Məhkəmə qərarları › İş №2(102)-243/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-243/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-243/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa Rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin 2(077)-96/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 05 fevral 2018-ci ildən 01 fevral 2019-cu ilədək artıq aldığı 17 146.38 (on yeddi min yüz qırx altı manat otuz səkkiz qəpik) manatın tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim A.M.H əsənov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Şuşa Rayon Məhkəməsinin 2(077)-96/2019 saylı, 05 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa rayon Şöbəsi Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq Cavabdeh 05 fevral 2018-ci ildən 01 fevral 2019-cu ilədək artıq aldığı 17146.58 (on yeddi min yüz qırx altı manat otuz səkkiz qəpik) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İİ qrup ümumi səbəbdən əlilliklə əlaqədar təqdim etmiş olduğu müvafiq sənədlərə əsasən 08 fevral 2018-ci il tarixdən 1446.08 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş əlillik sənədlərinin yenidən düzgünlüyünün yoxlanılması tədbirləri ilə əlaqədar C avabdeh İİ qrup ümumi səbəbdən əlilliyi etibarsız sayılmışdır. Buna görə də Cavabdeh ona 01 fevral 2019cu il tarixədək ödənilmiş göstərilən məbləğdə pulu geri qaytarmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa Rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, elektron əlillik alt sistemindən çıxarışla yanaşı Cavabdeh təyin edilmiş əlilliyin etibarsız hesab olunması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunsa da apellyasiya instansiyası məhkəməsi həmin sübutlara qiymət verməmiş, əsassız olaraq qətnamədə Cavabdeh İİ qrup əlillik təyin olunması ilə bağlı sənədlərin etibarsız hesab olunmasının təsdiq olunmadığını göstərmiş və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 14 avqust 2019-cu il tarixli 2(105)-2611/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 14 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmam asını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 05 fevral 2018-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən epilepsiya diaqnozu üzrə İİ qrup əlil hesab olunmuş və ona 1446.08 manat məbləğində əmək pensiyası təyin edilmiş dir. Hazırda iddiaçı əlilliyin etibarsız hesab olunduğunu və ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb edir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh əlilliyinin etibarsız hesab olunması yalnız tibbi-sosial ekspert komissiyasının müvafiq qərarı ilə mümkündür və bu halda ona ödənilən əmək pensiyası dayandırıla və ya artıq ödənilən məbləğ geri tələb oluna bilər. Hazırki halda isə Cavabdeh əlilliyinin etibarsız hesab olunması heç bir dəlillə sübut olunmur. Başqa sözlə, iddiaçı mübahisəyə dair məhkəməyə iddianı təsdiq edən hər hansı bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, Cavabdeh əlilliyinin nə vaxt və hansı qərar əsasında etib arsız hesab olunması sübut edilə bilinməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırki qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. AR Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyə n edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən xidmət müəyyən edir. “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci m addəsinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğ un olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa Rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil oğlu şikayəti onunla əsaslandırmışdır ki, elektron əlillik alt sistemindən çıxarışla yanaşı Cavabdeh təyin edilmiş əlilliyin etibarsız hesab olunması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunsa da apellyasiya instansiyası məhkəməsi həmin sübutlara qiymət verməmiş, əsassız olaraq qətnamədə Cavabdeh İİ qrup əlillik təyin olunması ilə bağlı sənədlərin etibarsız hesab olunmasının təsdiq olunmadığını göstərmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və sübutlarına düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh əlilliyinin etibarsız hesab olunması heç bir dəlillə sübut olunmur və iddiaçı mübahisəyə dair məhkəməyə iddianı təsdiq edən hər hansı bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üz rə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmi n olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şuşa Rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar