Məhkəmə qərarları › İş №2(102)-2429/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2429/2019

10.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2429/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, ərizəçi İddiaçı1, vəkili Vəkil, maraqlı şəxs X1 vəkili Zİnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qətnaməsindən ərizəçi İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.X.Nəsrull ayeva, iş 2-1424-/2005) ərizə təmin olunaraq, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, ÜNVAN, ev 7, 10 saylı mənzilə istifadə hüquqlarının tanınması və onların həmin evə daimi pasport qeydiyyatına alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli, 2(103)-449/2018 saylı qətnaməsi ilə (X.A.Cəmilova (sədrlik edən və məruzəçi), hakimlər İ.K.Xəlilov və İ.Ə.Kərimli) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1424-2005 saylı, 16 sentyabr 2005ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Nizami rayon Pİ-nin X16 vəzifəli şəxsin hərəkətlərindən şikayət ərizəsinin rədd edilməsi qət edilmişdir. İşin halları Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Nizami rayonu, Pİ-nin X16 “vəzifəli şəxsin hərəkət lərindən şikayət” ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ÜNVAN, ev 7, 10 saylı mənzildə 10 ildən artıqdır ki, inşa edib, qeydiyyatsız yaşayırlar, lakin ev özbaşna tikili olduğundan oraya pasport qeydiyyatına düşə bilməmişlər. MİS-nə, Cavabdeh-nin X17 mənzilə qeydiyyata düşmələri barədə müraciət etmələrinə baxmayaraq onların müraciətinə heç bir müsbət cavab verməmişlər. Onların həmin ünvandan başqa yaşamağa evləri yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Ərizəçi İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və maraqlı şəxsin ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X1 vəkili Zİ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçinin Bakı şəhəri Nizami rayon Pİ-nin X9rşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət” ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən həmin dövrdə qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq baxılmışdır. Belə ki, hazırki işə baxılarkən MPM-nin qüvvədə olmuş «Ümu mi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı)» adlanan 24-cü fəslində müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə icraat nəzərdə tutulmuşdur. İş materiallarından məlum olur ki, ərizəçilər mübahisəli mənzildə 10 ildən artıqdır ki, qeydiyyatsız yaşadıqlarına, lakin ev özbaşna tikili olduğundan oraya pasport qeydiyyatına düşə bilmədiklərinə, Cavabdeh-nin X17 mənzilə qeydiyyata düşmələri barədə müraciət etmələrinə baxmayaraq onların müraciətinə heç bir müsbət cavab verilmədiyinə istinad edərək, Cavabdeh-nin X16 vəzifəli şəxslərinin hərəkətlərindən şikayət vermiş və həmin yaşayış sahəsinə istifadə hüquqlarının tanınmas ını (qeydiyyata düşməklərini) xahiş etmişlər. Birinci instansiya məhkəməsi «Qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə və Mənzil Məcəlləsinin 54-cü maddəsinə istinad edərək ərizəni təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçilərin ərizəsi təmin edilərkən mübahisəli mənzilin özbaşına tikili olub-olmaması, onun kimə məxsus olması, həmin mənzildə kimlərin yaşadığı, mənzil üzərində kimlərin hüquqlarının mövcud olub-olmadığı məsələsi araşdırılmamış, bununla da, maddi hüquq normalarının pozulmasına yol verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Xalq Məhkəməsinin 2-785/1988 saylı, 18 oktyabr 1988-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin qətnamə ilə iddia təmin edilərək, Nizami rayon XDS-nin üzər inə qanunsuz istifadədə olan və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini geri qaytarmaq vəzifəsi qoyulmuş, mübahisəli yaşayış sahəsinin X14 məxsus olması faktının tanınması qət edilmişdir. İş materiallarından görünür ki, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 setyabr 2017-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. İş materiallarında olan 17.05.1991-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, mübahisəli mənzilə X2 (maraqlı şəxsin anası) vərəsəlik hüququ tanınmış, bundan sonra 11.12.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 30.06.2000-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmuş Bakı şəhəri, ÜNVAN, 7 saylı fərdi yaşayış evinə X10, X11, X13, X1 2, X15 və X3 hər birinin miras əmlakdan bərabər hissələrdə irs almalı olduqları qeyd edilmiş, həmin şəxslərin qeyd olunan evə mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilməlidir. Bununla bağlı X4, X5, X6, X7, X8 və X3 hər birinin payı 1/6 hissədə müəyyən edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.02.2015-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* seriyalı çıxarış verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən mübahisəli mənzilə dair hüquqları olan şəxslərin (18 okt yabr 1988-ci il tarixli qətnaməyə əsasən mübahisəli mənzilin məxsusluğu faktı tanınmış hüquq sahibinin vərəsələrinin) dairəsi müəyyən edilib onların iştirakı təmin edilməmiş, nəticədə onların hüquqlarının pozulması ilə ərizənin təmin edilməsinə dair qanuna zidd və əsassız qətnamə qəbul edilmişdir. İddianın mahiyyətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda mübahisəli mənzilə maraqlı şəxslərin (apelyantların) pay hüquqlarının qeydə alınması qüvvədə olan məhkəmə qətnaməsinə əsaslandığından, həmin qətnamə qüvvədə olduğundan, həmçinin maraqlı şəxslərin müvafiq daşınmaz əmlaka mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, ərizəçilərin həmin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması (qeydiyyata alınmaları) barədə ərizəsinin təmin edilməsi qeyri- mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əs asən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. -215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ərizəçilərin ərizəsinin təmin olunması maraqlı şəxslərin, yəni mübahisəli əmlakın paylı mülkiyyətçilərinin qanunla qorunan mülkiyyət hüququna müdaxilə və onların bu hüquqlarının pozulması ilə nəticələnə bildiyi üçün qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı1 kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar