Məhkəmə qərarları › İş №2(102)-2425/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2425/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2425/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: inzibati xətadan irəli gələn maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-766/2024 nömrəli, 29 fevral 2024- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Ford Fusion” minik markalı, 2015-ci il buraxılışlı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 2. "BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. 3. xx.xx.2022-ci il tarixli İXP-5105158 №li protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, xx.xx.2022-ci il tarixli TP-5450703 №-li inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə n onun təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion” minik markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Ford Fusion” minik markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin avtomobilə dair X3 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə Fərid Ağayev həmin avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən, cavabdeh özünə məxsus "BMW 528” minik markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkət i haqqında qanunvericiliyin tələblərini pozaraq iddiaçıya məxsus avtomaşını və işıqforu vurmuş, nəticədə iddiaçıya məxsus avtomaşına və işıqfora maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon DYPŞ-də araşdırma aparılmış, araşdırma nəticəsində sürücü cavabdehin təqsirli olması müəyyən edilərək, barəsində inzibati protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb olunması barədə qərarla razılaşmış, qərarı mübahisələndirməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion” minik markalı avtomaşına 10953 manat məbləğində ziyan dəymiş, işıqfora dəymiş ziyanın məbləği isə 6935,45 manat məbləğində müəyyən edilmişdir. İcbari sığorta şirkəti dəymiş maddi ziyanı 5000 manat həddində qarşılayaraq avtomobilə dəymiş zərərə görə 3061,47 manat məbləğində sığorta ödənişi etmiş, qalan məbləği isə, işıqfora dəymiş maddi ziyanın əvəzi olaraq müvafiq icra hakimiyyəti orqanına ödəmişdir. Beləliklə, iddiaçıya məxsus avtomaşına dəymiş 10953 manat məbləğində ziyandan cəmi 3061,47 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, yerdə qalan 7891,47 manat məbləğində maddi ziyan isə cavabdeh tərəfindən ödənilməli olduğu halda, indiyədək ödənilməmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirib, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin sübuta yetirilmədiyini, müvafiq qərarın qüvvədə olmadığını, bu səbəbdən də deliktin törədilməsində təqsirli olmadığına görə iddia tələbinin rədd olunma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə vurulan ziyanın müəyyən olunması üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4378 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, "BEM” MMC-nin tərtib etdiyi xx.xx.2023- cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən, avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Ford Fusion” minik markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090 manat təşkil edir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətna məsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(005)-2679/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin inzibati xəta törətməsinə görə inzibati cərimə olunması barədə Sabunçu RPİ X5 Şöbəsinin YNH üzrə inspektoru X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci tarixli qərarı, cavabdehin nümayəndəsinin şikayəti əsasında ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Şəhər Sabunçu RPİ X5 Şöbəsinə göndərilmişdir.

10. İddia tələbi üzrə mübahisələndirilən faktlar cavabdehin təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla təkzib olunur.

11. Zərərin mövcudluğu inkar olunmasa da, həmin zərərin cavabdehin hərəkət və ya hərəkətsizliyi nə ticəsində vurulduğu öz təsdiqini tapmır. Cavabdehin iddiaçıya məxsus "Ford Fusion” minik markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirli hərəkətləri sübuta yetirilmədiyindən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi əsassızdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, zərərin avto-qəza nəticəsində yaranması və onun iki iştirakçısının olması və zərərin hansı sürücünün təqsiri ucbatından baş verməsi, cavabdehin 40 manat cəriməni ödəməsi faktı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə həmin halları araşdırmalı idi. Onlar tərəfindən verilmiş sorğuya cavab olaraq, Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş məktubda göstərilir ki, Sabunçu RPİ DYPŞ-nin YNH-si üz inspektoru M.Kazımzadə tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar məhkəmənin qərarı ilə qismən ləğv olunaraq yenidən baxılması üçün Sa bunçu RPİ DYPŞ-nə göndərilmiş, material DYPŞ-də təkrarən araşdırılarkən video-görüntülərə baxış keçirilmiş və qərarın düzgün qəbul edildiyi təsdiq edilmiş və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması üçün DİN BDYPİ-yə müraciət göndərilmişdir. Göründüyü kimi, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni delikt törətmiş şəxsin məsuliyyətə cəlb olunub-olunmamasını, onun qərar üzrə 40 manat cəriməni ödəyib-ödəməməsini, məhkəmənin qərarından sonrakı nəticəni müvafiq sorğular verərək, araşdırmalı olduğu halda, bunu etməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-766/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi) Xumar Mərdanova və Elnur Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən – cavabdehdən 6028,53 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(005)-2679/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına istinad edərək, iddiaçıya məxsus avtomobilə dəymiş ziyana görə cavabdehin təqsirli hərəkətlərinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğuna dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin qərar ləğv edilərkən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə işə yenidən baxılması üçün geri qaytarılmışdır. Yəni məhkəmə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmaması əsası i lə deyil, inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməməsi əsası ilə ləğv etmişdir.

17. Kollegiya tərəfindən inzibati xəta haqqında işə yenidən baxılmanın nəticəsi barədə məlumat verilməsi üçün sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsində günahkar olduğu üçün barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş, İXP5105158 saylı inzibati protokol əsasında tətbiq edilmiş qərar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2679/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qismən ləğv edilmiş və həmin işə yenidən baxılması üçün Sabunçu RPİ DYPŞ-yə göndərilmiş və material DYPŞ-də yenidən araşdırılarkən videogörüntüyə baxılmış, qərarın düzgün qəbul e dildiyi müəyyən edilmiş, lakin sürücü tərəfindən xx.xx.2023-cü il tarixdə tətbiq edilmiş cərimə məbləğinin ödənildiyi aşkar olunduğu üçün, mərkəzi informasiya sistemində dəyişiklik etmək mümkün olmadığından qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh, mülkiyyətində olan "BMW 528” minik markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində iddiaçıya məxsus "Ford Fusion” minik markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və cavabdehin baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu təsdiq edilmişdir. Əvvəlki qərarla da həmin hadisəyə görə müəyyən edilmiş cərimə də cavabdeh tərəfindən ödənilmişdir ki, bu da eyni zamanda cavabd ehin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirli olmasını qəbul etməsi kimi qəbul edilməlidir.

18. Bundan əlavə, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisəsinin əks etdirildiyi video-görüntüyə baxış keçirilərkən də müəyyən edilmişdir ki, cavabdeh svetaforun yaşıl işığında hərəkət etməklə yol ayrıcına girsə də, nizamlanan yol ayrıcından yol ayrıcının keçilməsi qaydasını pozaraq qarşıdan gələn nəqliyyat vasitəsini (iddiaçıya aid nəqliyyat vasitəsini) gözləmədən sola dönmə hərəkətini davam etdirmişdir. Halbuki, belə olan halda, nizamlanan yol ayrıcından sola dönmə hərəkəti edərkən əks istiqamətdən gələn və düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli, (göründüyü kimi həmin hərəkəti edərkən düzünə hərəkət edən nəqliy yat vasitəsi onun sağına düşür) daha sonra hərəkətini davam etdirməlidir. Qanunvericiliyin tələblərinə əsasən də nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bu baxımdan, iddiaçının avtomobilə dəymiş zərərlə bağlı yolnəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli olmaqla ondan zərərin tələb edilməsində iddiaçı haqlı olmuşdur.

19. Məhkəmə kollegiyası iddiaçıya dəyən maddi zərərin məbləğini müəyyən edərkən birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4378 saylı ekspertiza rəyini rəhbər tutaraq qeyd etmişdir ki, həmin rəydən göründüyü kimi "Ford Fusion minik” markalı, **-VY*** dövlə t qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090 manat müəyyən edilmişdir. İddiaçıya isə sığorta şirkəti tərəfindən 3061,47 manat sığorta ödənişi edildiyindən iddiaçıya vurulmuş maddi zərərin məbləği 6028,53 manat (9090,00-3061,47=6028,53) məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1115-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ hissəsinə, 76-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin baş vermiş yolnəqliyyat hadisəsini törətməkdə təqsirli olduğuna dair qanuni qüvvəsini almış inzibati xəta haqqında iş üzrə qərar mövcud deyil. Belə olan təqdirdə, onun təqsirli olaraq mülki məsuliyyət daşımasına istinad edilməsi acıq aşkar hüquqa etinasızlıqdır.

23. Məhkəmə kollegiyası inzibati xəta hadisəsində cavabdehin təqsirli olmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məktubu ilə müəyyən etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qanunun bu normasından göründüyü kimi, inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün birincisi inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olmalı, ikincisi həmin qərar qanuni qüvvəyə minmiş olmalıdır. Göründüyü kimi, bu iki halın heç biri mövcud olmamış və hazırda da mövcud deyil.

24. Məhkəmə kollegiyasının sübut kimi istinad etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məktubunda qeyd edilir ki, “DYPŞ-də yenidən araşdırılarkən video-görüntüyə baxılmış, qərarın düzgün qəbul edildiyi müəyyən edilmiş, lakin sürücü tərəfindən xx.xx.2023-cü il tarixdə tətbiq edilmiş cərimə məbləğinin ödənildiyi aşkar olunduğu üçün mərkəzi informasiya sistemində dəyişiklik etmək mümkün olmadığından qərar dəyişdirilmədən saxlanılmışdır. Bu məktubla bağlı cavabdeh tərəfindən izahat veriləndə qeyd olunmuşdur ki, onun tərəfindən hər hansı cərimə ödənilməmiş və ödənilə də bilməz. O baxımdan ki, həmin anda o, Naxçıvan Muxtar Respublikasında atasının yas mərasimində iştirak etmişdir. Qeyd edilən cərimə qərəzli olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən ödənilmişdir ki, cavabdehi təqsirli hesab etsinlər. Yol-nəqliyyat hadisəsi t am və hərtərəfli araşdırılmamışdır. Müvafiq ekspertizalar keçirilməmiş, hadisəyə obyektiv qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması....

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzin in tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 31. 75-ci maddəsinin İİİ hissə. hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. 32. 76-cı maddə, İ hissə. relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassatorun yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirinin inzibati xətalara dair iş üzrə səlahiyyətli şəxs və ya orqan tərəfindən müəyyən edilmədiyi barədə dəlili əsassızdır. Çünki onun təqsirli olması təkrar araşdırma zamanı yenidən müəyyən olunmuş, lakin mərkəzi elektron informasiya sistemində yerləşdirilməsi texniki səbəbdən mümkün olmadığına görə yeni qərar şəklində rəsmiləşdirilməmişdir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ka ssasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamən in ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-766/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar