Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2426/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m, 83 saylı mənzil 10.09.2010-cu il tarixli müqaviləyə əsasən iddiaçıya satılmışdır. Həmin müqaviləyə görə bir tərəfdən “xxxx-MTK” Mənzil Tikinti Kooperativinin sədri X7 (İcraçı) digər tərəfdən X9 ilə bağlanmış müqavilə öz razılıq ərizəsinə əsasən ləğv edilərək gələcəkdə payçı adlandırılacaq İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən mənzilin dəyəri 61.835 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki payçı X6 ödənilmişdir. 2. 10.09.2010-cu il t arixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m olan 3 otaqlı 83 saylı mənzilin ümumi dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh1 MTK-ya borcu yoxdur.
3. İddiaçı bildirir ki, mənzilin kommunal təminatları ilə bağlı xərcləro özü çəkmiş, lakin sonradan ona məlum olmuşdur ki, onun mənzili 78 nömrəli” mənzil adı ilə Cavabdeh2 satılmış, sonuncunun isə razılığı ilə onun qohumu olan X12 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır.
4. İddiaçı mənzil hüququnun müdafiəsi ilə bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətl i Cəmiyyətinə qarşı ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin qoyulması və Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onun ilə Cavabdeh1 MTK arasında 10.09.2010-cu il tarixdə Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli izolə olunmuş 3 otaqlı mənzil barəsində müqavilə bağlanmışdır, müqavilənin şərtinə görə əvvəlki payçı X9 ilə bağlanmış müqavilə razılıq ərizəsinə əsasən ləğv edilmiş və yeni payçı olaraq iddiaçı ilə müqavilə bağlanmışdır, həmin müqavilənin 1.1-ci bəndinə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən əvvəlki payçı F.Məmmədovaödənilmişdir, Cavabdeh1 MTK tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsi və iddiaçının MTK-ya borcunun olmaması barədə həmin tarixdə maliyyə arayışı verilmişdir, iddiaçı ona məxsus olan mənzilin qapısını dəyişdirməyə 400 manat, su sayğacının quraşdırılmasına 18.07.2017-ci il tarixdə 200 manat, qaz sayğacının quraşdırılmasına 2017-ci ilin dekabr ayında 1200 manat və işıq sayğacının quraşdırılmasına isə 15.05.2018-ci il tarixdə 550 manat pul vermişdir, lakin iddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, X5 adlı şəxsin Cavabdeh1 MTK-ya qarşı sahiblik, istfadə hüququ nun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Xətai Rayon məhkəməsinin 29.07.2016-cı il tarixli qətnaməsi çıxarılmış, qətnamənin icrası ilə əlaqədar Xətai rayon icra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən rəy alınaraq ona məxsus olan mənzil Ə. Pənahova verilmişdir, xvun sənədlərində mənzil 78 nömrəli olmaqla, sahəsi 141,5 kv.m olduğu halda, o Cavabdeh1 MTK-nın rəhbərinin və icra məmurunun göstərişi ilə iddiaçıya məxsus 83 nömrəli, sahəsi 141,2 kv.m olan mənzilə yerləşmiş, daha sonra isə həmin mənzili Cavabdeh2 satmış, sonuncu isə 83 saylı mənzilin qapısını sındıraraq evə daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili izahatı nda həmçinin bildirdi ki, hazırda mənzildə cavabdehin qardaşı oğlu və onun ailə üzvləri yaşayır, mübahisəli mənzillə bağlı dəfələrlə iddianın təmin etmə tədbiri görülərək mənzilə həbs qoyulsa da cavabdeh həmin mənzildə təmir işləri aparmışdır, cavabdeh bununla əlaqədar olaraq iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı formada edilmiş müraciətlərə baxmayaraq hazırda da təmir işləri davam etdirilir, qeyd edilənlərə görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki iddia tələbi əsassızdır, Xətai Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 189 A ünvanında inşa edilmiş, sahəsi 141.5 kv.m olan 78 saylı və 38 saylı mənzillərə xvun sahiblik və istifadə hüququ tanınmış, onun həmin binaya və mənzillərə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur, həmin qətnamənin icrası ilə əlaqədar olaraq Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən rəy alınaraq mənzil xva verilmişdir, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş Bakı Apelyasiya Məhkəməsinin icraatındadır, beləliklə hazırkı mübahisə icra hərəkətlərinin aparılması ilə əlaqədar yaranmışdır, icra hərəkətlərinin aparılması ilə əlaqədar olaraq 83 saylı mənzildə Cavabdeh2 yerləşdirilmiş, hazırda isə həmin mənzildə onun yaxın qohum u yaşayır, cavabdeh mənzili 2008-ci ildə xvdan almışdır, iş materiallarından da bir daha görünür ki, Cavabdeh2 çıxarış 78 saylı mənzilə dair verilmişdir, 83 saylı mənzilə dair çıxarış yoxdur, qətnamədə də həmin mənzilin adı keçmir, mənzildə hazırda cavabdehin özü deyil, onun yaxın qohumları yaşayır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 05 fevral 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, Cavabdeh2 dövlət rüsumunun əvəzi o laraq ödənilmiş 10 (on) manat pul məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 157-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisələndirilən 83 saylı mənzilə dair “xxxx-MTK” MTK və İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli, x saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə Cavabdeh2 tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13-cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 21 oktyabr 2020-ci il tarixli, 2(103)-6380/20 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin x saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 kassasiya ş ikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qətnamədə baxış aktına istinad edərək göstərir ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binada hər mərtəbədə mənzillərin nömrələnməsi mənzillərin sahəsinin artımı üzrə aparılmışdır. 13-cü mərtəbədə 78-84 nömrəli mənzillər yerləşir. Həmin mərtəbədə mənzillərin isə sahəsi müvafiq olaraq, 95.6 kv.m, 96.5 kv.m, 102 kv.m, 134.5 kv.m, 141.2 kv.m, 141.5 kv.m, 168.5 kv. m olmuşdur. Bununla da nömrələnmə mənzilin sahəsinə görə azdan çoxa görə aparıldıqda mənzillərin nömrəsi aşağıdakı qaydada olmalıdır. -78 saylı mənzil -95.6 kv.m, -79 saylı mənzil -96.5 kv.m -80 saylı mənzil -102 kv.m -81 saylı mənzil -134.5 kv.m -82 saylı mənzil -141. 2 kv.m -83 saylı mənzil -141.5 kv.m -84 saylı mənzil -168.5 kv.m Göründüyü kimi həmin mərtəbədə 1 ədəd sahəsi olan 141.5 kv.m olan mənzil var. Həmin mənzildə 15 noyabr 2018-ci il tarixli 71 nömrəli müqavilə əsasında Cavabdeh2 Məmməd oğluna satılmışdır və lakin texniki səhv olaraq müqavilədə mənzilin nömrəsi 78 göstərilmişdir. Lakin mənzilin nömrəsinin 83 olması və X8 məxsus olması Cavabdeh1 MTK-nın 16.04.2019-cu il tarixli arayışı ilə təsdiq edilir. Məmmədov Qaçay qeyd olunan mənzili Ə.Pənaovdan 15 noyabr 2018-ci il tarixli 71 nömrəli müqavilə əsasında almışdır. Həmin mənzilin satışdan əvvəl xva məxus olması, xvun Cavabdeh1 MTK-ya qarşı sahəsi 141.5 kv metr olan 78 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə iddia tələbi üzrə Xətai Rayon Məhkəməsinin 29 iyul 2016-cü il ta rixli qətnaməsi ilə təsdiq edilmişdir. İddiaçı Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin qoyulması və Cavabdeh2 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəməyə müraciət etmişdir. Lakin yuxarıdakı 1-ci bənddən də göründüyü kimi Cavabdeh2 məxsus mənzilin sahəsi 141.5 kv-dir. İddiaçının iddia etdiyi evin sahəsinin isə iddia ərizəsində göstərildiyi kimi 141.2 kv.m-dir. Yəni göründüyü kimi iddiaçı iddianı düzgün cavabdehə qarşı verməmişdir. Onun tələb etdiyi ev tam başqa mənzildir. Onun tələb etdiyi mənzil yuxarıda 1-ci bəndə uyğun götürüldükdə 82 saylı mənzilə uyğun gəlir. X8 mənzilin nömrəsinin 83 olması, texniki səhv olaraq müqavilədə əvvəl 78 olması ilə bağlı Cavabdeh1 MTK-nın 16.04.2019-cu il tarixli arayışının sübut kimi qəbul etməməklə bağlı məhkəmənin gəldiyi qənaət qanunsuz və əsassızdır. Çünki məhkəmə iddiaçıya 83 nömrəli mənzilə dair “Azəriqaz" İB tərəfindən verilmiş sənədi əsas göstərir. Lakin nəzərə alınmalıdır ki, həmin istinad edilmiş sənəddə iddiaçıya məxsus olan mənzilin sahəsi 141.2 kv.m. olması göstərilir. Halbuki yuxarıdakı 1-ci bənddən göründüyü kimi iddiaçıya məxsus mənzilinin nömrəsi səhv olaraq 83 göstərilmişdir. Odur ki, X8 mənzilin nömrəsinin 83 olması, texniki səhv olaraq müqavilədə əvvəl 78 göstərilməsi, həmin mənzilin Q.Məmmədova məxsus olması ilə bağlı Cavabdeh1 MTK-nın 16.04.2019-cu il tarixli aray ışı tam əsaslı və qanuni hesab edilməlidir. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Cavabdeh2 mülkiyyətçisi olduğu mənzilin təmirini aparmış, həmin mənzildə yaşamağa başlamış və həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış alınmışdır. Lakin iddiaçının düzgün olmayan cavabdehə qarşı iddia verməsi ilə bağlı yuxarıda göstərilənləri nəzərə almamaqla yanaşı məhkəmə əsası olmadan həmin mənzilə ilkin hüquqları olmayan, orada yaşamayan və mülkiyyət hüququnu təsdiq edən çıxarışı olmayan iddiaçının xeyrinə qanunsuz qərar çıxarmışdır. Göründüyü kimi iddiaçı tərəfindən düzgün olmayan cavabdehə qarşı iddia qaldırılmışdır və həm birinci instansiya və həm apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilmədən əsaslandırılmamış, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin müddəaları, o cümlədən maddi və prosessual hüquq normaları kobud pozulmaqla qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili R.Vəliyev kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkə mə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
21. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşın alıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 28. 10.09.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bir tərəfdən “xxxx-MTK” Mənzil Tikinti Kooperativinin sədri X7 (İcraçı) digər tərəfdən X9 ilə bağlanmış müqavilə öz razılıq ərizəsinə əsasən ləğv edilərək gələcəkdə payç adlandırılacaq İddiaçı arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m, 83 saylı izolə olunmuş 3 otaqlı mənzildən ibarətdir, mənzilin dəyəri 61835 manat təşkil edir və yeni payçı İddiaçı tərəfindən əvvəlki p ayçı X6 ödənilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir, təhvil-təslim hər iki tərəfin imza ilə təsdiq etdiyi akt əsasında qanuniləşir. 29. 10.09.2010-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti, 189 A ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur, bu binanın 1-ci blok, 13-cü mərtəbə, ümumi tikinti sahəsi 141.2 kv.m olan 3 otaqlı 83 saylı mənzilin ümumi dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh1 MTK-ya borcu yoxdur.
30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli, x saylı qətnaməsindən görünür ki, X2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekt i, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 38 saylı və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 13-cü mərtəbəsində sahəsi 141.5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququ tanınmış, Cavabdeh1 MTK-nın üzərinə X2 qeyd edilən mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuşdur.
31. Ü.Əkbərli, T.Yusifli, E.Əliyev, A.Əsgərov, Cavabdeh2 və M.Babayevin iştirakı ilə tərtib olunmuş 17.07.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzildə əsaslı dəyişikliklərin və təmir işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərara əsasən icra sənədində göstərilən ünvanda olmuşlar, ünvanda təmir tikinti işləri gedirdi, təmir tikinti işlərinin aparılması evin sahibləri Cavabdeh2 və xxxx MTK-ya qadağan edildi, onlara məsuliyyətləri və hüquq və vəzifələri izah olundu.
32. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı 08.04.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A, mənzil 78 xüsusi mülkiyyət hüququ əsasında tam payçı olaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır.
33. Məhkəmə tərəfindən Cavabdeh1 MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış evinə yerində keçirilmiş baxış zamanı binanın 16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbədə, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 5763 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mən zillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur.
34. Birinci instansiya məhkəməsi 21.01.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın 13-cü mərtəbəsinə yerli baxış keçirilən zaman müəyyən etm işdir ki, binanın yaşayış sahələri 2-ci mərtəbədən başlayır, birinci mərtəbə qeyriyaşayış sahəsidir, mərtəbələrdə olan mənzillər faktiki olaraq Cavabdeh1 MTK tərəfindən nömrələnmişdir, 13-cü mərtəbəyə liftlə qalxarkən soldan 1-ci olan mənzil mübahisələndirilən 83 saylı mənzildir, 3 otaqlıdır və təmirli vəziyyətdədir, cavabdehin razılığı ilə onun qohumu olan X12 7 aydır ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, cavabdehə məxsus 78 saylı mənzil həmin mərtəbədə olmaqla mübahisələndirilən mənzillə üzbəüz hissədə yerləşir.
35. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən 83 saylı mənzilə dair “xxxxMTK” MTK və İddiaçı arasında alqısatqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmi şdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli, 2(011)6501/2016 saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə Cavabdeh2 tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
36. Məhkəmə kollegiyası Cavabdeh2 dəlillərinə münasibətdə qeyd etmişdir ki, müqavilədə 83 saylı mənzil texniki səhv olaraq 78 saylı mənzil kimi qeyd edilməsi” barədə Cavabdeh1 MTK tərəfindən verilmiş 16.04.2019-c u il tarixli arayış mübahisəli mənzilin Cavabdeh2 məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MTK-nin yaşayış binasına təbii qazın verilməsi barədə ünvanladığı məktuba “Azəriqaz” İB tərəfindən verilmiş cavaba əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 A ünvanında yerləşən 1 bloklu yaşayış evinin 13-cü mərtəbəsində, ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı, 83 nömrəli mənzilin sahibi kimi İddiaçı göstərilmişdir. Bundan başqa tərəflər də mübahisələndirmirlər ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun olaraq həmin mə rtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilmişdir. Həmçinin, mənzillərin qeyd edilən ardıcıllıqla nömrələnməsi iş materiallarının 36-cı səhifəsindəki mənzillərin mərtəbələr üzrə yerləşməsi ardıcıllığı sxemi ilə də təsdiq olunur. Belə olan halda isə kollegiya mənzillərin nömrələrinin səhv salınmasını inandırıcı hesab etməmişdir.
37. Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.