Məhkəmə qərarları › İş №2(102)-2449/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2449/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2449/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan “XXX” x4 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 XXX qızı və Cavabdeh3 İddia tələbi: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi (Açar sözlər: zaminliyə müddətin keçməsi ilə xitam verilməsi, əsas öhdəliyin müddətinin bitmə anı, müqavilənin əhəmiyyətsiz şərti, müqavilənin standart şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2763/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: «XXX» x4 (ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış 10.09.2014-cü il tarixli, 770 saylı kredit müqaviləsinə əsasən Bank sonuncuya illik 26 faiz dərəcəsi ilə 30 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankla Cavabdeh2 XXX qızı və Cavabdeh3 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə görə zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıyırlar. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İ ddiaçı cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3292,49 manat məbləğində əsas, 2055,27 manat faiz, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün Bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)601/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 3259,42 manat məbləğində əsas, 7,13 manat məbləğində faiz olmaqla, cəmi 3266,55 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün Bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi Bankın təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən etmişdir ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə kredit müqaviləsi üzrə 3292,49 manat əsas, 7,13 manat faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müddətinin 10.03.2017-ci il tarixində bitdiyini əsas götürərək həmin tarixə yaranmış borc məbləğlərinin hesablanması üçün ekspertiza təyin etmiş, ekspert qeyd olunan tarixə Cavabdeh1 3259,42 manat əsas borcunun olduğunu müəyyən etmiş, məhkəmə də məhz bu rəqəmi əsas götürərək əsas borcu 3259,42 manat, faiz borcunu isə 10 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən müqavilənin sonuna 7,13 manat müəyyən etmişdir. Məhkəmə, həmçinin iddianı zaminlərə aid hissədə zaminliyin müddətinin keçməsi əsası ilə rədd etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-2763/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Abbasov (sədrlik edən və məruzəçi), T.Heydərov və T.Kərimov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi zaminlərə qarşı iddia irəli sürülməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin keçməsinə istinadla iddia tələbinin onlara münasibətdə təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 XXX qızı və Cavabdeh3 ilə bağlanılmış 10.09.2014-cü il tarixli müqavilə üzrə z aminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında bağlanmış 10.09.2014-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 30 ay müddətində, yəni 10.03.2017-ci il tarixinə qədər qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bank zaminlərə qarşı 10.03.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonr akı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də Bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən, zaminliyə xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin kredit faizinin məbləğinin müqavilə müddəti ərzində hesablanmalı olmas ı qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, borcalana müqavilə əsasında 10.09.2018-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, Bankla Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə kredit 30 ay müddətinə (10.03.2017-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində borcalanın illik 26% ödəməli olduğu razılaşdırılmışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh1 hesablanmalı olan faiz borcunun 7,13 manat təşkil etməsi qənaətinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı v ə izahatları: İddiaçı (vəkil x2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq zaminlik müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaəti Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kre dit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarına məhəl qoymamış, maddi və prosesual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərm ədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı tərəfindən şikayət verildiyindən və şikayətin dəlillərinə görə qətnamə zaminlərə qarşı iddianın təmin olunmaması hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ i olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (maddə 477.0.4). “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi tə biətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələn dirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı işə baxarkən apelyasiya instansiyası məhkəməsi baxılan mübahisə üzrə zaminliyə müddətin keçməsi ilə xitam verilməsinə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış qiymət vermişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olu nduğu hallarda zaminliyin bütün öhdəliklər tam ödənilənədək qüvvədə olması barədə müqavilə şərti hüquqi müəyyənlik prinsipinə, mülki qanunvericiliyin zaminliyə xitam verilməsini, habelə müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Belə ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunv ericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq Banklar tərəfind ən təklif olunur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “XXX” x3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2763/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın zaminlərə qarşı təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar