Məhkəmə qərarları › İş №2(102)-2439/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2439/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2439/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borc, lizinq əmlakın məhv olunması, lizinq obyektinin sığortalanması) Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)4638/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 iyun 2016-cı il tarixli D-220-LD/16, 30 iyun 2016-cı il tarixli 229-LD/16 nömrəli müqavilələrlə Cavabdeh tərəfindən İddiaçı ASC-dən 15377,81 manat ilkin ödəniş etməklə, ümumi dəyəri 30755,62 manat olan, cəmi 13 baş, hər biri sığortalanmış damazlıq heyvanları lizinqə götürmüşdür. “xxxx” ASC 25 fevral 2015-ci il tarixli 06/15 nömrəli müqavilə ilə İddiaçı ASC-yə məxsus 4006 baş cins damazlıq heyvanları sığortalamışdır. O cümlədən Cavabdeh lizinqə aldığı 13 baş damazlıq heyvanların sığorta haqlarını “xxxx” ASC-yə ödənilməsi üçün İddiaçı ASC-yə vermişdir. Cavabdeh lizinqə götürdüyü damazlıq heyvanlardan AT034430628 birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq verənə şifahi məlumat verdikdən sonra İddiaçıxxxx“xxxx” ASC-yə müraciət etmiş, Sığorta Şirkəti tərəfindən müvafiq araşdırma aparıldıqdan s onra 2520,18 manat məbləğində sığorta vəsaitini lizinq verənə ödənilmişdir. Cavabdeh AT989599122 birka nömrəli 1 baş heyvanın tələf olması barədə şifahi məlumat verdikdən sonra İddiaçıxxxx“xxxx”xxxx“xxxx” ASC-nin ləğv olunması səbəbindən lizinq verənin müraciəti cavabsız qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi (məhkəmə əmrinin verilməsinə dair ərizə) ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3444,63 manat əsas borcun, 273,61 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3748,24 manat məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2019-cu i l tarixli, 2(008)2678/2019 nömrəli qətnaməsi ilə (Z.A.Hacıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, lizinq alan üzərinə düşən öhdəliyi yerinə yetirərək damazlıq heyvanın tələf olması barədə lizinq verənə məlumat vermiş, öz növbəsində lizinq verən və eyni zamanda sığortalı sığortaçıya məktub yazmış, lakin sığortaçı həmin məlumata cavab verməmişdir. Beləliklə, sığorta təşkilatı heyvanın tələf olması nəticəsində sığorta hadisəsi olub-olmamasını müəyyən etmədən məlumatı hərəkətsiz saxlamışdır. Belə olan təqdirdə sığorta təşkilatının sığorta hadisəsini araşdırmaması və müvafiq nəticə verilməməsi (ödəniş və ya imtina etmək) səbəbindən lizinq alanın üzərinə əlavə öhdəlik qoyulması müqavilə şərtlərinə ziddir. İddiaçıxxxx“xxxx” ASC arasında bağlanmış sığorta müq aviləsində lizinq alan tərəf kimi çıxış etmir və buna görə də bu müqavilənin şərtlərinin pozulmasında lizinq alanın məsuliyyəti müəyyən edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(008)-2678/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-4638/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2678/2019 nömrəli, 16 iyul 2019-cu il tarix li qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı şikayətində cavabdehin lizinq müqaviləsinin şərtlərini kobud surətdə pozaraq lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürməyinə baxmayaraq bunları yerinə yetirmədiyini, eləcə də damazlıq heyvanlara qulluğun aparılması, zoobaytar xidmətlərinin həyata keçirilməsi və s. üçün tədbirlər görmədiyini göstərsə də, bu dəlillərin hazırki iddia tələbinə nə aidiyyəti olduğunu açıqlamamışdır. Belə ki, əgər cavabdeh həqiqətən lizinq müqaviləsində göstərilən həmin öhdəliklərini yerinə yetirmirsə və bunun nəticəsində iddiaçının mənafeyinə zərər d əyirsə, onda bu hallardan irəli gələn tələblə cavabdehə qarşı tələb irəli sürməlidir. Lakin bu dəlillərlə cavabdehə qarşı irəli sürülən hazırki tələb arasında bağlılıq görünmür. İkincisi, iddiaçı sığorta hadisəsinə görə sığortaçıdan sığorta ödənişini ala bilmədiyinə görə həmin məbləği hansı əsasla lizinq alan olan cavabdehdən tələb etməsini də açıqlamır. Yəni, sığorta hadisəsi baş verməsi təkzib edilmədiyi halda sığortaçıdan almalı olduğu sığorta ödənişini cavabdehdən hansı müqavilə şərtinə və ya normativ hüquqi akta əsasən cavabdehdən tələb etdiyini göstərmir. Sığorta şirkətinin ləğv edilməsi yaxud iddiaçının müraciətinə cavab verməməsinə, başqa sözlə sığorta ödənişini sığortaçıdan ala bilmədiyinə görə bunu cavabdehdən tələb etməsi başa düşülən deyil. Üçüncüsü, iddiaçı tələf olmuş heyvan a görə tələb etdiyi məbləği cavabdehdən o zaman istəyə bilərdi ki, bu hadisə, yəni heyvanın tələf olması sığorta hadisəsi olmasın, hadisə lizinq alanın müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində baş versin. Lakin iddiaçı cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyinə dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilmir, heyvanın tələf olmasının sığorta hadisəsi olmadığını da ümumiyyətlə bəyan etmir. Bu vəziyyətdə onun iddiası heç bir halda əsaslı sayıla bilməz. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC (əvvəlki İddiaçı ASC) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)4638/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, heyvanların sığortalanması lizinq alanı lizinq müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrin icrasında azad etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdi r. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə borcu tələb etsə də, faktiki olaraq tələb olunan məbləğ lizinq obyekti olan və məhv olmuş damazlıq heyvanının dəyəridir. Həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılarkən lizinq obyekti iddiaçı ilə Sığorta Şirkəti a rasında bağlanmış müqavilə ilə sığortalanmış, sığorta haqqı isə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən sığorta hadisəsinin baş verməsi (lizinq obyekti olan heyvanın tələf olması) barədə iddiaçıya məlumat verilmiş, iddiaçı bununla bağlı Sığorta Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi həyata keçirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, cavabdeh tərəfindən iddiaçıya qarşı lizinq müqaviləsindən irəli gələn hər hansı öhdəliyin pozulmasına yol verilməmiş, sığorta şirkətinin isə sığorta hadisəsini araşdırmaması və müvafiq nəticə verməməsi lizinq alanın ziyanına istifadə edilə bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, lizinq müqaviləsinin 2.2.3-cü maddəsinə əsasən lizinq alan damazlıq heyvanların təyinatı üzrə istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasın, saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasını öhdəsinə göstərsə də, iddiaçı tərəfindən cavabdehin müqavilənin həmin şərtlərinin pozulması nəticəsində lizinq obyekti olan heyvanın məhv olunmasına dair sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası izah edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmişdir ki, həmin dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hər bir halda qeyd edir ki, iddiaçı hər bir halda müqavilənin şərtlərinə əsasən məhv olmuş lizinq obyektini n tam dəyərini lizinq alandan tələb etmək hüququnun olduğu halda, onun nə səbəbdən cavabdehin vəsaiti hesabına sığortalamasını əsaslandırmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC (əvvəlki İddiaçı ASC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2(103)-4638/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar