Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2433/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4090/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Binəqədi rayonu Etibar Babayev küçəsi 18 saylı evin 122 saylı mənzili “xxxx” MTK ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsusdur. Həmin mənzildən yuxarıda yerləşən və ümumi sahəsi 207 kv metr olan mansard tipli sahə isə “xxxx” MTK ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş maddi ziyana görə 8500 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı bildirmişdir ki, mənzilinin üst qatında yerləşən mansard tipli sahədən onun mənzilin ə 2016-cı ilin sentyabr ayında cavabdeh tərəfindən dəfələrlə su axıdılmışdır. O, həmin binanın rəhbərliyinə və sahə müvəkkilinə bu barədə dəfələrlə məlumat vermiş, tədbir görülməsini xahiş etmiş, onlar onun mənzilinə baxaraq baş vermiş su axma faktının yerində şahidi olmuş, bu barədə mənzilə dəyən ziyan barədə akt tərtib edilmişdir. Bir müddət mənzilinə dəyən ziyanın cavabdeh tərəfindən ödəniləcəyini gözləmiş, daha sonra cavabdehin ailə üzvlərindən biri vəfat etdiyi üçün o, vaxtında məhkəməyə müraciət etməmişdir. Daha sonra məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-700/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, ona məxsus Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilinə 9, 10, xx xx xxxxx 2016-cı il tarixlərdə suyun axması zamanı həmin sahə Cavabdeh məxsus olmuş, sonradan başqa şəxsə satılmışdır. Su axıdılması nəticəsində onun mənzilinin təmiri sıradan çıxmış, ona 8500 manat maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdehin mənzilində faktiki olaraq heç kim yaşamayıb. Lakin cavabdeh mənzilini təmir etdirirdi və suyu axıdan da evi təmir edən ustalar olmuşdur. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, o, xx xxxxxx 2007-ci ildə “xxxx” MTK tərəfindən inşa edilmiş, ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli binanın mansarda mərtəbəsindəki 207 kvadrat metrlik qeyri-yaşayış sahəsini almışdır. Sonradan həmin qeyri-yaşayış sahəsi ona lazım olmadığından kooperativin sədri Şahid həmin sahəni satmağı və ya geri qaytararaq pulunu qaytarma ğı təklif etmişdir. Bir neçə il keçəndən sonra Şahid həmin qeyri-yaşayış sahəsini və onun altında yerləşən 93,7 kv metr sahəsi olan mənzili 215000 manata almağa razılaşmışdır. xx xxxx 2014-cü il tarixdə Şahid ona 50000 ABŞ dolları vermiş, qalan 165000 ABŞ dollarını hissə-hissə olmaqla 3 ay müddətinə, xx xxxxxxx 2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. MTK ona qalıq pulu ödəyə bilmədiyi üçün “xxxx” MTK tərəfindən Xırdalan şəhəri, Quşçuluq Y/M, 7 saylı məktəblə üzbəüz ünvanda inşa olunan yaşayış binasının 200 kv metrlik qeyri-yaşayış sahəsi ona verilmiş, həmçinin qalan 55000 manat pulun qarşılığında “xxxx” MTK tərəfindən həmin ünvanda yerləşən binanın “A 1” blokunun 1-ci mərtəbəsində sahəsi 90,6 kv metr olan 2 otaqlı 5 saylı mənzil verilmişdir. ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli binada yerləşən 93,7 kv metr sahəsi olan mənzildən və 207 kv metr sahəsi olan mansarddan onun tərəfindən heç bir vaxt istifadə edilməmiş, həmin sahələrdə təmir işləri aparılmamış və hər iki sahə təmirsiz vəziyyətdə olmuşdur. Yəni o, faktiki olaraq həmin sahələri 2014-cü ilin iyul ayında kooperativin rəhbərliyinə təhvil vermiş, iddiaçının mənzilinə su axan tarixlərdə mənzil və mansard sahəsi onun sahibliyində və istifadəsində olmamışdır. Ona görə də o, hər hansı bir mülki hüquq məsuliyyəti daşımır və onun tərəfindən iddiaçıya zərər vurulmamışdır. Üçüncü şəxs “xxxx” MTK-nın sədri Şahid da iddiaya etiraz edərək bildimişdir ki, iddiaçının mənzilinə həmin mənzildən yuxarıda yerləşən və Cavabdeh məxsus olmuş ümumi sahəsi 207 kv metr olan mansard sahəsindən su axıdılmışdır. Lakin Cavabdeh xx.x x.2016-cı il tarixdə həmin sahəni satmaq məqsədi ilə könüllü olaraq kooperativə müraciət etmiş və bundan sonra həmin sahə xx.xx.2016-cı il tarixdə X1 tərəfindən satın alınmışdır. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 648 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsi 18 saylı evin 122 saylı mənzilinə üst mərtəbəsindən (mansarda) suyun sızması müəyyən edilir. Lakin rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, suyun sızmasının mənbəyini və texniki səbəblərini müəyyən etmək mümkün olmamışdır. Su sızmanın müxtəlif, o cümlədən boru xəttində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, hamam və ayaqyolu otaqlarının döşəmələrinin izolyasiya qatının keyfiyyətsiz olmasından, mənzillərin sanitar-texniki qovşaqları üzrə hər hansı dəyişiklikərin və təmir işlərinin keyfiyyətsiz aparılmasından və sair səbəblərdən ola bilər. Su sızma nəticəsində Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq 8567 manat məbləğində müəyyən edilir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018ci il tari xli 19081 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilinə suyun, üst mərtəbədə yerləşən, sonradan üç hissəyə bölünmüş və 9, 10, xx xxxxxxx 2016-cı il tarixlərdə Cavabdeh məxsus olmuş mansarda yaşayış sahəsindəki 133 saylı mənzildən susızması müəyyən edilir. Lakin 133 saylı mənzilə baxış keçirilən zaman, mənzilin müvafiq kommunikasiya xətlərinin (su, kanalizasiya boru xətləri) üzərində gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə olunmadığından, eləcə də, mənzilin mətbəxinin və sanitariya qovşağının təmirli vəziyyətdə oluduğundan, iddiaçının mənzilinə suyun sızmasının konkret olaraq hansı texniki səbəbdən baş verməsini müəyyən etmək mümkün deyildir. Mənzillərdə suyun sızması müxtəli f səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, hamam və ayaqyolu otaqlarının döşəmələrinin izolyasiya qatının keyfiyyətsiz olmasından, mənzillərin sanitartexniki qovşaqlarında təmir işlərinin keyfiyyətsiz aparılmasından yarana bilər. Suyun sızması nəticəsində Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçüngörülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olar aq 8567,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) xx xxxxxx 2020-ci il tarixli 2(001)-189/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin 152.5, 152.6, 152.7, 157.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, MPM-in 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxışova) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda zərərin yaşayış sahəsinə su sızma nəticəsində dəydiyi iddia edildiyinə görə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən m üəyyən edilir. Məhkəmə müəyyən etmişdir ki, hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə ondan üst mərtəbədə yerləşən mansarda mərtəbəsindəki sahədən su axıdılmış və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Su sızması baş verdiyi tarixlərdə isə həmin sahə cavabdehə məxsus olmuşdur. Belə ki, cavabdehin adından olan xx xxxxxxx 2016-cı il tarixli ərizədə göstərilmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi 3024-cü məhəllə ünvanında “xxxx” MTK-ya məxsus kooperativ yaşayış binasında mülkiyyətində olan binanın mansarda hissəsində yerləşən 207 kvadrat metrlik qeyri-yaşayış sahəsinin həmin MTK-nın sədri Şahid adına rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclas ında üçüncü şəxs “xxxx” MTK-nın sədri Şahid bildirdi ki, həqiqətən cavabdehin bildirdiyi kimi onlar arasındakı razılaşma xx xxxx 2014-cü il tarixdə əldə olunmuş və həm iki otaqlı mənzil, həm də mansarda mərtəbəsinin MTK tərəfindən əldə olunması razılaşdırılmış, həmin vaxt mənzilə görə 50000 ABŞ dolları ödənilmiş, lakin mansarda mərtəbəsi üçün pul vəsaiti olmadığına görə onun dəyərini ödəmək mümkün olmamışdır. Bundan sonra cavabdehə məxsus mansarda mərtəbəsi üçün müştəri axtarılmış, bu müddət ərzində həmin sahə cavabdehin sahibliyində olmuş və yalnız xx xxxxxxx 2016-cı il tarixdə cavabdeh həmin sahəyə görə razılaşdırılmış məbləği almış və imtina ərizəsini vermişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə iddiaçıy a vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehə aiddir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası rəylərinə əsasən isə iddiaçıya dəymiş zərərin məbləğinin 8567 manat olması müəyyən edilmiş və hazırda iddiaçı cavabdehdən 8500 manat zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, zərərin məbləği yalnız iddia tələbi həcmində təmin edilməlidir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilənlərə əsasən təsdiq olunur ki, iddiaçıya məxsus mənzilə su sızan və bunun nəticəsində zərər dəyən tarixlərdə həmin mənzildən yuxarıda yerləşən mansarda sahəsi cavabdehə məxsus olmuş və yalnız xx.xx.2016-cı il tarixdə cavabdeh həmin sahəni MTK-ya təhvil vermiş və xx.xx.2016-cı il tarixdə X1 tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Məcəlləsi: Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2 Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tə rəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat ç ərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4090/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.