Məhkəmə qərarları › İş №2(102)-2433/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2433/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2433/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10903/2021 nömrəli, 01.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17.05.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Tərəflər arasında 15.06.2019-cu il tarixdə “iPhone X” markalı telefonun nisyə alqı-satqısı barədə XXXX saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2224 manat, ilkin ödəniş 100 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 177 manat müəyyən edilmişdir.

2. Tərəflər arasında 15.11.2019-cu il tarixdə “iPhone 11 Pro Max” markalı telefonun nisyə alqı-satqısı barədə XXX saylı nisyə müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 4590 manat, ilkin ödəniş 0 manat, ödəniş müdəti 18 ay olmaqla, aylıq ödəniş 255 manat müəyyən edilmişdir.

3. Tərəflər arasında 19.11.2019-cu il tarixdə “iPhone 11 Pro Max” markalı telefonun nisyə alqı-sat qısı barədə XXX saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 4599 manat, ilkin ödəniş 729 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 215 manat müəyyən edilmişdir

4. Müqavilə tərəfi nisyə aldığı malların dəyərini müqavilədə göstərilənmüddət ərzində ödəmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 15.06.2019-cu il tarixli müqaviləyə əsasən 1239 manat əsas, 371 manat dəbbə pulunun, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 4590 manat əsas, 1147 manat dəbbə pulunun, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 3870 manat əsas, 967 manat dəbbə pulunun, cəmi 12184 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia əriz əsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 3 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “iPhone X” markalı telefon üçün qalıq borcu 1239 manat, dəbbə pulu 371 manat, ikinci müqavilə üzrə “iPhone 11 Pro Max” markalı telefon üçün qalıq borcu 4590 manat və dəbbə pulu 1147 manat, “iPhone 11 Pro Max” markalı telefon üçün qalıq borcu 3870 manat və dəbbə pulu 967 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1714 manat təşkil edir

7. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) 2(011)-3564/2021 saylı 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təm in edilmiş, 15.06.2019-cu tarixli müqaviləyə əsasən 1239 manat əsas, 40 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 4590 manat əsas, 100 manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 3870 manat əsas, 90 manat dəbbə pulu olmaqla, cəmi 9929 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında 3 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhd əliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də idd iaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 462, 467, 576, 601-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3564/2021 saylı 22.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin təmin edilməməklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, məhkəmə iclasında ifadə verərək bildirmiş ki, həmin müqa vilələr üzrə telefonları XXX adlı bir xanıma vermiş. XXX xanım ona bildirmişdir ki, həmin müqavilələr üzrə pulları o ödəyəcəkdir, lakin onun etibarından sui-istifadə edərək pulları ödəməmişdir və Azərbaycanı tərk etmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq XXX xanım tərəfindən öz öhdəliklərinə əməl edilməmişdir. Məhkəmə bu halları araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir. Xətai rayon məhkəməsi tərəfindən işə baxılarkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmadığına g örə qətnamə ləğv edilməlidir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 2(103)-10903/2021 saylı 01.12.2021-ci il tarixli apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Xətai Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-3564/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə öz mövqeyini əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, tərəflə r arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 385, 442, 462, 467, MPM-nin 14, 77, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10903/2021 saylı 01.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh (vəkil X1) kassasiya şik ayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəmə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, həmin müqavilələr üzrə telefonları XXX adlı bir xanıma vermiş. XXX xanım ona bildirmişdir ki, həmin müqavilələr üzrə pulları o ödəyəcəkdir, lakin onun etibarından sui-istifadə edərək pulları ödəməmişdir və Azərbaycanı tərk etmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq XXX xanım tərəfindən öz öhdəliklərinə əməl edilməmişdir. Məhkəmə bu halları araşdırmamışdır, məhkəmə onlara lazımi hüquqi qiymət verməmişdir. Xətai rayon məhkəməsi tərəfindən işə baxarkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisənin maddi-hüquqi əsas ı düzgün müəyyən edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

19. Kassator öz mövqeyini əsaslandırarkən MM-nin 385, 425, 568, 576, MPM-nin 14, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Mülki Məcəlləsi

21. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanıalıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır.

31. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassator kassasiya şikayətində q ətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir.

36. Kassatorun yeganə dəlili ondan ibarətdir ki, telefonları satın aldıqdan sonra onları Nailə adlı qadına vermiş və sonuncu onların dəyərini özü ödəyəcəyini vəd etmiş, bunu məhkəmədə bildirsə də məhkəmələr bu halları araşdıraraq qiymət verməmişlər. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi bağlandıqdan və mallar alındıqdan sonra cavabdehin aldığı malları d igər şəxsə verməsi, və yaxud digər şəxslə hər-hansı razılığa gəlməsi öhdəliyin həmin şəxsə keçməsi hesab oluna bilməz. Öhdəliklər ancaq müqavilə tərəfinin, yəni kreditorun razılığı ilə digər şəxsə keçə bilər. Əks təqdirdə müqavilə tərəfi öhdəlikləri yerinə yetirmək vəzifəsi daşıyır.

37. Ona görə cavabdehin malları iddiaçıdan aldıqdan sonra Nailə adlı qadınla hansısa razılığa gəlməsi halının araşdırılması hazırkı tələbin təmin olunmasının qarşısını almır və belə araşdırmaya zərurət olmamışdır.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

40. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10903/2021 nömrəli, 01.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar