Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2425/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçının vəkili Babayev Turqay Ariz oğlunun iştirakı ilə, cavabdeh x2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tаrixli, 2(037)-16/2018 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, x7 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı x1 olan həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 10.127,15 ABŞ dolları əsas, 3.285,48 ABŞ dolları faiz cəmi – 13.412,63 ABŞ dolları məbləğində borcunun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğinin, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsi üçün tutma ipoteka ilə yüklü edilmiş, cavabdeh x2 məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh x2 məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində ye rləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 32.000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdeh x2 məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər x2nun, x3, x4, x5, x6 mənzili bir ay ərzində tərk etmədikləri halda mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-2305/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Hüseynov, R.Rəfiyev və G.Abbasov) İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tаrixli, 2(037)-16/2018 saylı qətnaməsi x2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verər ək Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-2305/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4, x5, x6 və üçüncü şəxs x7 qarşı iddia ərizəsi ilə məhkəməyə 2 müraciət edərək 10.227,15 ABŞ dolları əsas,1.760,01 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, cəmi 11.987,16 ABŞ dolları məbləğində borc, 14 iyul 2017-ci il tarixdən başlayaraq əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ü çün ödənilmiş cəmi 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğlərinin ipoteka predmetinin dəyərindən iddiaçı x1 xeyrinə tutulması, tutmanın birinci cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdehlər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 4.5–ci bəndində qeyd olunduğu kimi likvid dəyərinin 27.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məh kəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi x8 məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəməyə müraciət edildikdən sonra kifayət qədər vaxt keçdiyinə görə faiz borcunun artdığını bildirməklə 10.127,15 ABŞ dolları əsas, 3.285,48 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, cəmi 13.412,63 ABŞ dolları məbləğində borc,15 may 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğinin ipoteka predmetinin dəyərindən iddiaçı x1 xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs x7 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən x7 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən borc alan 06 noyabr 2014-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 18.331,44 ABŞ dolları məbləğində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 05 noyabr 2014-cü il tarixli ipotek a müqaviləsinə əsasən birinci cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş, birinci cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil x9 142004 XB saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 30.000 manat, likvid dəyəri isə 27.000 manat məbləğində müəyyən edilmişdir. Birinci cavabdeh x9 142004 XB saylı rəyi ilə ipoteka predmetinin bazar dəyərinin 30.000 manat, likvid dəyərinin isə 27.000 manat məbləğində qiymətləndirilməsindən narazı olduğu üçün ipoteka predmetinin hazırkı bazar qiymət ləri ilə dəyərinin müəyyən edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmiş, birinci cavabdehin vəsatəti əsasında ekspertiza keçirilmiş və x10-nin 10 aprel 2018-ci il tarixli 0205/18/XB nömrəli hesabatı əsasında ipoteka predmeti olan ünvan 1,4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin hazırkı bazar qiymətləri ilə dəyəri 32.000 (otuz iki min) manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra x7 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə aylıq ödənişi qaydalarına riayət etməmişdir. Hazırda iddiaçı 3 tərəfindən x7 10.127,15 ABŞ dolları əsas borc, 3.285,48 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi fai zlər üzrə borc - cəmi 13.412,63 ABŞ dolları və 15 may 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanmışdır. x7 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. x7 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat xidmət haqqı ödənilmişdir. İddiaçı 10.127,15 ABŞ dolları əsas və 3.285,48 ABŞ dolları gecikdirilmiş faiz borcu - cəmi 13.412,63 ABŞ dolları borc və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğin, 15 may 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına iddiaçının xeyrinə tutulmasını, tutmanın birinci cavabdehə məxsus olan, ünvan 1 binanın 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi ol an 31 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər mənzili tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmasını tələb edir. İddiaçı ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin x10-nin 10 aprel 2018-ci il tarixli 0205/18/XB nömrəli hesabatı əsasında – 32.000 (otuz iki min) manat məbləğində müəyyən edilməsinə etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 2(107)-2305/ 2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçının vəkili Babayev Turqay Ariz oğlu kassasiya şikayətinin dəlillərini qəbul etmədiyini, şikayət tam əsassız olduğunu bildirdi. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddi açının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə x7 arasında bağlanmış 05 noyabr 2014cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, 05 noyabr 2014-cü il tarixdə iddiaçı tərəfindən x7 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmiş, x7 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinə əlavə olunmuş öd əniş qrafikindən müəyyən edilir ki, həmin qrafikə əsasən x7 08 dekabr 2014-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində 13.000 ABŞ dolları əsas borc və 5.331,44 ABŞ dolları faiz borcu - cəmi 18.331,44 ABŞ dolları kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş bildirişin və həmin bildirişə aid qəbzin surətindən görünür ki, x7 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün borcun ipoteka predmeti olan birinci cavabdehə məxsus mənzilə yönəldiləcəyi barədə sonuncuya xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 11 noyabr 2014-cü il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət re yestrindən Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə birinci cavabdehin adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən müəyyən edilir ki, birinci cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə ikinci cavabdeh etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin və 11 noyabr 2014-cü il tarixli ******* nömr əli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinin təminatı kimi birinci cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka predmetinin likvid dəyəri x9142004 XB nömrəli hesabatı əsasında mənzilin bazar dəyəri 30.000 manat, likvid dəyəri isə 27.000 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş 10 aprel 2018-ci il tarixli x10 0205/18/XB nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatından müəyyən edilir ki, birinci cavabdehə məxsus olan ünvan 1, 4 mərtəb əli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin hazırkı bazar dəyəri 32.000 (otuz iki min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş “Azərmənzilkomplektlayihətəmir” Respublika Birliyi İsmayıllı Mənzil İstismar Sahəsinin 04 noyabr 2014-cü il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Milli Avtomatlaşdırılmış Pasport Sistemi Şöbəsinin 16 mart 2017-ci il tarixli arayışlarından müəyyən edilir ki, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil ipoteka ilə yüklü edilən zaman həmin mənzildə hazırki iş üzrə cavabdehlər – x2, x3, x4, x5 və x6 qeydiyyatda olmuşlar. İş materia llarına əlavə edilmiş doğum qeydi haqqında şəhadətnamələrin sürətindən görünür ki, x4 20 avqust 2002-ci il tarixli AZ-İN 259237 nömrəli şəhadətnaməyə əsasən 25 iyul 2002-ci ildə, x5 25 aprel 2005-ci il tarixli AZ-İN 604307 nömrəli şəhadətnaməyə əsasən 08 aprel 2005-ci ildə, x6 24 sentyabr 2012-ci il tarixli AZ-İİ N 940764 nömrəli şəhadətnaməyə əsasən 24 iyun 2012-ci ildə doğulmuşlar. İş materiallarına əlavə edilmiş 20 dekabr 2016-cı il tarixli bildirişin, həmin bildirişin birinci cavabdehə rəsmi qaydada verilməsinə dair qəbzin, bildirişin qeydə alınmasına dair 26 dekabr 2016-cı il tarixli ərizədən müəyyən edilir ki, x7 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş ipoteka ilə yüklü edilmiş, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin mülkiyyətçisi kimi birinci cavabdehə 21 dekabr 2016-cı il tarixdə rəsmi qaydada verilmiş və həmin bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində 30 dekabr 2016-cı il tarixdə qeydə alınmışdır. Bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 23.06.2017-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat döv lət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 15 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, x7 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə hazırda iddiaçıya 10.127,15 ABŞ dolları əsas borcu qalmış, borcun gecikdirilməsinə görə 3.285,48 ABŞ dolları faiz borcu hesablanmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ASC “Xalq” Bankı ilə üçüncü şəxs x7 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli **********21914 nömrəli təminatlı kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən x7 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən borc alan 06 noyabr 2014-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 18.331,44 ABŞ dolları məbləğində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 05 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh x2 məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş, cavabdehə məxsus olan, ünvan 1, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzil x9 142004 XB saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 30.000 manat, likvid dəyəri isə 27.000 manat məbləğində müəyyən edilmişdir. x2 x9 142004 XB saylı rəyi ilə ipoteka predmetinin bazar dəyərinin 30.000 manat, likvid dəyərinin isə 27.000 manat məbləğində qiymətləndirilməsindən narazı olduğu üçün ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmiş, x2nun vəsatəti əsasında ekspertiza keçirilmiş və x10-nin 10 aprel 2018-ci il tarixli 0205/18/XB nömrəli hesabatı əsasında ipoteka predmeti olan ünvan 1,4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 75 kv.m ümumi, 41,5 kv.m yaşayış, 33,5 kv.m yardımçı sahəsi olan 31 saylı mənzilin hazırkı bazar qiymətləri ilə dəyəri 32.000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra x7 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə aylıq ödən işi qaydalarına riayət etməmişdir. Hazırda iddiaçı tərəfindən x7 10.127,15 ABŞ dolları əsas borc, 3.285,48 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc - cəmi 13.412,63 ABŞ dolları və 15 may 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanmışdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlm аsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit sazişi (müqаviləsi) iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olа rаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələb inə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci mаddəsinə əsаsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəlt məklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsının Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı mаddəsinə və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsının Qаnununun 47.2-ci mаddəsinə əsаsən ipot ekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 4-cü mаddəsinə görə ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsının Qаnununun 39.3-cü mаddəsinə əsаsn məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. İpoteka müqaviləsində tərəflər ipoteka predmeti olan mənzilin bazar dəyəri 30.000 manat, likvid dəyəri isə 27.000 manat məbləğində dəyərləndirilməsi barədə x9142004 XB nömrəli hesabatı ilə razılaşmışlar. Lakin birinci instansiya məhkəməsində cavabdeh x2nun şifahi vəsatəti əsasında mənzilin təkrar qiymətləndirilməsi qərar alınmışdır və mənzilin hazırkı bazar dəyəri 32.000 (otuz iki min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin həmin həmin qiyməti ağlabatan olmaqla reallığı əks etdirir. Ona görə də apellyasiya şikayətinin mənzilin düzgün qiymətləndirilməməsinə dair dəlilini əsassız sayır. “İpotekа hаqqındа” Qanunun 59.3.2-ci maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər t utduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş mаteriаllаrındаn müəyyən оlunur ki, yаşаyış evi ipоtekа ilə yüklü edilərkən cаvаbdeh x2nun аilə üzvləri –аrvаdı x3 və uşаqlаrı x3, x4 (2002-ci il təvəllüdlü), x5 (2005ci il təvəllüdlü) və x6 (2012-ci il təvəllüdlü) dа həmin evdə qeydiyyаtdа оlmаqlа оnunlа birlikdə yаşаmış və x3 nоtаriаl qаydаdа verdiklərin ərizə ilə mənzilin ipоtekа y üklü edilməsinə rаzılıq verərək, həmin mənzilə tutmа yönəldikdə və sаtıldıqdа оnu tərk etməyi öhdələrinə götürmüşdür. «İpоtekа hаqqındа» Qаnunun 59.3.2-ci mаddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasıüçün ipoteka qoyulduğu və yа ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri hаldа ipоtekа predmetinə tutmа yönəldikdə və о sаtıldıqdа ipоtekа qоyаn və оnunlа birlikdə yаşаyаn аilə üzvləri və digər şəxslər tutduqlаrı yаşаyış sаhəsini ən geci bir аy ərzində tərk etməlidirlər. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyya ta alınmış şəxslər beləöhdəlik götürmüş sayılırlar. «İpоtekа hаqqındа» Qаnunun 59.4-cü mаddəsinin tələbinə görə isə bu Qanunun 59.3- cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan 10 ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, tutmа üzərinə yönəldilmiş ipоtekа predmeti sаtıldıqdаn sоnrа ipоtekа qоyаn və оnunlа birlikdə yаşаyаn аilə üzvləri tutduqlаrı yаşаyış sаhəsini ən geci bir аy ərzində bоşаltmаdıqlаrı təqdirdə, оnlаrın məcburi çıxаrılmаsı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2425/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2425/2019
11.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver