Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-243/2018 11.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 11 yanvar2018-ciil İş№ 2(102)-243/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1414/2017 saylı 29 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.Ə.Mis irzadə, iş № 2(011)-9949/2016)iddia qismən təmin edilərək 3171,72 manat məbləğində əsas borc, 1828,69 manat məbləğində faiz borcu, 75 manat məbləğində cərimə borcu, nümayəndəyə çəkilən xərcin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti, cəmi 5125,41 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, X1 və Cavabdeh3dən müştərək qaydada alınaraq BOKT "xxxx" MMC-yə ödənilməsi, 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, X1 və Cavabdeh3dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov, iş № 2(103)1414/2017) cavabdeh X2nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı ş əhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9949/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləği 743,13 manat (yeddi yüz qırx üç manat, on üç qəpik) müəyyən edilmiş, cavabdeh X3ə münasibətdə qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçı BOKT "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən iddiaçı BOKT "xxxx" MMC kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3ə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikay ətinin dəlilləri: İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 və vəkili X4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsi işüzrəəhəmiyyətlihallaraqiymətverməmiş, işin hallarını obyektiv araşdırmamış, iddiaçının MPM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün şərait yaratmamış, qətnaməni iddiaçı tərəfin iştirakı olmadan qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat v erilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, aylıq 3% dərəcəsilə 4000 manat məbləğində kredit verilmiş və kreditin aylıq ödəniş cədvəli üzrə ödənilməsi, verilmiş kredit məbləğinə 1235,06 məbləğində faizin hesablanması razılaşdırılmışdır. Həmçinin iddiaçı BOKT "xxxx" MMC ilə cavabdehlər X4 və Cavabdeh3 arasında 28.08.2013-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 kredit və faiz borcunun qaytarılmasına dair öhdəliyini razılaşdırılmış qaydada və müddətlərdə yerinə yetirməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 02.10.2014-cü il tarixli arayışdan müəyyən olunur ki, cavabdehin kredit öhdəliyi üzrə 3171,72 manat əsas borcu, 1828,69 manat faiz borcu və 755,77 manat cərimə borcu, cəmi 5756,18 manat məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2017-ci il tarixli rəyindən görünür ki Cavabdeh1 28.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 02.10.2014-cü il tarixə banka olan borcu 4563,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3475,69 manat, faiz borcu üzrə 743,13 manat manat; cərimə borcu üzrə 344,56 manat. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən b orclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxi l olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). Məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı təşkilata olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə yuxarıda göstər ilən qaydada borcları yaranmışdır. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, iddiaçının məhkəmə iclasları barədə məlumatı olmuşdur, lakin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq bir dəfə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Mərkəzin 05 iyul 2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 28.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə 02.10.2014-cü il tarixə banka olan borcu 4563,38 manat məbləğində müəyyən edilmiş, o cümlədən: əsas borc üzrə 3475,69 manat, faiz borcu üzrə 743,13 manat; cərimə borcu üzrə 344,56 manat məbləğində m üəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də, faiz borcunun məbləğini həmin rəyə əsasən 743,13 manat həddə müəyyən etmişdir. İş üzrə təkrar ekspertiza keçirilməsi üçün əsaslar isə iş üzrə müəyyən edilməmişdir, bunun zəruriliyi ilə əlaqədar sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas o la bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı BOKT "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1414/2017 saylı 29 avqust 2017-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-243/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-243/2018
11.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver