Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2448/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Aşıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundanibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-718/2024 saylı, 15 may 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 9 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-104/2017 saylı mülki iş üzrə 25 yanvar 2017-ci il tarixə təyin edilmiş son məhkəmə iclasında Cavabdeh1 iştirak etmiş və həmin iclasla da onun iştirakı ilə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin “nəticə hissəsi” elan edilmiş, qətnamədən şikayət vermə müddəti və qaydası izah edilmişdir.
2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-104/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilmiş, Cavabdeh1 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 32483,49 ABŞ dolları əsas borc, 246,34 ABŞ dolları faiz borcu v ə 1564,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34294,48 ABŞ dolları borcun ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 5 otaqlı, 98.95 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 35.35 kv.m. yardımçı sahədən ibarət 32 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması, borcun mənzilin satışından əldə olunmuş vəsait hesabına banka ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı, 98.95 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 35.35 kv.m. yardımçı sahədən ibarət 32 saylı mənzilə tutma yönəldikdən və o, sat ıldıqdan 1 ay sonra sonuncunun mənzildə olan istifadə hüququnun itirilmiş hesab edilərək həmin mənzilin boşaldılması, bankla Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin ipoteka predmeti olan mənzilin banka təhvil verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.
3. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2 ünvanına məktubla göndərilmiş və poçt zərfi “köçüb” qeydi ilə geri qaytarılmışdır.
4. Zaqatala Rayon Məhkəməsinin sözugedən qətnaməsi iş üzrə digər Cavabdeh2 qeydiyyatda olduğu Zaqatala rayonu, Yengiyan kəndinə göndərilmiş və Cavabdeh2 13 fevral 2017-ci il tarixdə poçt sənədinə şəxsən imza etməklə qətnamənin surətini almışdır.
5. Zaqatala Rayon Məh kəməsinin 2(033)-104/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 28 fevral 2017-ci il tarixdə icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Zaqatala rayon İcra şöbəsinə tapşırılmışdır. Zaqatala rayon İcra şöbəsinin icra məmuru X2 28 fevral 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş və borclulara icra sənədinin könüllü icra edilməsi barədə xx.xx.2017-ci il tarixli bildiriş göndərmişdir. 9 mart 2018-ci il tarixdə “X3” MMC-nin təşkil etdiyi hərracda iştirak etmək üçün icra sənədi üzrə tərəflərə, o cümlədən borclular Cavabdeh1 və Cavabdeh2 8 fevral 2018-ci il tarixli bildiriş göndərilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Cavabdeh1 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti v erərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 5 otaqlı, 98.95 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 35.35 kv.m. yardımçı sahədən ibarət 32 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra sonuncunun mənzildə olan istifadə hüququnun itirilmiş hesab edilərək həmin mənzilin boşaldılması hissəsində iş üzrə icraata xitam verilməsi, yerdə qalan hissədə isə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hazırda apellyasiya qaydasında mübahisələndirdiyi qətnamə qəbul edildiyi vaxt və ondan sonra o, ünvan 2 ünvan üzrə qeydiyyatda olsa da, faktiki olaraq arvadı, 2(033)-104/2017 saylı iş üzrə digər Cavab deh2 qeydiyyatda olduğu Zaqatala rayonu, Yengiyan kəndinə yaşamışdır. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsini arvadı Cavabdeh2 qeyd olunan ünvan üzrə almış, lakin bu barədə ona gec məlumat vermişdir. Qətnamə ona rəsmi olaraq onun müraciətindən sonra, 6 aprel 2024-cü il tarixdə təqdim edilmiş və onun qətnamədən apellyasiya şikayəti vermək hüququ bu tarixdən etibarən yaranmışdır.
8. Məhkəmə iclasında iştirak edən LPO İddiaçı ASC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Cavabdeh1 məhkəmə qətnaməsindən əvvəllər məlumatlı olmuşdur. Belə ki, o dəfələrlə Banka müraciət edərək borcun ödənilməsində ona münasibətdə güzəşt tətbiq edilməsini xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-718/2024 saylı, 15 may 2024-cü il tarixli qərardadı i lə birinci instansiya məhkəməsinin 2(033)-104/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilmiş hallarına istinad edərək qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 yanvar 2017-ci il tarixli qətnaməsindən məlumatsız olması inandırıcı və ağlabatan deyildir. Cavabdeh Habil İamnlı mübahisədən, məhkəmə icraatında işin olmasından, Banka olan borcunun arvadı Cavabdeh2 məxsus evə yönəldilməsi barədə məhkəmə qətnaməsindən, həmin evin 2018-ci ildə hərraca çıxarılmasından artıq məlumatlı olmuşdur. Belə ol an halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh1 isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 7 ildən artıq müddət keçdikdən sonra 06 aprel 2024- cü il tarixdə qətnamənin surətini almış və 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh1 hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir.
11. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 360, 366.1, 402, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 1
2. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(033)-104/2017 saylı qətnaməsi iş üzrə Cavabdeh1 rəsmi olaraq təqdim olunmamış və o həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini ötürməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, hə min sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
22. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədl ərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. Cavabdeh Habil İmanlı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, apellyasiya şikayətinin qeyri-mümkünlüyü üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
33. Belə ki, işdən görünür ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2 ünvanına məktubla göndərilmiş və poçt zərfi “köçüb” qeydi ilə geri qaytarılmışdır. Həmçinin sözugedən qətnamənin surəti iş üzrə digər Cavabdeh2 qeydiyyatda olduğu Zaqatala rayonu, Yengiyan kəndinə göndərilmiş və Cavabdeh2 13 fevral 2017-ci il tarixdə poçt sənədinə şəxsən imza etməklə qətnamənin surətini almışdır.
34. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd edilmiş hallarına istinad edərək qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 yanvar 2017ci il tarixli qətnaməsindən məlumatsız olması inandırıcı və ağlabatan deyildir. Cavabdeh1 mübahisədən, məhkəmə icraatında işin olmasından, Banka olan borcunun arvadı Cavabdeh2 məxsus evə yönəldilməsi barədə məhkəmə qətnaməsindən, həmin evin 2018-ci ildə hərraca çıxarılmasından artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı o lan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh1 isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 7 ildən artıq müddət keçdikdən sonra 6 aprel 2024-cü il tarixdə qətnamənin surətini almış və 17 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh1 hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir.
35. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan prosessual hüquq normalarının tələblərini hazırkı prosessual məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, cavabdeh Hamil İmaninin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(107)-718/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.