Məhkəmə qərarları › İş №2(102)-2445/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2445/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2445/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-138/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 28 iyun 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən cəmi 8176 manat məbləğində pulun və ödənilmiş 96 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)-657/2022 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh cəmi 8176 manat pulun alınıb İddiaçı verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 96 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-138/2024 saylı mülki iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(051)- 657/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, “Chevrolet Aveo” markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə 1000 manat, 5.5 qram çəkidə, 583 əyarlı olmaqla Rusiya istehsalı qızıl üzüyə görə 440 m anat, 10 kisə kömürün satışından əldə olunan 120 manat və vəkilə ödənilmiş pula görə 200 manat, cəmi 1760 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 96 manatın 20.6 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayəti müddət buraxılmaqla verildiyinə görə geri qaytarılmışdır.

7. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə göndərmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qətnamənin həm iddiaçı və həm vəkili kimi xx.xx.2024-cü il tarixdə yerləşdiirlməsidiyini fikirləşiblər məhkəmə aktının proses iştirakçısına xx.xx.2024-cü il tarixdə imzalandığını görüb xx.xx.2024-cü il tarixədək müddətin olduğunu güman etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli, 2(107)-138/2024 nömrəli qərardadı ilə iddiaçı və vəkili tərəfindən verilmiş müddətin bərpası barədə vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Elektron məhkəmə informasiya sistemində y aradılmış elektron kabineti mövcuddur və 5 fevral 2024-cü il tarixli, 2(107)-138/2024 saylı qətnaməsi 15 fevral 2024-cü ildə İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində yerləşdirilmişdir. Sonuncu tərəfindən 22 aprel 2024-cü il tarixdə verilmiş kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(107)- 138/2024 nömrəli qərardadı ilə müddətin ötürülməsi səbəbilə geri qaytarılmışdır.

10. MPM-nin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar m övcud deyildir. Çünki iddiaçı və vəkili həmin prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə Məhkəməyə sübut təqdim edə bilməmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 130.1, 133.1, 133.3, 133.4,133.5ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadını ləğv edib, 5 fevral 2024-cü il qətnaməsindən kassasiya şikayəti vermə və ötürülmüş müddətin bərpa edilərək, mülki işin mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə və MPM-in 87,130 -cu maddələrinə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı 05 fevral 2024-cü il tarixli qətanməsinin 22 fevral 2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet”ə yerləşdirildiyini fikirləşmişdir. Belə ki, məhkəmə aktının proses iştirakçısına xx.xx.2024-cü il tarix, saat 12:30 radələrində imzalandığını görüb, qətnamədən kassasiya şikayəti vermə müddətinin elə xx.xx.2024-cü il tarixədək olduğunu güman etmişdir. Elə bu səbəbə görə də kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir.

15. Bundan başqa onu da qeyd etmişdir ki, qətnamədən kassasiya şikayəti texniki səhvə yol verilərək 7 gün ötürülməklə verilmişdir. Yəni bu elə də böyük bir müddət olmamış, elə buna görə də apellyasiya instansiya məhkəməsinə müddətin bərpası barədə vəsatət v erilmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi əsassız olaraq həmin vəsatəti təmin etməmişdir. Halbu ki, cavabdeh şəhər məhkəməsinin 10 may 2023-cü il tarixli qətnaməsindən daha uzun müddət ötürərək apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti icraata qəbul edilmişdir.

16. Məhkəmənin bu nəticəsi iddiaçının məhkəmə qərarını mübahisələndirmək hüququnun pozulması və məhdudlaşdırılması kimi hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçıla rına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

18. Maddə 10-.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

19. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

21. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

22. Maddə 408.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.

23. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsini mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

27. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş ş ikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

28. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

29. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdir məyə yönəlmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

31. Tərəf kassasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəblərdən baş verməsi ilə bağlı apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

32. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 407 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRAR A ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli 2(107)-138/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar