında aşkar olunmamışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, m übahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Bu səb əbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti verən şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2019-cu il tarixli 2(103)-13270/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-2423/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2423/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver