Məhkəmə qərarları › İş №2(102)-2446/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2446/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2446/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusuna görə tələblər, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(107)-382/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 3 avqust 2022-ci il tarixdə X1 məxsus, etibarnamə ilə idarə etdiyi 2006-cı il buraxılışlı olan “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək, İddiaçı məxsus olan “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobili vuraraq maddi ziyan vurmuş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunmuşdur. 2. “Haval Azərbaycan” T exniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markalı, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12299 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi ilə bağlı cavabdehin əməli nəticəsində vurulmuş maddi ziyanın, yəni, 7299 manatın, müqavilə əsasında vəkilə ödənilmiş 100 manatın və dövlət rüsumu kimi ödənilmiş 94 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi zamanı ona məxsus minik avtomobilinə 12.299 manat maddi ziyan dəymiş və sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, qalan 7299 manat maddi ziyan isə cavabdeh tərəfindən ona geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan avtomobilə dəymiş ziyanın qalan hissəsini, yəni 7299 manat maddi ziyanı ödəməkdən qərəzli olaraq yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır.

5. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz bildirmişdir ki, hadisə yerində iştirak etmiş “Azsığorta” şirkəti və ekspert avtomobilə dəymiş ziyanı hesablamış və məlum olmuşdur ki, avtomobilə 5000 manat ziyan dəymiş və sığorta şirkəti tə rəfindən qarşılanmışdır. “Haval Azərbaycan” Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta əsasən avtomobilə dəymiş ziyan şişirdilmiş rəqəm yazaraq 12.299 manat hesablamışdır. Minik avtomobilinin bugünkü real bazar qiyməti 13000 manat təşkil etmişdir. Belə ki, bir sol qabaq qapı və qanadın əzilməsinə “Azsığorta” şirkəti və ekspert yerində baxış keçirərək canlı şəkildə gördükləri ziyanın 5000 manat təşkil etdiyini görmüş və zərərçəkmişə ödəmişlər. “Haval Azərbaycan” Texniki Xidmət Mərkəzi əlavə olaraq 7299 manat dəymiş ziyan aktını haradan çıxardıqları və yazmaları qaranlıq məqamın olmasını göstərmişdir. Minik avtomobilini 12.299 manata sıfırdan bütün detallarını təzələmək mümkündür. “Azsığorta” şirkəti və ekspert hadisə yerində dəymiş ziyanı canlı görməklə hesablayaraq qarşı tərəfə dəymiş 5000 manatı ödəmişdir. 6. "xxxx" MMC tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş, ƏEM/F04-044/23 saylı mütəxəssis rəyinə əsasən, avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınacaq ehtiyat hissələrinin və usta xərcinin dəyəri 11.334 manat təşkil etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla, avtomobilin təmir-bərpa xərci avtomobilin ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmə klə təxminən 10160 manat müəyyən edilmişdir.

8. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin edilərək, cavabdehdən 5160 manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 65 manatının və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 manatının tutularaq iddiaçıya ödənilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissə də təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halı olmuşdur. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilməmişdir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddia tələbi qismən təmin edilməlidir.

10. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 7299 manat məbləğ tələb etməsinə və “Haval Azərbaycan” Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsas ən avtomobilə 12299 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 10160 manat müəyyən edilmişdir. Sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir.

11. Birinci instansiya məhkəməsi belə olan halda hesab etmişdir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə gəldiyi nəticə ni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, minik avtomobilini 12.299 manata sıfırdan bütün detallarını təzələmək mümkün olmuşdur. Faktiki olaraq “Azsığorta” şirkəti və ekspert hadisə yerində dəymiş ziyanı canlı görməklə hesablayaraq qarşı tərəfə dəymiş 5000 manatı ödəmişdir. “Haval Azərba ycan” Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta əsas tutaraq yenidən 7299 manat ziyan tələbi ilə məhkəmədə mülki iddia qaldırmaqları əsassız olduğundan iddia rədd edilməli idi. “Turbo.az” saytına nəzər yetirəndə də aşkar görünmüşdür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin qiymətləri 13000-15000 manat arasında dəyişmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-382/2024 nömrəli mülki iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini məhz delikt, yəni yol hərəkəti qaydaları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etmişdir. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübah isəsiz halı olmuşdur. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilməmişdir.

18. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin başlıca dəlili hesablanmış ziyanın yüksək olması ilə bağlı olmuşdur.

19. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi vurulmuş zərəri iş üzrə alınmış ekspert rəyinə əsasən müəyyənləşdirmişdir.

20. Məhkəmə kollegiyası 5 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiy ini nəzərə alaraq, həmin rəylə razılaşmış və həmin rəyi sübut növü kimi qəbul etmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.3, 1115-ci və MPM-in 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 560.1, 560.2, MPM-in 9.3, 101, 103.1, 217.1 və 218.1-ci maddələrinə istinad edilmiş və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəm ək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

33. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayəti ndə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyasının mövqeyi ondan iba rətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-382/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar