Məhkəmə qərarları › İş №2(102)-2444/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2444/2019

16.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2444/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xə tai rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 9962.41 ABŞ dolları əsas borc, 2821.69 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 12884.10 (on iki min səkkiz yüz səksən dörd dollar on sent) ABŞ dolları pulun ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” X2 ödənilmiəsi, tələbin Cavabdeh məxsus olan və 18.08.2014-cü il tarixli 22-A-1-0-1126-14 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 2014-cü il buraxılışlı, “Seat Toledo” markalı, (ban VSSZZZNHZF1008729, mühərrik CFN587799) ** TE *** dövlət qe ydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobil açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı “xxxx” X1 borcunun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Xətai rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh arasında 18.08.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 9.962,41 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.248,13 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 891,42 ABŞ dolları, cəmi isə 14.101,96 ABŞ dolları pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tu tularaq Banka ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və cavabdehə məxsus “Seat Toledo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanmış 18.08.2014 tarixli “Kredit müqaviləsinə” əsasən Bank, tərəfindən Cavabdeh avtomobil almaq məqsədi ilə illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.670 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq mülkiyyətindəki avto mobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında 18.08.2014 tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə onun Banka 06.06.2017-ci il tarixə 9.962,41 ABŞ dolları məbləğində əsas borcu, 3.248,13 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən, Bank tərəfindən Cavabdeh cərimə tətbiq edilmişdir ki, bu cərimənin də miqdarı 891,42 ABŞ dolları təşkil edir. Bank, tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləği ndə dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 18.08.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə, kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 15.670 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdeh, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik ləri lazımınca icra etməmiş, tərəflər arasında razılaşdırılmış qrafik üzrə ödənişlər aparmamış, borcunu tam ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş 06.06.2017-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin, 06.06.2017-ci il tarixə Banka 3.248,13 ABŞ dolları məbləğində faiz və 891,42 ABŞ dolları məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, işə baxan məhkəmələr faiz məbləği hissəsində iddianı qismən təmin edərkən iş üzrə keçirilmiş ekspertiza rəyini əsas tutmuşlar. B elə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.2018-ci il tarixli, 28266 nömrəli rəyindən görünür ki, cavabdehin 16.07.2017-ci il tarixə Banka olan faiz borcunun məbləği 2.821,69 ABŞ dolları təşkil edir. Əlavə olaraq qeyd edilir ki, Bank tərəfindən 18.08.2014-cü il tarixli “Kredit müqaviləsi üzrə” hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan “Kredit müqaviləsi üzrə” cərimə borcu hesablanmamışdır. Həmin rəyin işin hallarına uyğun olmaması barədə iddiaçının dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, rəydə bilavasitə tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtləri (8-ci və 9-cu bənd) əsas götürülər ək, ona uyğun hesablama aparıldığından ekspert rəyinin əsaslılığına hər hansı bir şübhə yaranmamış və iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar