Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2423/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2020-ci il tarix li, 2(103)258/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 09 mart 2012-ci il tarixli, 223 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə 620000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 23 iyul 2014-cü il, 10 mart 2015-ci il və 09 mart 2016-cı il tarixli əlavələrlə kreditin ödənilməsi son nəticədə 09 mart 2017-ci il tarixədək uzadılmışdır. 23 iyul 2012-ci il tarixli, 223/2 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə 800000 manat kredit verilmişdir. Kredit müqaviləsinə 23 iyul 2014-cü il və 23 iyul 2015-ci il tarixli əlavələrlə kreditin ödənilməsi son nəticədə 23 iyul 2016-cı il tarixədək uzadılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 05 aprel 2018-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh 223 nömrəli kredit müqaviləsi üzrə 30 mart 2018-ci il tarixə 620000 manat əsas borcu, 97805 manat faiz borcu, cəmi 717805 manat borcu, 223/2 nömrəli kredit müqaviləsi üzrə 30 mart 2018ci il tarixə 800000 manat əsas borcu, 126200 manat faiz borcu, 36600 manat cərimə olmaqla cəmi 962800 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 29 may 2019-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh 09 mart 2012-ci il tarixli 223 nömrəli kredit müqaviləsi üzrə 620000 m anat əsas borcu, müqavilə müddəti üçün 38905 manat faiz borcu, 103075 manat cərimə, müqavilə müddəti bitdiyi tarixdən sonra 24 may 2019-cu il tarixə MM-in 445.7-ci maddəsi ilə illik 5% ödəmək şərti ilə hesablanmış 98457,45 manat borcu, cəmi 830437,45 manat borcu, 23 iyul 2012-ci il tarixli, 223/2 nömrəli kredit müqaviləsi üzrə 800000 manat əsas borcu, müqavilə müddəti üçün 5600 manat faiz borcu, 214200 manat cərimə, müqavilə müddəti bitdiyi tarixdən sonra 24 may 2019-cu il tarixə MM-in 445.7-ci maddəsi ilə illik 5% ödəmək şərti ilə hesablanmış 113443,31 manat borcu, cəmi 1133243,31 manat borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 dekabr 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu: 09 mart 2012-ci il tarixli, 223 saylı kredit müqaviləsi üzrə 17 sentyabr 2018-ci il tarixinə 717805,00 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas borc üzrə 620000 manat, faiz borcu üzrə 97805 manat; 23 iyul 2012ci il tarixli, 223/2 saylı kredit müqaviləsi üzrə 17 sentyabr 2018-ci il tarixinə 926200 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 800000 manat, faiz borcu üzrə 126200 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 mart 2012-ci il tarixli 223 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 620000 manat əsas borc, 97805 manat faiz borcu olmaqla, cəmi 717805 manat borcun, 23 iyul 2012-ci il tarixli 223/2 nömrəli kredit müqaviləsi üzrə 800000 əsas borc, 126200 manat faiz borcu, 36600 manat dəbbə pulu olmaqla, cəmi 962800 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilələr üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tar ixli, 2(007)2853/2018 nömrəli qətnaməsi ilə (hakim M.Q.Sadıqov) iddia təmin edilmiş, 09 mart 2012ci il tarixli, 223 nömrəli kredit müqaviləsi üzrə 620000 manat əsas borc, 97805 manat faiz borcu olmaqla, cəmi 717805 manat borcun və 23 iyul 2012-ci il tarixli, 223/2 nömrəli kredit müqaviləsi üzrə 800000 manat əsas borc, 126200 manat faiz borcu, 36600 manat dəbbə pulu olmaqla, cəmi 962800 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(007)-2853/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinə əsas borc, faiz borcu və cərimə borc u hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi, əsassız hesablanmış borcların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2(103)-258/2020 nömrəli qətnaməsi ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(007)-2853/2018 nömrəli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmuş əsas borc və faiz borcunun məbləğləri düzgün olmuşdur. Dəbbə pulunun azaldılması məhkəmənin vəzif əsi olsa da, tutulmuş məbləğ borc məbləğinə uyğun olmuşdur. Cavabdeh borc məbləğinin daha az məbləğdə olmasını göstərmiş olsa da, bununla bağlı hər hansı sübuta istinad etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2(103)-258/2020 nömrəli qətnaməsini tamamilə ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasını cavabdehə xəbər vermədən və iştirakını təmin etmədən keçirmiş, əsas, faiz və dəbbə pulu borcunun şişirdilməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları ist isna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçü n birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit mü qaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhk əmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normala rının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertin qarşısında kredit müqavilələri və onların əlavələri üzrə əsas, faiz və cərimə borcunun məbləğinin müqavilə müddətlərinin sonuna və 17 sentyabr 2018-ci il tarixə müəyyən olunmasından ibarət suallar qoymuşdur. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə alınmış ekspert rəyi ilə cavabdehin iddiaçıya hər iki müqavilə üzrə əsas və faiz borcu 17 sentyabr 2018-ci il tarixə müəyyən edilmişdir. Halbuki, kredit müqavilələri üzrə son tarix müvafiq olaraq 09 mart 2017-ci il və 23 iyul 2016-cı il təyin olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi ekspe rt qarşısında qoyulmuş suallara tam cavab verilməməsini və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyini nəzərə almayaraq, həmin ekspertiza rəyinə istinad edərək, faktiki olaraq müqavilə müddətləri bitdiyi tarixlərdən sonrakı dövr üçün də hesablanaraq müəyyən edilən borcu dəyişdirilmədən saxlamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkə məsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2(103)-258/2020 nömrəli qətnaməsi ləğv edi lsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2423/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2423/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver