Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X3, Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2427/2023 (Açar sözlər: işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmaması əsası ilə apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X3, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1371/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadından üçüncü şəxs X4 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 4%-lə, 2.055.000 manat məbləğində kredit verilmişdir.
2. Bank "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (1/2 hissə) öhdəliklərin təminatı kimi Bank "BTB” ASC-yə ipoteka kimi təqdim edilmişdir.
3. Bank "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış 09 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) öhdəliklərin təminatı kimi Bank "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Ə mlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətinə əsasən, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (1/2 hissə) Bank "BTB” ASC-nin “Premium” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətinə əsasən, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yaradıcılıq emalatxanası) Bank "xxxx" ASC-nin “Premium” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. 6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/02-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 2.600.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) likvid dəyəri 40.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 800 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X3, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyriyaşayış sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 2.052.534,99 manat əsas borc, 13.815,98 manat faiz borcu, ümumilikdə 2.066.350,97manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DENG-00009-02/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ üzrə 1/2 hissəsi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və idd iaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DENG- A00009- 02/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 oğlundan tutulması, sonrakı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin və sonr akı ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) boşaldılmasına dair qətnamə qəbul olunmasınıi xahiş edilmişdir.
8. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 nömrəli, 21 iyun 2021ci il tarixli qətnaməsi ilə (X7) iddia tələbi təmin edilmiş, Cavabdeh1 09 iyul 2019-cu il tarixli, DEN-00009-02/19A saylı kredit müqaviləsi üzrə 2.052.534,99 (iki milyon əlli iki min beş yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat əsas, 13.815,98 (on üç min səkkiz yüz on beş manat, doxsan səkkiz qəpik) manat faiz, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.066.381,37 (iki milyon altmış altı min üç yüz səksən bir manat, otuz yeddi qəpik) manat məbləği ndə pul alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (1/2 hissəsinə) yönəldilmiş, həmin əmlakın ilkin satış qiyməti 2.600.000 (iki milyon altı yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq ol duğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutulması, opoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) boşaldılması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borcl u onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 449.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3.3, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, borcun məbləğinin müəyyən edilməsi üçün ek spertiza təyin olunmasını xahiş etmişdir.
12. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/9078 nömrəli rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə əsas borcun məbləği 2.052.535 manat, xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcunun məbləği 9.797,29 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsas borcun məbləğini düzgün, faiz borcunun məbləğini isə artıq müəyyən etmişdir. Ona görə də qətnamə faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməli, faiz bocunun məbləği 9.797,29 manat müəyyən edilməlidir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 2(103)-576/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sa rıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləği 9.797,29 manat müəyyən edilmiş, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 9.797,29 manat, dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 2.062.362,68 (iki milyon altmış iki min üç yüz altmış iki tam yüzdə altmış səkkiz) manat tutulmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, kredit alandan əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 9.797,29 manat tutulmalıdır.
15. Bundan başqa apellyasiya instansiya məhkə məsi qətnamədə göstərmişdir ki, kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunmuşdur. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur.
16. Qətnamədən Cavabdeh1 (Vəkil) verdiyi kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin 2(103)-576/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə müddət ötürülməklə verildiyindən geri qaytarılmış, həmin qərardaddan isə kassasiya şikayəti verilməmi ş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.
17. Daha sonra 28 sentyabr 2022-ci il tarixdə üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (1/2 hissəsinin) ilkin satış qiymətinin 2.600.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması hissəsində ləğv edilməsinə və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini yalnız "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı əsasında müəyyən etmiş, ipoteka qoyanın həmin ilkin satış qiyməti ilə razı olub-olmamasını müəyyənləşdirməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satiş qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin əmlakın "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı əsasında müəyyən edilmiş 2.600.000 manat məbləğində olan satış qiyməti əmlakın real bazar dəyərini özündə əks etdirməyərək, aşağı qiymətə qiymətləndirilmişdir. İşə baxmış birinci instansiya məhkə məsi tərəfindən qeyd olunan halları araşdırılmamış, bununla ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.600.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması barədə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 2(103)-8785/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs X2 apellyasiya şikayəti mümkün hesab edilmiş, apellyasiya şikayəti məhkəmə baxışına təyin edilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 bildirmişdir ki, hazırki apellyasiya baxışının predmeti olan hissəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 nömrəli, 28 yanvar 20 22-ci il tarixli qətnaməsində hüquqi qiymət verilmişdir. Həmin qətnamə isə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Odur ki, apellyasiya qeyri mümkün hesab edilməklə, apellyasiya baxışına xitam verilməlidir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılarkən apellyasiya baxışının predmeti yalnız borcun məbləği ilə bağlı olmuşdur. İpoteka predmetinin qiyməti ilə bağlı məsələ isə apellyasiya baxışının predmeti olmayıb.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1371/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadı ilə (X8 (sədrlik edən və məruzəsi), Məmməd Məmmədov və Cəmilə Musayeva) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümk ünlüyü barədə 2(103)-8785/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti real bazar dəyərini özündə əks etdirməyərək, aşağı qiymətə qiymətləndirilmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 nömrəli, 28 yanva r 2022-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxsin bu dəlilinə Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılarkən artıq hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub, yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1, 366.2, 384.0.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1371/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadından üçüncü şəxs Alisa Orucova (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriıməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini icraata qəbul etdikdən sonra işə mahiyyəti üzrə baxmalı olduğu halda, həmin qərardadda göstərilən tövsiyyələri nəzərə almayaraq apellyasiya şikayətini icraata qəbul edildikdən sonra, yenidən mümkünlük məsələsinə baxmışdır. 2
7. Bundan başqa cavabdeh Elcin Orucovun apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti yalnız tutulmalı olan borcun məbləği ilə bağlı olmuşdur və ipoteka predmetinin qiyməti ilə bağlı məsələ apellyasiya baxışının predmeti olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
29. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apel lyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
30. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
31. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində üçüncü şəxs apellyasiya instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qər ardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti real bazar dəyərini özündə əks etdirməyərək, aşağı qiymətə qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)576/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxsin bu dəlilinə Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılarkən artıq hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka y önəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub, yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayətinin, apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayətini icraata qəbul edildikdən sonra yenidən mümkünlük məsələsinə baxmasının qanunsuz olması barədə dəlili əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsi apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə zi dd olaraq icraata qəbul olunduğu halda, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti verir.
41. Həmçinin məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdeh Elcin Orucovun apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmetinin yalnız tutulmalı olan borcun məbləği ilə bağlı olması və ipoteka predmetinin qiyməti ilə bağlı məsələnin apellyasiya baxışının predmeti olmaması haqqında dəlili ilə əlaqədar qeyd edir ki, göstərilən dəlilin araşdırılması apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə deyil, kassasiya instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinə əsasən işə daha əvvəl işə baxmış apellyasiya məhkəməsinin qətnaməsini ləğv edə, ya xud dəyişə bilməz. Bu səbəbdən də üçüncü şəxs Alisa Orucova Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 2(103)-576/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş olduğu halda, kassasiya şikayətində həmin dəlilli mübahisələndirə bilərdi.
42. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
43. Bu səbəbdən apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1371/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.