Məhkəmə qərarları › İş №2(102)-2443/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2443/2019

11.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2443/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 və vəkili Babayev Vüqar İsa oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(001)2613/2017 saylı qətnaməsi ilə (hakim T.Kərimov) iddia tələbinin təmin edilməsi, cavabdehlər x2, x3, x4, x5, x6 mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ünvan 1 mənzilinə ist ifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması, qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər x2, x3, x4, x5, x6 ünvan 1mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, cavabdeh x2 iddiaçı x1na qarşı “alqı satqı müqaviləsinin və bu müqavilənin doğurduğu nəticələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli, 2(103)4657/2018 saylı qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Sarıyev və H.Həmidov Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(001)-2 613/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli, 2(103)-4657/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2na, x3, x4, x5, x6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və ünvan 1mənzilinə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili 01.09.2015-ci il tarixdə alğı-satqı yolu ilə alm ış və 30.11.2016-cı il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh x2 və onun ailə üzvləri, iş üzrə digər cavabdehlər mənzili iddiaçıya satan zaman 01.12.2015-ci il tarixinə mənzili tərk edib iddiaçıya təhvil verəcəklərinə və könüllü olaraq pasport qeydiyyatından çıxacaqlarına söz vermişdilər. Lakin buna baxmayaraq cavabdehlər bu vaxta qədər mənzildən qeydiyyatdan çıxmamışlar və mənzili boşaldıb təhvil verməmişlər. İddiaçı onlara mənzili boşaltmalarını təklif etsə də, könüllü çıxmaqdan imtina etmişlər. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulur, mənzilindən istədiyi kimi istifadə edə bilmir. Cavabdeh x2 iddiaçı x1na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə 01.09.2015-ci il tarixdə müba hisəli mənzilə dair bağlanmış “Daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin” ləğv edilməsi, həmin mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş RX seriyalı, ******* №-li “Çıxarışın” ləğv edilməsi və ondan 41.500 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, x2 iddiaçı ilə 01.09.2015-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlayaraq ondan 41.500 manat pul almışdır. Müqavilə formal xarakter daşımış və razılığa əsasən 6 aydan sonra aldığı 41.500 manatı geri qaytarmalı, həmçinin hər ay üçün 1.050 manat faiz ödəməli idi. x2 6 ay 1.050 manatdan cəmi 6.300 ABŞ dolları pul ödəmişdir. 6 ay faiz ödədikdən sonra borc müqaviləsinin müddətini 1 il uzatmışlar. Müqavilənin müddəti 30.03.2017-ci il tarixdə bitir. Maliyyə böhranı yarandığına görə pulu ödəyə bilmir. Müqavilə müddətinin uzadıldığı müddət ərzində faizləri də ödəyə bilməmişdir. Yaranmış vəziyyətdən x1 sui-istifadə edərək mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılmaları barədə iddia qaldırmışdır. Mənzilin alqı-satqı müqaviləsi formal xarakter daşıdığından mənzili təhvil verməmişdir. Hazırda x1 35.000 ABŞ dolları tələb edir, hansı ki, x2 41.500 manat vermişdir. Cavabdeh faizləri ödəyə bilmir. Əlavə faizlərin hesablanmasının qarşısını almaq üçün aralarındakı borc müqaviləsinin ləğvi zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kas sasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli, 2(103)-4657/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 və vəkili Babayev Vüqar İsa oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı x7 və cavabdeh x3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onların işt irakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan mübahisəli mənzilin alqı-satqısına dair 4Ə-1947 №-li notariat işində olan sənədlərdən görünür ki, mübahisəli mənzil 06.08.2010-cu ildə verilmiş “Çıxarışa” əsasən x2un mülkiyyətində olmuşdur. x2 və x1 mənzilin 41.500 manata alğı-satqı edilməsinə dair razılığa gəldiklərini bildirərək daşınmaz əmlakın alqı-satqı müqaviləsinin nota rial qaydada təsdiq edilməsini xahiş etmişlər. Həmin vaxt mənzildə cavabdehlər qeydiyyatda olmuşlar. x2 həyat yoldaşı olan x3 01.09.2015-ci il tarixdə ərizə ilə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontoruna müraciət edərək mübahisəli mənzilin satılmasına etiraz etmədiyini bildirərək, mənzili müqavilədə göstərilən müddətdə tərk edəcəyini və qeydiyyatdan çıxacağını öhdəlik olaraq üzərinə götürmüşdür. 01.09.2015-ci il tarixdə mübahisəli mənzilin 41.500 manata satılması barədə iddiaçı x1 ilə cavabdeh x2 arasında “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” təsdiq edilmişdir. Həmin müqavilədən müəyyən olunur ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürmüş (bənd 8), daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmamasın a təminat vermiş (bənd 9), müqavilə notarial qaydada təsdiq edildiyi tarixdən 01.12.2015-ci il tarixədək satdığı mənzili alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi (bənd 11), 01.12.2015-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı (bənd 13) öhdəsinə götürmüşdür. İşdə olan x8-nin 01.09.2015-ci il tarixli “Mədaxil orderindən” görünür ki, alıcı x1 tərəfindən alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlik yerinə yetirilərək notariusun depozit hesabına 41.500 manat məbləğində alqı-satqı predmeti dəyərində pul ödənilmişdir. İşdə olan 30.11.2016-cı il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” müəyyən edilir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə x1in adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Kons titusiyasının 13.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157-ci maddəsinə g örə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəl lənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlə bağladığı alğı-satqı müqaviləsinin şərtlər ini yerinə yetirmiş mənzilin dəyərini tam ödəməklə mənzili qanuna uyğun olaraq öz mülkiyyətinə qəbul etmişdir. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə öhdəlik kimi götürdükləri mənzili 01.12.2015-ci il tarixədək iddiaçının faktiki sahibliyinə verərək qeydiyyatdan çıxma vəzifəsini yerinə yetirməmişlər. Odur ki, cavabdehlərin əsassız olaraq mənzildə yaşamağa davam etmələrinin və qeydiyyatda qalmalarının iddiaçının mülkiyyət hüququnu pozduğunu nəzərə almış apelyasiya məhkəməsi ilk iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). MPM-nin 77.1-ci maddəsinə mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iş materialları ilə iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozması sübuta yetmir. Bunun əksinə onun x1 tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyin tam həcmdə icra edilməsi, Müq aviləinin şərtlərinin x2 tərəfindən pozulması iş materialları ilə öz təsdiqin tapır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar