Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1985/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3(103)-339/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı Cavabdeh2 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. 3. "İmprotex Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “BMW AG” konserninin Azərbaycanda rəsmi idxalçısı "İmprotex Motors” MMM-nin texniki xidmət mərkəzinə, 06 oktyabr 2023-cü il tarixində daxil olmuş İddiaçı1 məxsus “BMW 320E A” markalı, 77LT824 dövlət nömrə nişanlı, WBA11GK02NFM23798 ban nömrəli avtomaşında hadisə nəticəsində ön hissə zədələnmişdir. Həmin hissələrin dəyişdirilməsinə və təmirinə 84.488 manat pul vəsaiti tələb olunur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2-8/3617 nömrəli ekspert rəyindən görünür ki, "Kia Cerato” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində "X15” Azərbaycan Respublikası Qanunu n 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
5. Baş X19 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-43410/2024 saylı məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "Hermes Finance” QSC-nin mülkiyyətindədir. 6. "Hermes Finance” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixinədək qüvvədədir.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "BMW" markalı **-LT-*** dövlət q eydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada delikt nəticəsində dəymiş ziyana görə 84.488 manat, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 345 manat tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1 ASC-nin mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törəd ərək, BB464796 nömrəli, xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən bacısı Sərdarlı (hazırda soyadı Bayramlı) Günel Arif qızının mülkiyyətində olan və həmin vaxt etibarnamə ilə idarə etdiyi, 2021-ci il buraxılışlı BMW320 E PLUG-İN Hibrid minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili istismara yararsız hala salmaqla külli məbləğdə ziyan vurub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsindən Vəkil Bürosunun sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43410/2024 nömrəli məktubda və məktuba əlavə edilmiş BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən 2012-ci il buraxılışlı “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə ver ilmiş BB104855 nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh1 ASCnin mülkiyyətindədir. Cavabdeh2 idarə etdiyi “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi Bakı şəhəri, Nərimanov rayon DYPŞ-nin polis kapitanı X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadənin xx.xx.2024-cü il tarixli “Əməldə cinayət işi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, həmçinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-cimaddəsi ilə inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)139/2024 nömrəli qərarı ilə öz təsdiqini ta pıb. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılıb. Həmin qərardan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 339/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının qərarında göstərilir ki, araşdırma zamanı xx.xx.2022-ci il tarixdə izahatı alınmış Cavabdeh2 göstərib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə hərəkət edib F.X.Xoyski küçəsi ilə olan yeraltı nəqliyyat qovşağına, yəni tunelə düşüb «Gənclik Mall» Ticarət Mərkəzinə doğru F.X.Xoyski küçəsi istiqaməti ilə yolun soldan ikinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edib, sol zolağı keçib onunla eyni istiqamətdə irəlidə hərəkət edən avtomobillərlə toqquşmamaq üçün qoşa xəttin üzərinə hərəkət edib ehtiyatsızlıqdan əks hərəkət zolağında hərəkətdə olan “BMW” markalı avtomobillə toqquşub. Həmin qərarda daha sonra göstərilir ki, vətəndaş İddiaçı1 izahatında bildirib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi “BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov metrosu istiqamətində F.X.Xoyski küçəsi boyunca, N.B.Yusifbəyli küçəsi ilə kəsişməyə doğru soldan birinci zolaqla “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısı ilə saatda 40 km sürətlə hərəkətdə olarkən, qarşıdan gələn “KİA” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq onun hərəkət istiqamətinə çıxıb avtomobilin ön sol fara, qabaq bufer və qanad hissəsi ilə toqquşub. Avtomobildə sağ oturacaqda əyləşən X11 xəsarət alıb. Hadisə nəticəsində idarə etdiyi avtomobilə külli miqdarda ziyan dəyib, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rzazadə tərəfindən təyin edilmiş “yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası” üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/3617 nömrəli ekspert rəyində göstərilir: 1.Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1ici hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;
2. Təhqiqat tərəfindən göstərilən şəraitdə “BMW-320” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əla qədar BMW-320 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı "xxxx" MMM-nın Texniki Xidmət Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 356 nömrəli qüsur aktı ilə müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyanın ümumi məbləği 84488 manat təşkil edir. İş üzrə Cavabdeh2 ilə avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma yolu ilə məsələni həll etməyə çalışsalar da, o, ilkin olaraq əldə edilmiş razılaşmadan sonradan boyun qaçırmış və daha sonra isə ümumiyyətlə onlarla əlaqəyə çıxmayıb. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün ixtisaslı hüquqi yardım göstərilməsi məqsədi ilə vəkillik qurumu ilə müqavilə bağlanılmış və xx.xx.2024-cü il tarixdə Vəkil B ürosunun hesabına 300 manat ödənilib.
10. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hadisə zamanı idarə etdiyi avtomobilin mülkiyyətçisi olsa belə, vurulmuş zərər, törədilmiş inzibati xəta və deliktlə yaxından uzaqdan əlaqəsi yoxdur. Bundan əlavə, iddiaçı qismində İddiaçı1 göstərilsə də, avtomobil ona aid deyil və iddiaçı olaraq onun adının qeyd edilməsi də iddianın formasına riayət edilməməsi kimi qiymətləndirilməlidir. İlk olaraq onu qeyd edir ki, zərər vurulmuş avtomobilin hadisədən dərhal sonrakı fotoşəkillərindən (təqdim ediləcək) açıq aydın görünür ki “BMW-320 EA PLUG-İN Hibrid” minik markalı avtomobilə yalnız ön sağ diaqonal hissədən zərər dəyib. Hətta avtomobilin sağ hissəsində fənər işıqları daxil heç b ir hissəsi zərər görməyib. Həmin avtomobillərin hadisə vaxtı və ondan sonrakı bazar dəyəri 65-70 min manatdır. İddiaçının avtomobilinin ban nömrəsi ilə axtarış edəndə görünür ki, 2021-ci il istehsal tarixli həmin avtomobil 60000 manat qiymətə satışda olub. İMPROTEX şirkətinin verdiyi absurd qüsur aktına əsasən isə guya avtomobilə öz dəyərindən də 20000 manatdan çox zərər dəyib. Təbii ki, 65-70 min manatlıq avtomobilə 84488 manat zərər dəyməsi məntiqsiz və absurddur. Belə ki, “BMW” markalı avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrində avtomobilə fantastik qüsur aktları təqdim edən İMPROTEX şirkəti yenə də məntiqə sığmayan rəqəmlər təqdim edib. Məsələn, qüsur aktındakı sadə bir detaldan nümunə çəkir: avtomobil bazarında sol və sağ fənərlərin orijinal cütünün birlikdə satışı 1500-1900 manat arası olduğu halda, iddiaçının təqdim etdiyi hazırkı qüsur aktına əsasən təkcə bir ədəd sol fənəri 4650 manat göstərilib. Bu isə qüsur aktında təkcə bir detal üzrə bazar dəyərindən 3-4 dəfə çox baha qiymətin göstərilməsi deməkdir və həddindən artıq fantastik qaydada şişirdilmiş məbləğdir. Həmçinin qüsur aktında 190 detala zərər dəydiyi göstərilib. Bu isə onu deməyə əsas verir ki, avtomobilin hansısa xırda detalına da cızıq düşübsə belə, qüsur aktında həmin detalın yenisinin alınmalı olduğu və həmin detalların da avtomobillərin ehtiyat hissələri bazarında bazar dəyəri ilə ümumiyyətlə əlaqəsi olmayan 3-4 qat baha məbləğləri qeyd edilib. Halbuki, avtomobillərdə təmir edilməli detalların və hissələrin təmir xərcləri hesablanmalı, tam yararsız hala düşmüş hissə varsa onun da avt omobillərin ehtiyat hissələri bazarındakı real dəyəri hesablanmalı idi. Fantastik məbləğdə şişirdilmiş sözügedən qüsur aktı, iddiaçının ərizəsində göstərdiyi hallar və digər məsələlərlə bağlı daha ətraflı vəsatətləri və ərizələri olacaq. Sadəcə həmin məbləğə ümumi şəkildə ilkin etirazını bildirərək sadə misallarla məhkəmənin diqqətinə çatdırmağa çalışıb.
11. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinə əsasən İddiaçı1 iddiaçılar siyahısından çıxarılmışdır.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə araşdırmasının uzanmaması üçün ekspert rəyi ilə razılaşırlar. “Daxili Lizinq” müqavilə sinin məzmunundan asılı olmayaraq, qanuna əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülkiyyətçi məsuliyyət daşıyır. Mülkiyyətçi isə ondan asılı olmayan səbəblərə görə avtomobilin onun mülkiyyətindən çıxdığını sübut etdiyi təqdirdə o, məsuliyyətdən azad edilə bilər. Hazırda isə belə bir hal yoxdur. Hesab edir ki, Cavabdeh1 ASC hazırkı iddia üzrə cavabdehlik daşıyır. Qanunvericiliyə əsasən cavabdeh məhkəmə bildirişini göndərildiyi vaxtdan 20 gün müddətində etiraz və tələblərini məhkəməyə göndərə bilər. 5000 manat sığorta ödənişi edilib.
13. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə səsləndirdiyi fikirləri ilə razıdır. Daxili lizinq müqaviləsində məsuliyyətin kim tərəfindən daşınması g östərilib, üstəlik yol-nəqliyyat hadisəsi zamanı təqsirli bilinən şəxs məlumdur. Ekspert rəyinə aid olan hissədə iddianı qəbul edir. Lakin işə aidiyyəti məhkəmədə baxılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, məhkəməyə analoji iş üzrə qətnamə və daxili lizinq müqaviləsi təqdim edilib. Lizinq müqaviləsinin 1.1-ci bəndində əsasən lizinq obyekti lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən üçüncü şəxslərə vurulan ziyana görə lizinq verən məsuliyyət daşımır. Avtomobil üzrə ancaq sərəncam vermək hüququ cəmiyyətdə olub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7188 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytlarına və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2021 -ci il buraxılışlı “BMW 320 E Plug-İn Hibrid” markalı (**-LT-*** dövlət nömrə nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 58.500 manat müəyyən olunur. Ona görə də, ekspert qeyd edir ki, tədqiq edilən 2021-ci il buraxılışlı “BMW 320 E Plug-İn Hybrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki və ziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 58500 manat olmuş 2021-ci il buraxılışlı “BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 46800 (58500 - 20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istismar edilmir.
16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1929/2024 nömrəli xx.xx.2024cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 41.800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 174,8 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 151,58 manatının iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X6)
17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 “Kia Cerato” markalı 99-PE729 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. “Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 QSC tər əfindən qanuni əsasla, yəni lizinq hüququ ilə X4, həm də etibarnamə ilə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzi Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən Cavabdeh1 QSC-dən tutula bilməz.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı2 ödəməlidir.
19. Məhkəmə, eksp ert rəyini qəbul edərək belə qənaətə gəlmişdir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 46800 manat müəyyən edilməlidir. Sığorta ödənişi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 41.800 (46800- 5000) manat məbləğində pul tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1115; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 107, 115.0.6, 119.1, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin aidiyyət qaydasının pozulması əsası ilə tamamilə ləğv o lunmasını; aidiyyət qaydasının pozulması səbəbindən qətnamə ləğv olunmadığı təqdirdə daha dolğun ekspert rəyinin verilməsi üçün avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və sənaye mallarının əmtəəşünaslıq tədqiqinə dair ekspertiza təyin edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “BMW” markalı avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrində avtomobilə fantastik qüsur aktları təqdim edən “İMPROTEX” şirkəti yenə də məntiqə sığmayan rəqəmlər təqdim edib. Məsələn, qüsur aktındakı sadə bir detaldan nümunə çəkir: avtomobil bazarında sol və sağ fənərlərin orijinal cütünün birlikdə satışı 1500-1900 manat arası olduğu halda, iddiaçının təqdim etdiyi hazırkı qüsur aktına əsasən isə təkcə bir ədəd sol fənəri 4650 ma nat göstərilib. Bu isə qüsur aktında təkcə bir detal üzrə bazar dəyərindən 3-4 dəfə çox baha qiymətin göstərilməsi deməkdir və həddindən artıq fantastik qaydada şişirdilmiş məbləğdir. Həmçinin, qüsur aktında 190 detala zərər dəydiyi göstərilib. Bu isə onu deməyə əsas verir ki, avtomobilin hansısa xırda detalına da cızıq düşübsə belə, qüsur aktında həmin detalın yenisinin alınmalı olduğu və həmin detalların da avtomobillərin ehtiyat hissələri bazarında bazar dəyəri ilə ümumiyyətlə əlaqəsi olmayan 3-4 qat baha məbləğləri qeyd edilib. Halbuki, avtomobillərdə təmir edilməli detalların və hissələrin təmir xərcləri hesablanmalı, tam yararsız hala düşmüş hissə varsa, onun da avtomobillərin ehtiyat hissələri bazarındakı real dəyəri hesablanmalı idi. Fantastik məbləğdə şişirdilmiş sözügedən qüsur a ktı, iddiaçının ərizəsində göstərdiyi hallar və digər məsələlərlə bağlı daha ətraflı vəsatətləri və ərizələri olacaq. Sadəcə həmin məbləğə ümumi şəkildə ilkin etirazını bildirərək sadə misallarla məhkəmənin diqqətinə çatdırmağa çalışıb. Məhkəmə tərəfindən iddia qismən təmin edilmiş, Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Lakin məhkəmənin mövqeyi ilə razılaşmamaqla bildirir ki, məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmişdir.
23. Əvvəla, məhkəmə tərəfindən aidiyyət qaydası pozulmaqla işə baxılmışdır. Belə ki, qeyd edilən məsələ ilə bağlı tərəfindən məhkəməyə vəsatət verilmiş, məhkəmə əvvəla həmin vəsatəti baxılmamış saxlamış, daha sonra isə yekun məhkəmə aktı ilə birlikdə baxaraq təmin etməmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə qərardadının iş gedişatında ləğv olunma ehtimalını aradan qaldırmaq olmuşdur. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, burada birlikdə zərərvuranlardan söhbət gedə bilməz, hadisəni törədən şəxs Cavabdeh2dir. Bundan başqa, ekspert rəyi dolğun olmamaqla birlikdə təkrar və ya əlavə ekspertizaya ehtiyac var idi. Məhkəmə zamanı ekspert rəyinə toxunmadıqlarını, əvvəla aidiyyət məsələsinin müəyyən edilməli olduğu tərəflərindən bildirilmiş, məhkəmə isə ekspert rəyi ilə razı olmadıqlarını qeyd etmişdir. Yuxanda qeyd edilənlərdən də məlum olur ki, id diaçı qismində mülki mübahisə ilə əlaqəsi olmayan şəxs qeyd edilmiş, cavabdeh qismində isə mülki mübahisə ilə əlaqəsi olmayan Cavabdeh1 ASC qeyd edilmiş, cavabdeh olaraq onun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edilməməklə ərazi aidiyyəti pozulmuş, məhkəmə işə baxarkən və yekun məhkəmə aktı qəbul edərkən bu pozuntunu davam etdirmiş, bundan əlavə ekspertiza rəyinin dolğun olmadığını nəzərə almamışdır.
24. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, məhkəmə qətnaməsi çıxdıqdan sonra da, cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı bir tədbir görülməmiş, danışıqlar aparılmamışdır. Hətta məhkəmə qətnaməsindən verilən apellyasiya şikayəti də, şikayətvermə müddətinin son gününə təsadüf edir. Bu hallar onu deməyə əsas verir ki, cavabdeh dəymiş ziyanın ödənilməsini uzatmaq üçün bütün vasitələrdən istifadə edir. Apellyasiya şikayətinin əsas dəlili Cavabdeh2 Ağdam rayonundan məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmasına baxmayaraq qeydiyyat ünvanının Ağdam rayonunda olması və bu səbəbdən də iddia ərizəsinə ərazi aidiyyatı üzrə qeydiyyatda olduğu Ağdam rayonunda baxılmalı olmasıdır. Qeyd edilməsi zəruridir ki, yol nəqliyyat hadisəsi törədilərkən cavabdehin idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh1 ASC olduğundan və onun hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, həmçinin yüksək təhlükə mənbəyi olan avtonəqliyyat vasitəsinin mülkiyyətçisi də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən dəymiş zərərə görə məsuliyyət daşıdığından tərəflərindən müştərək ca vabdeh qismində ona qarşı tələb irəli sürüldüyündən iddia tələbi də tam qanuni əsaslarla, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən (rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.) Nizami rayon Məhkəməsinə verilmişdir. Qeyd edilən aidiyyət məsələsi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4539/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Dəymiş zərərlə bağlı cavabdehin göstərdiyi dəlilləri də tam əsassız hesab edirlər. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərir ki, yol nəqliyyat hadisəsi n əticəsində zərər dəymiş avtomobilin bazar dəyəri 65-70 min manatdır. Ona görə də dəymiş ziyanın məbləği barədə "xxxx" şirkəti tərəfindən verilmiş Qüsur Aktı ilə müəyyən edilmiş məbləği əsassız hesab edir. Qeyd edilməlidir ki, “İmprotex” şirkəti zərərçəkmiş avtomobilin tam yararlı hala gətirilməsi üçün ehtiyat hissələrinin qiymətini 72738 manat məbləğində müəyyən etmişdir. Qalan məbləğ isə boya materialları, xidmət haqqı və ƏDV-dən ibarətdir. Ekspert Rəyində də, ekspert tərəfində zərər dəymiş və yararsız hala düşmüş avtomobilin bərpa edilərək yararlı hala salınması rentabelli hesab edilməyərək orta bazar qiyməti, hətta iddiaçının nümayəndəsinin göstərdiyi 65-70 min manat həddində deyil, 58.500 manat məbləğində müəyyən edilmişdir və həmin məbləğində 20 faizi avtomobilin yararlı hissələri kim i qiymətdən çıxılmışdır və qalan məbləğ 46.800 manat olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan məhkəmənin əsaslı və qanunauyğun çıxarılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də həmin şikayəti təmin edilməməlidir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1985/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qətnaməsi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)1929/2024 nömrəli iş üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (X1 (sədrliyi və məruzəsi ilə), X14, X2 ibarət tərkibdə).
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14, 21, 385, 386, 560, 1096, 1097, 1096, 1097, 1108, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101, 103-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1985/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək mülki işin baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, Nizami Rayon Məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, Bakı Apellyasiya Məhkəməsində isə sözügedən prosessual pozuntulara qiymət verilməmiş və qətnamə qüvvəsində saxlanılmışdır. Məhkəmə tərəfindən aidiyyət qaydası pozulmaqla işə baxılmışdır. Belə ki, qeyd edilən məsələ ilə bağlı məhkəməyə vəsatət verilmiş, məhkəmə əvvəla həmin vəsatəti baxılmamış saxlamış, daha sonra isə yekun məhkəmə aktı ilə birlikdə baxaraq təmin etməmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 560, 1096, 1097, 1108, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 385-ci maddələrinə istina d etməklə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı2 (vəkil və Nümayəndə1) kassasiya şikayətinə qarşı etiraz göndərərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1985/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulmas.
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Ma ddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fizi ki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
42. Maddə 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüv vənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
45. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin aktından yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə onun tələbinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlill ər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
58. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhk əmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarla rında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun po zuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1985/2025 nömrəli 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.