Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Bağırov, iş № 2(041)-51/2019 saylı mülki iş) iddianın qismən təmin edilmə si, Cavabdeh 22000 (iyirmi iki min) manat borc və dövlət rüsumuna görə 15 manat, cəmi 22015 (iyirmi iki min on beş ) manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən, məruzəçi), T.Kərimov və F.Abbasov, 2(106)1771/2019 saylı mülki iş) hazırki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 51.575 (əlli bir min beş yüz yetmiş beş) manat məbləğində borc və 31 manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Mə hkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən, məruzəçi), T.Kərimov və F.Abbasov, 2(106)1771/2019 saylı mülki iş) hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: Cavabdeh iş üzrə apelyasiya icraatının qətnaməsi ilə razılaşmır və ondan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti vaxtında verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh məhkəmənin mövqeyi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kassasiya şikayətini vaxtında poçt orqanına versə də, məhkəmə bu məsələni nəzərə almamış və şikayətini qanunsuz olaraq geri qaytarmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilməmişdir. Belə ki işdə olan “xxxx” MMC-nin Kürdəmir Poçt filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Kürdəmir şəhəri 115 saylı peşə məktəbinin binasında yaşayan Cavabdeh adına daxil olmuş SS586758045AZ saylı sifarişli məktub xx.xx.2019-cu il tarixdə vətəndaşa çatdırılmışdır. Cavabdeh qətnaməni həmin vaxtda almasını özü də təsdiq Kassasiya şikayəti xx xxxxxx 2019-cu il tarixdə sifarişli poçt vasitəsilə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. (iş materialları səh. 129-130) Cavabdeh şikayətinə poçt orqanına xx.xx.2019-cu il tarixdə hansısa sənədi təhvil verməsinə dair kserosurət olan bir poçt sənədi əlavə etmişdir. Lakin həmin sənəd (iş vərəqə 144) işdə kassasiya şikayətinin göndərilməsini təsdiq edən sənədin əslindən (iş vərəqə129) fərqli bir sənəddir. Həmin sənədin həqiqiliyi və məhz kassasiya şikayətinin göndərilməsi üçün tərtib olunmuş sənəd olması şübhəlidir. Ona görə məhkəmə şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 405.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlardan kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiy gündən 2 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgü n tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2440/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2440/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver