Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2436/2020 24.06.2020 ALİ MƏHKƏMƏ İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12762/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli, iş № 2(011)-3319/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 3000 manatın və məzənnəyə uyğun olaraq manatla 40.000 ABŞ dollarının İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin halları: xx xxx 2015-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 1 il müddətinə 50.000 ABŞ dolları, yəni 52.500 manat (1 ABŞ dolları – 1.05 manat) məbləğində borc verilmişdir. 2019-cu ili yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditin 1 il müddətinə qaytarılması barədə üzərinə götürdüyü öhdəliyi icra etməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 50.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xah iş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək iddiaçıdan aldığı borcun əksər hissəsini qaytarmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyiş dirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh ondan məhkəmə qaydasında tələb olunan borcu notariatda təsdiq olunmuş kredit müqaviləsi əsasında iddiaçıdan almışdır. Müqavilə bilavasitə onun iştirakı ilə bağlanmış və orada göstərilənlərin həqiqiliyi imzası ilə təsdiq olunmuşdur. Kredit müqaviləsini bağlayarkən cavabdeh borcu xx xxx 2016-cı il tarixədək qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyə t hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı kredit müqaviləsində göstərilən borcun qaytarılmamasını əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş və işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim etdi yi ərizəsində cavabdehdən 40.000 ABŞ dolları və 3000 manat tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddianı qəbul etməsi barədə ərizə vermiş və məhkəmədə göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə ərizə vermişdir. Kasasiya şikayətində cavabdeh iddianı etiraf etməsi barədə ərizənin məzmununun ona tam aydın olmamasını iddia etsə də, işdən görünür ki, həmin ərizə cavabdeh tərəfindən yazılmış və imzalanmışdır. Göstrilənlərlə əlaqədar kollegiya kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, qətnamə işdə olan sübutlarla və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2436/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2436/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver