Məhkəmə qərarları › İş №2(102)-2426/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2426/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2426/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6077/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu X9 Hissəsinin 29.07.2016-cı il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən də 21.03.2016-cı il tarixdə, saat 03:35-də Kürdəmir rayonu, Cəyli kənd sakini X8 məxsus yaşayış evində yanğın hadisəsi baş vermişdir. Kürdəmir rayonu, Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23.05.2018-ci il tarixli, 153 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı məxsus evdə 21.03.2016cı il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində ev yanaraq yararsız hala düşmüşdür. Kürdəmir Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29.07.2016-cı il tarixli qərarına əsasən X5 21 mart 2016-cı il tarixdə evinin yanması hadisəsi ilə bağlı X4 aidiyyəti üzrə və zifəli şəxsləri barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kürdəmir rayonu, Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 19.08.2018-ci il tarixli, 207 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X10 ilə həqiqətən bir evdə yaşamışdır. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinni həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş 80000 manat və yaşayış evinin içərisindəki əşyalara dəymiş 40000 manatdan çox maddi ziyanın cavabdeh "xxxx" ASCdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 mart 2016-cı il tarixdə yaşadıqları iki mərtəbəli fərdi yaşayış evində gecə saatlarında onlar yatmış vəziyyət onlara məlum olmayan səbəbdən yanğın hadisəsi baş vermiş və yaşadıqları ev tamamilə yanaraq məhv olmuşdur. Yanğını görən qonşuların səsinə yuxudan oyanan oğlu Vazeh evin yanması barədə dərhal onlara məlumat verib evdə olan bütün ailə üzvlərini evdən çıxararaq dərhal yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alaraq başqa qonşu binalarına keçməsinə imkan verməsələr də, iddiaçının yaşadığı ev tamamilə yanaraq məhv ol muşdur. Evdə baş verən yanğın hadisəsinin səhəri günü məlum olmuşdur ki, kəndi qidalandıran transformatorda elektrik enerjisinin birdən-birə artması nəticəsində nasazlıq yaranmış və nəticədə stabilizator vasitəsi ilə elektrik şəbəkəsinə qoşulmuş soyuducudan baş verməsi müəyyən edilmişdir ki, buna da birbaşa X4 həmin işə bilavasitə cavabdeh olan şəxslərinin günahı üzündən baş vermişdir. Belə ki, həmin gecə elektrik enerjisinin qəflətən artması nəticəsində kənddə yaşayan bir çox sakinlərin evlərində olan elektrik avadanlıqları sıradan çıxmışdır. Evdə baş vermiş yanğının səbəblərini araşdıran Fövqəladə Hallar Nazirliyinin əməliyyat istintaq idarəsində əvvəllər yanğın hadisəsinin X4 məsul işçilərinin səhlənkarlığı nəticəsində baş verməsi qənaətinə gəlsələr də, sonrdan yanğın hadisəsinin guya e vdə elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qalan soyuducuda baş vermiş nasazlıq səbəbindən baş verməsi qənaətinə gəldilər. Buna görə də baş vermiş yanğın hadisəsi nəticəsində əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək X4 vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin həll edilməsi üçün materiallar aidiyyəti üzrə Baş prokurorluq vasitəsilə Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Kürdəmir rayon prokurorluğunda isə yanğın hadisəsinin baş verməsinə səbəb olan şəraiti tapmaq və buna cavabdeh olan vəzifəli şəxsi cəzalandırmaq və iddiaçıya dəyən maddi ziyanın ödənilməsi üçün qanuni tədbirlər görmək əvəzinə, cinayət işinin başlanılması rədd edilmişdir. Halbuki Kürdəmir rayon prokurorluğunda aparılan araş dırma zamanı şahid qismində dindirilmiş kənd sakinləri yanğın hadisəsi baş verən gecə - 21.03.2016-cı il tarixdə elektrik enerjisinin qəflətən artıb azalması nəticəsində onların da evlərində olan elektrik avadanlıqlarının yanaraq sıradan çıxmasını göstərmiş, lakin araşdırma aparan prokuror köməkçisi həmin şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Yanğın baş verən gecə digər sakinlərin də evində olan elektrik cihazlarının sıradan çıxması yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edir. Yanğın hadisəsindən sonra iki ildən artıq müddət ərzində müraciət etmədiyi dövlət orqanı qalmamışdır. lakin bu günədək müsbət nəticə əldə olunmamışdır. Yanğın nəticəsində evlə bərabər, evdə olan əşyalar da yanmışdır. Nəticədə ona külli miqdarda ziyan dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 sentyabr 2018-ci il tarixli 2(006)-5052/2018 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 27061 nömrəli rəyinə əsasən, baxış zamanı hadisə yeri yanğından sonrakı qalıqlardan təmizləndiyi üçün, eləcə də otağın daxili elektrik xətləri və otaqda gərginliyə qoşulu olan soyuducu hadisədən sonra çıxarılaraq atıldığından baş vermiş hadisənin bilavasitə texniki səbəbini tam müəyyən etmək mümkün olmadı. Bununla da baş vermiş yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin kimlər tərəfindən pozulması barədə tədqiqa t aparılmadı. Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2019-cu il tarixli, 27326 nömrəli rəyinə əsasən, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilir. Birinci instansiya məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(006)-377/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia tələbi qismən təmin edilərək, dəymiş maddi ziyana görə 60600 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yanğın mənzilin el ektrik naqillərində baş vermiş elektrik qəza (qısaqapanma və s.) hallarından baş verməsi üçün xarakterikdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən Kürdəmir rayonu Cəyli kəndində yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində həmin evin bərpası üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 60600 manat məbləğində pul vəsaiti tələb olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi evə dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək dəymiş ziyana görə 60600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin «yaşayış evinin içərisindəki əşyalara dəymiş 40.000 manatdan çox maddi ziyanın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətdən alınıb iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 10.1, 10.7, 10.17, 10.18.8-ci bəndləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edildiyi hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 11.03.2020-ci il tarixli, 2(103)-2767/2020 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyinə əsasən, Kürdəmir rayonu Cəyli kəndində yerləşən, ididaçıya məxsus olan fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 18.11.2020-ci il tarixli, 2(103)-2767/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin o lunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(006)-377/2019 nömrəli qətnaməsinin qismən, fərdi yaşayış evindəki əşyalara 21.03.2020-ci il tarixdə yanğın nəticəsində vurulmuş zərərlə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehdən fərdi yaşayış evindəki əşyalara dəymiş zərərlə bağlı 30144 manat pulun alınaraq iddiaçıya ödənilməsi, həmin tələbin qalan hissədə təmin edilməməsi, qətnamənin iddiaçının apelyasiya şikayətində qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, qətnamənin onun apelyasiya şikayətində mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ape lyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflərin izahatları, Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu X9 Hissəsinin 29.07.2016-cı il tarixli arayışı, Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29.07.2016-cı il tarixli qərarı, Kürdəmir rayonu, Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 23.05.2018-ci il tarixli, 153 saylı arayışı, şahid ifadələri ilə elektrik enerjisinin qəfildən qalxıb-azalması səbəbindən qısaqapanma nəticəsində 21 mart 2016-cı il tarixdə yanğının baş verməsi və həmin səbəbdən də iddiaçıya məxsus fərdi yaşayış evinin tam yanması, eyni zamanda, həmin evin içində olan əşyaların da yanaraq məhv olduğu (yarasız hala düşdüyü) müəyyən edilmişdir. Yuxarıda istinad olunan Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2032 nömrəli ekspert rəyindən görünür ki, 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın nəticəsində evin içərisindəki əşyalara dəymiş maddi ziyanın məbləği təxmini olaraq 30144,00 manat dəyərində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, rayon məhkəməsinin iddia tələbinin fərdi yaşayış evinə dəymiş zərərlə bağlı hissəsində ekspert rəyinə əsasən 60600 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, iddiaçının apellyasiya şikayətinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, bununla belə rayon məhkəməsi iddia tələbinin fərdi yaşayış evində olan əşyalara dəymiş zərərlə bağlı hissəsində tam və hərtərəfli araşdırma aparmad ığından düzgün olmayan nəticəyə gəlmiş, bu səbəbdən də, iddia tələbi həmin hissədə əsaslıdır və ekspert rəyinə uyğun olaraq təmin edilməli, 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində fərdi yaşayış evinin içərisindəki əşyalara dəymiş zərərə görə 30144,00 manat manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavadeh tərəf isə işin yuxarıda qeyd olunan faktiki hallarını, eləcə də, baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Cavabdeh nə apelyasiya şikayətində, nə də məhkəmə iclasındakı izahatlarında yanğın hadisəsi iddiaçıya dəymiş zərərin məbləğini mübahisələndirməmişdir. Cavabdehin etirazının yeganə dəlili baş vermiş yanğın nəticəsində onların təqsirinin sübuta yetirilməməsi ilə bağlıdır. İ ş materiallarından göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçirilməsinə isə cavabdeh məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı cavabdehin nümayəndələri izahatlarında həm də Kürdəmir Rayon Prokurorluğunun 29.07.2016-cı il tari xli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına da istinad etmişlər. Bununla bağlı məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, ümumiyyətlə, hər hansı əməldə cinayət tərkibinin olmaması mülki məsuliyyəti qətiyyən istisna etmir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin baş vermiş yanğın hadisəsində cavabdehin təqsirinin olması ilə bağlı iş üzrə gəldiyi nəticə ilə razılşaraq onu qanuni və əsaslı hesab edir. Cavabdehin təqsirli olması mülki iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin DYMX Kürdəmir rayonu X9 Hissəsinin 29.07.2016-cı il tarixli arayışı, Kürdəmir Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29.07.2016-cı il tarixli qərarı, Kürdəmir rayonu, Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfin dən 23.05.2018-ci il tarixli, 153 saylı arayışı, iddiaçı tərəfin izahatları, şahid ifadələri ilə təsdiq olunduğundan cavabdehin apelyasiya şikayətinin yeganə dəlili də əsassızdır. Odur ki, onun apelyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Nu rməmmədov- sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, İlqar Xələfov) 26.04.2021-ci il tarixli, 2(102)-2579/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin olunmaması, cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 18.11.2020-ci il tarixli, 2(103)-2767/2020 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr yanğın hadisəsinin cavabdeh təşkilatın təqsiri üzündən baş verməsi nəticəsinə gələrkən iş materiallarında olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirməmişlər. Belə ki, i şə baxan məhkəmələr yanğının mənzildə baş vermiş qısa qapanma nəticəsində olmasını qeyd etmişlər. Lakin baş vermiş qısa qapanmanın cavabdehin təqsiri ucbatından olub-olmaması müəyyən edilməmiş qalmışdır ki, bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından olubolmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı və iş üzrə dindirilmiş şahidlər yanğının ərazidə olan transfromatırın nasaz olması səbəbindən baş verməsini, bundan əvvəldə də ərazidə yerləşən evlərdə işığın tez-tez artıb azalmasını qeyd etmişlər. Cavabdeh isə bu halları inkar edərək yanğının elektrik xətlərində baş vermiş qısaqapanma nəticəsində olmasını, qısaqapanmanın isə gərginliyini artıb azalmasından deyil, iddiaçıya məxsus yaşayış ev indəki elektrik naqillərinin keyfiyyətsiz və istimar müddəti keçməsi nəticəsində qızmasından irəli gəldiyini göstərmişdir. İş materiallarında olan Kürdəmir rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 29 iyul 2016-cı il tarixli qərarından görünür ki, yanğın baş verən vaxtda həmin evdə yaşayan, yanğının bilavasitə şahidi olmuş iddiaçının oğlu Vazeh Bədəlov yanğının baş verməsinin səbəbi kimi evlərindəki daxili elektrik naqillərinin keyfiyyətsiz və nasaz olmasını, soyuducunun elektrik naqilinə daimi qoşulu olmasını göstərmişdir. Məhkəmə baş vermiş hadisə ilə bağlı eyni evdə yaşayan və eyni vaxtda hadisənin şahidi olan şəxslərin izahatları arasındakı ziddiyyətin nədən irəli gəldiyini aydınlaşdırmamış, bunun yanğın hadisəsinin səbəbinin müəyyən olunmasına əhəmi yyət kəsb etdiyini diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş yanğın hadisəsi ilə cavabdeh təşkilatın hərəkəti arasında səbəbli əlaqənin olubolmamasını müəyyən etmək üçün sübutlara tam və hərətərəfli baxmamış, bu halın müəyyən etmək üçün mütəxəssis rəyinin alınması məsələsini müzakirə etməmiş, həmçinin keçirilmiş ekspertiza qarşısında bununla bağlı sualların qoyulmadığını nəzərə almamışdır. Qeyd edilən hallar müəyyən edilmədən zərərin cavabdehin hüquqa zidd əməli nəticəsində vurulması nəticəsinə gəlməyə əsas vermir. Əgər göstərilən hal müəyyən edilərsə tələbin ev əşyalarına dəymiş ziyana bağlı hissəsi yoxlanıla bilər. Bu hissə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə idd ia tələbin qismən təmin edərkən iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etmişdir. Lakin nəzərə almamışdır həmin rəyi verərkən ekspert iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əşyaların siyahısına istinad edilərək əşyaların təxmini qiymətlərinə əsaslanmışdır. Həmin əşyaların yanğından əvvəl mövcudluğu, əgər mövcud olmuşdursa hansı vəziyyətdə olması isə qeyri müəyyən olaraq qalmışdır. İşə baxan apellyasiya məhkəməsi göstərilən hala qiymət verməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Emin Mehdiyev) 23.06.2021-ci il tarixli, 2(103)-6077/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə yanğın-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçi rilməsinə Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr tarixli, 10/3888 saylı ekspert rəyinə əsasən, 07 oktyabr 2021-ci il tarixdə keçirilmiş baxış zamanı hadisə yerinin ilkin vəziyyətdə olmadığından mütəxəssislər tərəfindən 21 mart 2016-cı il tarixində baş vermiş yanğın hadisəsinin baş vermə səbəbinin müəyyən etmək mümkün olmadığının göstərildiyindən ekspertizaya təqdim edilmiş mülki iş materiallarında da yanğının mənbəyi və səbəbini müəyyən edən məlumatların (yanğının termiki təsirinin izləri, onların bir-birinə olan nisbi xarakteri, mənbə əlamətləri, istilik ixrac edə bilən qurğuları n vəziyyəti, elektrotexniki qurğularında elektrik təbiətli qəza halları barədə məlumatların və s.) kifayət qədər olmadığından, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən X3 məxsus yaşayış evində 21 mart 2016-cı ildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin işçiləri tərəfindən normativ hüquqi aktların (yanğın təhlükəsizlik qaydalarının və s.) tələblərinin pozulubpozulmaması, pozulduğu halda isə həmin tələblərin pozulması ilə baş vermiş hadisə arasında texniki cəhətdən səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar hər hansı bir şəxsin, həmçinin "xxxx" ASCnin işçilərinin hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından məhkəmə yanğın-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsindən kənardadır Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Emin Mehdiyev) 08.12.2021-ci il tarixli, 2(103)-6077/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(006)-377/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında mübahisəyə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliklərə dair normalar tətbiq ed ilməlidir. Göründüyü kimi, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsi n təqsiri müəyyən edilməlidir. Hazırki halda zərərin baş verməsi halı müəyyən olunsa da, bunun cavabdeh "xxxx" ASCnin əməkdaşlarının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz hərəkət (hərəkətsizlik) ilə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 08 iyun 2016-cı il tarixli qərarına əsasən 21.03.2016-cı il tarixdə Kürdəmir rayonu, Çəyli kənd sakini, X8 məxsus fərdi yaşayış evində baş vermiş yanğınla əlaqədar əməldə cinayət tərkibinin olmadığını nəzərə alaraq cinayət işinin başlanılmasının rədd edilməsi, X4 vəzifəli şəxslərinin əməllərinə hüquqi qiyimət verilməsi üçün materialın ai diyyəti üzrə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, yanğının baş verməsinə səbəb fərdi yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın yaranması olmuşdur (i/v 20). Kurdəmir rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 iyul 2016-cı il tarixli qərarına əsasən X6 21 mart 2016-cı il tarixdə evinin yanması hadisəsi ilə bağlı X4 aidiyyəti üzrə vəzifəli şəxslərin barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, yanğından sonra evin elektrik sayğacında heç bir qüsur olmamış, sayğac işlək vəziyyətdə olmuşdur. Çəyli kəndində hadisə baş verən gün və əvvəlki günlərdə elektrik transformatorundan artıq gərginlikli enerj i verilməsi kənd sakinlərinin izahatlarında göstərilsə də, yanğın hadisəsinin konkret olaraq qeyd olunan səbəbdən baş verməsi faktı təsdiqini tapmamışdır. Belə ki, FHN-nin Əməliyyat və İstintaq İdarəsində aparılan araşdırma nəticəsində yanğın hadisəsinin yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın baş verməsi müəyyən edilərək toplanmış material üzrə qeyd olunan xüsusatlarla bağlı cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar ləğv edilməyərək hazırda qüvvədədir. Azərbaycan Respublikası Baş X1 ünvanladığı 16.05.2018-ci il tarixli, 04-17072 saylı məktubuna əsasən araşdırma zamanı X4 aidiyyəti üzrə vəzifəli şəxslərinin təqsirinin olması faktı müəyyən edilmədiyindən, material üzrə vəzifəli şə xslərin təqsirinin olması faktı müəyyən edilmədiyindən, material üzrə 29.07.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material tələb olunaraq Baş Prokurorluqda öyrənilmiş, qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Qərardan narazı qalacağı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)-6077/2021 saylı qərardadı ilə təkrar məhkəmə yanğın-texniki ekspertizası təyin olunmuş, ekspertizasının keçirilməsinə Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Hazirliyinin mütəxəsisləri cəlb olunmuşlar. Əldə ed ilmiş rəylə baş vermiş hadisə ilə bağlı cavabehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, həmin tarixdə qeyd olunan kənddə mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xətləri normal vəziyyətdə olmamış, elektrik enerjisinin verilməsində tez-tez problemlər və qəza olmuş, həmin tarixdə kənddə yerləşən digər evlərdə də elektrik enerjisinin verilməsində problemlər olmuş, digər qonşuların mənzillərində də elektrik avadanlıqları yanaraq xarab olmuşdur. Göründüyü kimi, yanğın evin elektrik naqillərində nasazlıq səbəbindən baş verməmiş, evə elektrik enerjisinin verilməsini təmin edən elektrik xətlərində problem olmuşdur (evə qədər). Göründüyü kimi qeyd olunan hal məhkəmə araşdırması zaman ı öz təsdiqini tapmamış, əksinə yanğın hadisəsinin yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində daxili elektrik naqillərində qısa qapanmanın baş verməsi səbəbindən olması müəyyən olunmuşdur. Bu hal həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsinin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” 08 iyun 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli 27061 nömrəli ekspert rəyi, Kurdəmir rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 iyul 2016-cı il tarixli qərarı ilə təsdiq olunur. Kollegiya şahid ifadələrinə iş üzrə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, şahidlər işığın artıb-azalması nəticəsində onların da avadanlıqlarının sıradan çıxmasını qeyd etsələr də, bununla bağlı işdə heç bir mötəbər sübut mövcud deyildir. Digər tərəfdən şahidlər iddiaçı ilə qonşuluqda yaşamaqla, sonuncunun xeyrinə ifadə vermişlər. Göründüyü kimi, iddiaçı öz evində olan elektrik avadanlıqları (konkret halda soyuducu) və elektrik xətlərinin (hansıki, qısaqapanma cavabdehin evinin naqillərində olmuşdur) düzgün istismarına görə cavabdehliyi özü daşıyır. İddiaçının evində olan elektrik naqilindəki qısaqapanma halı yaşayış evində soyuducunun şəbəkəyə qoşulu qalması nəticəsində baş vermişdir. Beləliklə iddiaçıya zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması öz təsdiqini tapmır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrindən, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin vermiş olduğu ilkin rəydən və iş ilə əlaqədar digər sübutlardan aydın olur ki, ona məxsuz olan, Kürdəmir rayonunun Cəyli kəndində yerləşən fərdi yaşayış evində 21 mart 2016-cı il tarixdə baş vermiş yanğın hadisəsi "xxxx" ASC-nin səhlənkarlığı ucbatından baş vermişdir və dəymiş olan zərərə görə "xxxx" ASC məsuliyy ət daşıdığınadan, yanğın nəticəsində ona dəymiş ümumi məbləği 120.000 manat olan maddi zərər "xxxx" ASC tərəfindən qarşılanmalıdır. Sözügedən qurum özlərinin təqsirsiz olduğunu iddia edərək məsuliyyətdən yaxa qurtarmağa çalışmaqdadır. Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi əsassız qətnamə ilə onun vurulmuş zərərin tələb edilməsi hüququ kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən şahid ifadələri və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin vermiş olduğu ilkin rəy gözardı edilmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasas iya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş halla rda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddi açı kasasiya şikayətini işdə olan sübutlara düzgün qiymət verilməməsi və şahid ifadələrinin əsassız nəzərə alınmaması ilə əsaslandırmağa çalımışdır. Kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının nəzərə alınmadığı kimi göstərmiş olduğu birinci instansiya məhkəməsində dindirilmiş şahid olmuş şəxslər yanğın hadisəsinin istintaqı aparılarkən prokurorluq orqanında da ifadə vermişlər və hadisənin baş verməsini hazırki cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə deyil, özlərinin yaşayış evlərində olan təmirin köhnə, elektrik naqillərinin də uzun illər ərzində dəyişdirilməməklə köhnə və nasaz olduğunu, hazırki cavabdehdən hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Həmin zaman hətta iddiaçının oğlu Vazeh də evlərindəki təmirin köhnə olduğunu, imkansızlıqları ilə ə laqədar təmir etdirə bilmədiklərini, evlərindəki elektrik xətlərində nasazlıq olduğunu, bunu bilə-bilə soyuducunu elektrik xəttində qoşulu saxlamalarını göstərmiş, o da hazırki cavabdehin hadisə əlaqəsinin olmadığını, şikayət və tələbinin olmadığını ifadəsində göstərmişdir. Hazırki vəziyyətdə isə eyni şəxslərin əvvəl vermiş olduqları ifadələrdən fərqli ifadə vermələri iddiaçı ilə qonçuluq münasibətində olmaları ilə əlaqədardır ki, apelyasiya kollegiyası da bu halı düzgün olaraq vurğulamaqla həmin şahid ifadələrini mötəbər sübut kimi nəzərə almamışdır. Kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də əldə edilmiş ekspert rəyi ilə iddiaçınnı evində baş vermiş yanğın hadisəsi ilə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olması müəyyən edilməmişdir. Belə olan halda da apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Əlavə olaraq o da qeyd edilməlidir ki, işə sonuncu dəfə baxmış apelyasiya kollegiyası daha əvvəl baxmış kasasiya kollegiyasının göstərişlərinə tam əməl etməklə məhkəmə araşdırmasını davam etdirmiş və yekun məhkəmə aktı qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6077/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar