Məhkəmə qərarları › İş №2(102)-243/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-243/2022

26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-243/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3652/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Ne ft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 1(002)-85/2018 saylı hökmünə əsasən, Cavabdeh 2018-ci ilin 14-30 iyun tarixləri arasında bir neçə şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Hacıqabul X6 sahəsinin Səngəçal Baş X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini torpaq və betondan təmizləmiş, xüsusi kəsici aparatla kəsmiş, kəsilmiş qaz borularını aparmış, beləliklə, özgənin əmlakını gizli yolla talamış, zərərçəkmiş şəxs Azərbayca n Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi qeyd olunanlara əsaslanaraq aşağıdakı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməli nəticəsind ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə vurulmuş maddi ziyana görə 3.647.000 (üç milyon altı yüz qırx yeddi min) manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən Qaz İxrac İdarəsinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X8 arası qaz kəmərinin 8 km-lik hissəsinin oğurlanması faktına görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin baş müstəntiqi, polis mayoru Səbuhi İsmayılov tərəfindən 17 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Cavabdeh 02.10.2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs, 04.10.2018-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilsə də 21.01.2019-cu il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 1(002)-85/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 02.10.2018-ci il tarixdən hesablanmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cava bdeh məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X1 və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 14.06.2018-ci il tarixdən 30.06.2018-ci il tarixədək gecə saatlarında vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Hacıqabul X6 sahəsinin Səngəçal Baş X3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil və Ümid qəsəbələrindən keçən istifadəyə yararsız vəziyyətdə yerüstü qaz boru xəttini sürücüsünün şəxsiyyəti istintaqa məlum olmayan traktorla torpaqdan və betondan təmizləmiş, Bəxtiyar Bəxtiyarlı ilə birlikdə qaz boru xəttinin 1 meri 5.5 manat təşkil edən 7700 metr hissəsinin xüsusi kəsici qaynaq aparatı ilə kəsmiş, kəsilmiş qaz borularını şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan qaldırıcı kranla qaldırıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi, dövlət nömrə nişanı və markası istintaqa məlum olmayan yük avtomaşınına qoyub naməlum istiqamətdə aparıb gizli yolla talamaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ümumilikdə 42350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin birinci cildinin 43-cü vərəqəsində müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş arayışda göstərilmişdir ki, Hacıqabul MQKS-nin balansında olan 720 mm-lik, 22 km-lik Səngəçal Baş Qurğuları X8 arası qaz kəmərinin 8 km-lik hissəsinin yeni borularla əvəz edilməsinin hesablanmış dəyəri ******* (üç milyon altı yüz qı rx yeddi min) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş 24.11.2015-ci il tarixli SOCAR/15/-1000/01/SM-07000197 nömrəli sərəncamdan görünür ki, “Azneft” X2 Nərimanov adına NQÇİ-nin balansında olan uzunluğu 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X8 arası qaz kəməri əvəzsiz olaraq Qaz İxrac İdarəsinin Hacıqabul MQKS-nin balansına verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar 25.11.2015-ci il tarixli, SOCAR/15-1100/01ink-05-000319 və 26.11.2015-ci il tarixli, SOCAR/15-2200/09-03-000359 nömrəli əmrlər verilmişdir. Bundan sonra həm “Azneft” İstehsalat Birliyində, həm də Qaz İxrac İdarəsində yaradılmış komissiyalar tərəfindən qeyd edilən boru kəməri təhvil-təslim edilmiş və bu barədə akt tərtib edilmişdir. Təhviltəslim aktını isə 29 nəfər vəzifəli şəxs öz im zası ilə təsdiq etmişdir. Təhvil-təslim aktından görünür ki, Səngəçal Baş Qurğuları – X8 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, köhnəlmə dəyəri 390629.72 manat, qalıq dəyəri isə 322519.67 manat olmuşdur. Qaz İxrac İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mm-lik, Səngəçal Baş Qurğuları – X8 arası qaz kəmərinin balans dəyəri 713149.39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602.29 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin 01.01.2018-ci il tarixə qalıq dəyəri 90797.33 manat, 02.07.2018-ci il tarixə isə 87089.78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, hal-hazırda istifadəsinə zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən b oru kəmərinin bərpa edilməsinə ******* (üç milyon altı yüz qırx yeddi min) manat vəsait tələb olunur.

5. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 28 oktyabr 2020-ci il tarixli, 2(010)-2286/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyindən fərqli olaraq müvafiq qaz kəməri cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21.06.2019-cu il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, qaz kəmərinin keçdiyi ərazinin torpaq örtüyünün qabarma xüsusiyyəti, korroziya aktivliyi müəyyən edilmədiyinə, borunun mühafizə örtüyünün, xarici səthinin, izolyasiyasının və kipliyinin vəziyyəti yoxlanılmadığına və istifadəsiz qaz xəttinin istismara saz vəziyyətdə saxlanılması üçün texniki xidmət (qulluq) aparılmadığına və “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın və “X6nin istismarında texniki təhlükəsizlik qaydaları”nın tələblərinə riayət olunmadığına görə qeyd olunan şəraitdə polad materialdan olan qaz kəmərinin qazın nəqli üçün yararlı vəziyyətdə qalması baxımından qeyrimümkündür. Göründüyü kimi mübahisəli qaz xətti cinayət hadisəsindən əvvəl işlək vəziyyətdə olmamışdır. Yəni iddiaçı təşkilat müvafiq qaz xəttini istismara hazır vəziyyətdə saxlamamış, bunun üçün qanunla müəyyən edilən tədbir və t exniki təhlükəsizlik qaydalarına riayət etməmiş, lazımi xidmət göstərməmiş nəticədə istifadə edilməyən qaz xətti tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh isə istifadəyə yararsız və işlək vəziyyətdə olmayan bu qaz xəttinin borularını kəsmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehdən həmin boruların dəyərini deyil, qaz xəttinin yenidən bərpa edilməsi xərcini tələb edir. Bu vəziyyətdə məhkəmə hesab etmişdir ki, iddiaçı təşkilat tərəfindən lazımi qaydada saxlanılmadığına görə istismara yararsız hala düşmüş qaz xəttinə məxsus qaz borularını kəsdiyinə görə Cavabdeh bu qaz xəttinin bərpası xərclərinin tələb edilməsi yolverilməzdir və istənilən bu cür tələb əsassızdır. Çünki qaz xəttini işlək vəziyyətdə saxlamayan, onu istismara yararsız hala salan cavabdeh deyil, iddiaçı təşkilatdır. Cavabdeh yal nız bu yararsız xəttə məxsus boruları kəsmişdir. Belə olan halda ondan yalnız bu boruların dəyəri tələb edilə bilər. Bu mənada hazırkı tələb tam əsassızdır. Hökmlə Cavabdeh iddiaçıya 42350 manat məbləğində zərər vurduğu göstərilsə də, hazırda iddiaçının tələb etdiyi məbləğ bununla bağlı deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və R.Həsənov) 21 may 2021-ci il tarixli, 2(103)-3652/21 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş, vurulmuş maddi zərərin əvəzi olaraq 42.350 (qırx iki min üç yüz əlli) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 15 (on beş) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş İdarəyə ümumilikdə 42.350 manat məbləğində xeyli miqdarda maddi ziyan dəymişdir. İddiaçı idarə, iddia ərizəsində cinayət əməli nəticəsində vurulmuş maddi ziyanı tələb edir. İddiaçının tələb etdiyi 3.647.000 manat, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş maddi ziyanı, həm də boru kəmərinin bərpası üçün çəkiləcək xərcləri ehtiva edir. Məhkəmə qeyd etmişdir ki, boru kəmərinin talanması nəticəsində iddiaçı İdarənin həmin boru kəmərindən məhrum olması nəticəsində vurulmuş ziyan tutulmalıdır. Yuxarıda qeyd olunan hökmdən görünür ki, talanmış boru xəttinin uzunluğu 7.700 metr təşkil edir və 1 metri 5.50 manatdır. Cavabdeh boru xəttini talamaqla iddiaçı İdarəyə 42.350 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, 42.350 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı idarəyə ödənilməlidir, digər hissədə isə iddia rədd edilməlidir. Çünki iddia tam həcmdə təmin edilərsə onda, Mülki Məcəllənin 1115-ci maddəsinin tələbi pozulmuş olar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, “Qaz İxrac” İdarəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 22 km, diametri 700 mm-lik, “Səngəçal Baş X4 arası qaz kəmərinin balans dəyəri 3149,39 manat, həmçinin oğurlanmış 7700 metrin balans dəyəri 249602,2 9 manat olmuşdur. Qeyd edilən boru kəmərinin oğurlanmış 7700 metrinin 01.01.2018-ci il tarixə qalıq dəyəri 90797,33 manat, 02.07.2018-ci il tarixə isə 87089,78 manat olmuşdur. Nəzərə alınsa ki, qeyd edilən boru kəməri işlək vəziyyətdə olmuş, hal-hazırda istifadəsində zərurət yaranmış və bu səbəbdən də bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən boru kəmərinin bərpa edilməsinə ******* manat vəsait tələb olunur. Bu faktı cinayət işinin materiallarında olan müvafiq arayış təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əml akının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı iş üzrə maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh oğurluq cinayəti törədərək iddiaçıya məxsus olan qaz boru xəttinin 7.700 metr hissəsini kəsərək talamışdır.

27. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 17-18).

28. Həmin normalara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və tə qsir.

29. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin iddiaçıya qarşı talama cinayəti törətməsi faktı təsdiqləndiyi üçün mülki hüquq pozuntusunun (deliktin) yuxarıda qeyd edilən şərtlərinin hazırkı işdə məhkəmələr tərəfindən aşkar edilməsi mübahisə olunmur (§ 21). Belə ki, cavabdeh ondan həmin normalar əsasında pulun tutulması haqqında apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir.

30. Kassasiya şikayətini iddiaçı verərək cavabdehin əməli nəticəsində ona dəyən əmlak zərərinin tam ödənilməsinə dair qətnamə çıxarılmadığını bildirir.

31. Kollegiya kassasiya şikayətini əsaslı sayır ona görə ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 15, 18).

32. Zərərin anlayışı isə Mülki Məcəllənin 21.2-ci maddəsində belə açıqlanmışdır: “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

33. İddiaçı qaz boru xəttinin 7.700 metr hissəsinin kəsilərək oğurlanması nəticəsində dəyən zərərin aradan qaldırılması üçün 3.647.000 manat pul vəsaitinin lazım olduğunu bildirərək həmin məbləğdə maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

34. Apellyasiya məhkəməsi isə cinayət işi üzrə Cavabdeh elan olunmuş ittihamda göstərilən 42.350 manat zərər məbləğini əsas götürərək iddianı həmin həcmdə təmin, qalan hissədə rədd etmişdir.

35. Halbuki, cavabdehin törətdiyi delikt nəticəsində iddiaçıya dəyən maddi zərərin həcminə oğurlanmış boruların 42.350 manat dəyərindən əlavə, həmin boruların alınaraq kəmərin yerləşdiyi yerə daşınması, saxlanması, quraşdırılması, lazımi şəkildə izolyasiyası və s. daxil olmaqla kəmərin sözügedən 7.700 metr hissəsinin əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan bütün xərclər daxildir. Çünki, qeyd edilən işlər görülmədən (yalnız 42.350 manatlıq borcunun alınması ilə) ilkin vəziyyətin bərpası mümkün deyil. Ona görə də kəsilmiş hissənin bərpası üçün tələb olunan bütün xərclərin məcmusu iddiaçının zərərini təşkil edir.

36. Kollegiya onu da nəzərə alır ki, iddiaçı, qaz xəttinin oğurlanmış hissələrinin bərpa olunduğunu və istifadəyə verildiyini bildirərək bunun üçün çəkilən x ərclərə dair sənədlər təqdim etmişdir.

37. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin işlərin görülməsi üçün boruların alınmasından əlavə, kəsilmiş hissənin bərpası üçün çəkilmiş xərclərin həcmini araşdırmamış, bu çərçivədə iddiaçının təqdim etdiyi həmin məlumat və sənədlərə lazımi hüquqi qiymət verməmişdir.

38. Bu hal ona dəlalət edir ki, apellyasiya məhkəməsi iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi (və ya çəkməli olduğu) bütün xərcləri, yəni zərərin tam həcmini nəzərə almamaqla, Mülki Məcəllənin 21.2-ci və 1097.1-ci maddələrini düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 19, 22). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

39. Kollegiya yuxarıda göstərilənləri, habelə tələbin bölünməz olduğunu nəzərə alaraq hesab edir ki, qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3652/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar