Məhkəmə qərarları › İş №2(102)-2435/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2435/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2435/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firuddin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “X2” ASC-nin cavabdeh İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “X2” ASC-nin ləğved icisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib, onunla “X2” ASC arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli 16079 saylı və 22 noyabr 2013-cü il tarixli, 26746 saylı kredit müqavilələrinə xitam verilməsi, həmin müqavilələr üzrə artıq ödənilmiş 68 410 manat pulun cavabdehdən tutulub ona verilməsi, 10 oktyabr 2013-cü il tarixli girov müqaviləsinin ləğv edilməsi, girov qoyduğu 383 əyyar üzrə 132 ədəd, 585 əyyar üzrə 41 ədəd, 750 əyyar üzrə 32 ədəd qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Ləğv prosesində olan “X2” ASC İddiaçı qarşı iddia qaldırıb, 10 oktyabr 2013-cü il tarixli 16079 saylı kredit müqaviləsi üzrə 143004 manat məbləğində əsas borcun, 7277,92 manat məbləğində faiz borcunun, cəmisi 150281,92 manat kredit borcunun, 22 noyabr 2013-cü il kredit müqaviləsi üzrə 30 000 manat əsas borcun, 2727,33 manat faiz borcunun, cəmisi 32727,33 manat borcun cavabdehdən tutulması, həmin müqavilələr üzrə girov qoyulmuş 383 əyyar üzrə 1865 qram, 585 əyyar üzrə 442,60 qram, 750 əyyar üzrə 482,60 qram, cəmisi 2736,80 qram qızıl-zinət əşyalarına ödəmənin yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim K.Əsədov) 17 mart 2017-ci il tarixli qərardadı ilə həmin işlər bir icraatda birləşdirilmiş və nəticədə həmin məhkəmənin 25 avqust 2017ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Ləğv pro sesində olan “X2” ASC-nə qarşı “kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqaviləsinin ləğvi və girov predmetlərinin girovdan azad edilməsi” tələblərinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə “xxxx” ASC ilə bağlanmış 10.10.2013-cü il tarixli, 16079 saylı və 22.11.2013-cü il tarixli, 16746 saylı kredit müqavilələri üzrə İddiaçı tərəfindən “X2” ASC-nə ödənilmiş artıq məbləğ olan - 2.575,27 manat pul Ləğv prosesində olan “X2” ASC-dən tutularaq İddiaçı ödənilməsi, 10.10.2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsinin təminatı qismində İddiaçı ilə “X2” ASC arasında bağlanmış 10.10.2013-cü il tarixli, 14045 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 583 əyyar üzrə-132 ədəd (2727,1 qram), 585 əyyar üzrə-41 əd əd (613,2 qram), 750 əyyar üzrə-32 ədəd (414 qram) girov predmetləri olan qızıl-zinət əşyaları girovdan azad edilərək İddiaçı qaytarılması, İddiaçı iddia tələblərinin qalan hissədə təmin olunmaması, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddianın təmin edilməməsi, Ləğv prosesində olan “X2” ASC-dən ekspertiza dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq, Azərbaycan Respublikasının büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova və A.Hüseynov) 19 fevral 2018-ci il tarixli, 2(103)- 330/2018 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(001 )-1833/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev və Ə.Əliyev) 27 iyul 2018-ci il tarixli, 2(102)-5010/2018 saylı qərarı ilə cavabdeh Ləğv prosesində olan “X2” ASC-nin kassasiya şikayətin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 19 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh ləğv prosesində olan “X2” ASC-nə qarşı kredit xətti müqavilələrinin xitamı, kredit müqavilələri üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, girov müqaviləsinin ləğvi və girov predmetlərinin girovdan azad edilməsi tələbinə dair iddiası hissəsində iş üzrə icraata xitam verilməsi, iddiaçı Ləğv prosesində olan “X2” ASC-nin İddiaçı qarşı kredit məb ləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi barədə tələbi hissəsində mülki iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Xəyal Sarıyev, hakimlər Məmməd Məmmədov, Elmira Nağıyeva) 24.10.2018-ci il tarixli 2(103)-10008/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(001)1833/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə- iddiaçı Ləğv prosesində olan “X2” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq Departamentinin direktoru Həmidə Quliyeva və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankla cavabdeh arasında bağlanmış 10.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 360.000 manat və 157.000 manat məbləğində vəsait birdəfəlik deyil, tədricən cavabdehin istəyinə uyğun şəkildə verilmişdir və borcalan ödəniş et dikcə onun ödənişi hesabına faiz borcu sıfırlanmış, ödənişdən qalan məbləğ isə əsas borcun ödənilməsinə yönəlmişdir. Yəni cavabdeh ödəniş etdiyi müddətcə ona 360.000 manat limiti aşmamaqla xahiş etdiyi kredit məbləği Bank tərəfindən verilmişdir. Faizlər isə onun götürdüyü kreditin məbləğinə hesablanmışdır. Cavabdehlə Bank arasında bağlanmış 10.10.2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsinin kredit xətti müqaviləsi olması müqavilənin şərtlərindən görünməsə də, tərəflərin müqaviləni bərpaolunan kredit xətti müqaviləsi kimi qəbul edib, bərpaolunan kredit xətti müqaviləsinin şərtlərinə uyğun hərəkət etmələri iş materiallarında da olan (bank hesabından çıxarışlar, ödəniş tranşlarının məbləğ və müddətləri, kredit üzrə vəsaitin verilmə qrafiki və s.) bankın maliyyə sənədlərində öz əksini tapır. İş materiallarında 10 oktyabr 2013-cü il tarixli 16079 saylı kredit müqaviləsi üzrə 157.000 manat məbləğinə dair məxariclərin olduğunu məhkəmə də öz qətnaməsində təsdiq edir. Kassa məxaric orderi ciddi mühasibat sənədidir və kassadan nağd pulun verilməsi kassa məxaric orderi ilə təsdiq olunur. Cavabdehin həmin vəsaitin Bankın kassasından məxaric olunmasına dair mübahisəsi yoxdur. Yəni məhkəmə ən azından bank uçot dərəcəsi ilə faizləri hesablamaq səlahiyyətinə malikdir. Digər tərəfdən Bankın öz adından və öz hesabına kredit verən və həmin kreditlərdən aldığı faizlər hesabına gəlir əldə edən hüquqi şəxs olduğu məlumdur. Yəni bank kreditinin faizlər ödənilmək şərti ilə verildiyini nəzərə alanda bu məbləğin 10 oktyabr 2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsinin şərtləri çərçivə sində verildiyi məntiqi olaraq ortaya çıxır. Çünki əks halda əvvəlki instansiya məhkəmələri bunu normativ pozuntu sayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən iş üzrə xüsusi qərardad çıxara bilərdi. Ancaq heç bir məhkəmə instansiyasında bu hal baş verməmişdir. Göründüyü kimi, Apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı vəkili Vəkil2 apelyasiya i nstansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparıldığını, sübutlara düzgün qiymət verildiyini qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10008/2018 nömrəli iş üzrə 24.10.2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında iki kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 10.10.2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 32 faiz qaytarmaq şərti ilə borcalana 360.000 manat kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış 22.11.2013-cü il tarixli, 16746 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 32 faiz qaytarmaq şərti ilə borcalana 30.000 manat kredit ayrılmışdır. “xxxx” ASC ilə İddiaçı arasında 10 oktyabr 2013cü il tarixli 14045 saylı girov müqaviləsi bağlanmışdır. İddiaçı mülkiyyətində olan qızıl məmulatlarını girov qoymuşdur. Həmin məmulatların təhvili girov müqaviləsinin tərkib hissəsi olan 14045 saylı aktla rəsmiləşdirilmişdir. Cavabdehin 10.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə 360000 və 157900 manat, 22.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə isə 30000 manat kredit alması kassa məxaric orderləri ilə təsdiq olunur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsi kredit xətti müqaviləsi olmamış, lakin həmin müqavilə çərçivəsində borcalana 10 oktyabr 2013-cü il tarixdən 17 fevral 2015-ci i l tarixədək 517.900 manat vəsait verilmişdir. 360.000 manat vəsait hissə-hissə verilmiş və həmin vəsait verildiyi tarixlərdən hesabladıqda 97.109,13 manat faiz ödəməli idi. Lakin 360.000 manatdan artıq verilmiş 157.900 manat vəsaitin verilmə şərtlərini müəyyən etmək mümkün olmadığı üçün (həmin hissəyə dair müqavilə bağlanmadığı üçün) faiz məbləği 360.000 manata hesablanmışdır. Nəticə etibarı ilə borclu tərəfindən ödənilmiş 646.844,4 manatdan həmin müqavilə üzrə 517.900 manatı əsas məbləğ, 97109,13 manat faiz məbləği çıxıldıqda, banka borclu tərəfindən 31835,27 manat artıq vəsait ödənilməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 22.11.2013-cü il tarixli, 16746 saylı kredit müqaviləsi üzrə 30000 vəsait alınmış, həmin məbləğin faiz borcu tam olaraq ödənilmiş və 22.11.2015-ci il tarix ə cavabdehin banka əsas borcu 29260 manat təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi bank tərəfindən cavabdehin 10.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə 360000 manat kreditdən əlavə 157.900 manat vəsaiti hansı əsaslarla verilməsinin bəlli olmadığını, tərəflər arasında bağlanmış müqavilənin kredit xətti müqaviləsi olmadığını, həmçinin həmin müqavilə üzrə ödəniş qrafikində yalnız cavabdehdən 360000 manatın faizlərlə birlikdə 24 ay müddətində qaytarılması əks olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin 385.1, 386.1 və 405.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə istinad edərək hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehə artıq verilmiş 157900 manat vəsaitin hansı əsaslarla verilməs i barədə müqavilə və həmin müqavilənin mühüm şərtləri olmadığından, həmin şərtlərin isə iddiaçı tərəfin izahatı ilə müəyyən edilməsi mümkün olmadığından, həmin məbləğə faizin hesablanması əsaslı hesab oluna bilməz. Həmçinin ekspert rəyini əsasən 10.10.2013-cü il tarixli müqavilə üzrə ödənilmiş 646844,4 manat məbləğdən 360000+157900=517900 manat əsas borc, 97109,13 hesablanmış faiz çıxıldıqdan sonra qalan 31835,27 manat artıq ödənilmiş puldan 22.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 29260 manat borc çıxılmaqla (31835,2729260=2575,27 manat) çıxılmaqla, 2575,27 manat artıq ödəniş müəyyən edildiyindən birinci instansiya məhkəməsi Ləğv prosesində olan “X2” ASC-nin cavabdeh İddiaçı qarşı “kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi” tələ binə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Cavabdeh kassasiya şikayətində Bank arasında bağlanmış 10.10.2013-cü il tarixli, 16079 saylı kredit müqaviləsinin kredit xətti müqaviləsi olmasının müqavilənin şərtlərindən görünməsə də, tərəflərin müqaviləni bərpaolunan kredit xətti müqaviləsi kimi qəbul edib, bərpaolunan kredit xətti müqaviləsinin şərtlərinə uyğun hərəkət etmələrinin iş materiallarında da olan (bank hesabından çıxarışlar, ödəniş tranşlarının məbləğ və müddətləri, kredit üzrə vəsaitin verilmə qrafiki və s.) bankın maliyyə sənədlərində öz əksini tapdığını, məhkəmənin ən azından bank uçot dərəcəsi ilə faizləri hesablamaq səlahiyyətinə malik olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillər əsassızdır. Belə ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alın maması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri). Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 10.10.2013-cü il tarixli müqavilənin şərtlərini təhlil edərək qeyd edir ki, kredit müqaviləsində onu kredit xətt müqaviləsi və ya bərpa olunan kredit xətti müqaviləsi kimi təfsir etməyə əsas verən heç bir müddəa nəzərdə tutlmamışdır. Həmin kredit müqaviləsinə 360.000 manat kreditin 24 ay müddətində qaytarılmasına dair ödəniş qrafikində də birmənalı olaraq kreditin verildiyi gündən hər ay ödənilməli olan aylıq ödəniş məbləği əks olunmuşdur. Həmin müqaviləyə sonradan 157 900 manat əlavə kreditin verilməsinə dair əlavə saziş mövcud deyildir. Halbuki həmin müqavilədən bir ay sonra 22.11.2013-cü il tarixdə yeni kredit müqaviləsi əsasında cavabdehə 30.000 manat yeni kredit verilmişdir. Belə olan halda, 157900 manat vəsait müqavilədən kənar qaydada verildiyindən, həmin məbləğin verilməsi müddəti, illik faiz dərəcəsinə dair mühüm şərtlər barədə tərəflər arasında razılıq mövcud olmadığından həmin məbləğə 10.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş məbləğ kimi faizin hesablanması əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiya sı hesab edir ki, cavabdeh tərəfindən aparılmış ödənişlər hesabına həm 10.10.2013-cü il tarixli və həm də 22.11.2013-cü il tarixli müqavilələr üzrə verilmiş kredit məbləğləri və ona hesablanmış faiz məbləğləri, həm də müqavilədən kənar qaydada verilmiş 157.900 manat vəsait tam ödənildiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq bankın iddia tələbini təmin etməmişdir. 157.900 manat vəsaitə görə bank uçot dərəcəsi ilə faizlərin hesablanması barədə iddiaçının kassasiya şikayətində qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 449.1-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla on dan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin iş üzrə cavabdeh tərəfindən 157.900 manat vəsaitin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma halı iş üzrə müəyyən edilməmiş, cavabdeh həmin məbləği banka geri ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan h üquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaç ı Ləğv prosesində olan “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(103)10008/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar