Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-245/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əsassız varlanmadan irəli gələn pul tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1247/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən "xxxx" MMC özünə məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7.000 manat olmaqla, ümumilikdə 504.000 manata İddiaçı1 satmışdır. 2. 19 oktyabr 2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı1 "xxxx" MMC-dən 19 oktyabr 2015-ci il tarixli 12 nömrəli müqavilə üzrə aldığı Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrə li ticarət sahəsinə görə ödəniləcək məbləği tam şəkildə ödəmişdir.
3. İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 2016-cı il tarixli 3 nömrəli müqaviləyə əsasən İddiaçı2 İddiaçı1 120 gün ərzində Bakı Akkord istehsalı olan 500 marka sement, Alçıpan, Alçıpan profilləri, şpaklyovka və digər tikinti materialları verilməsini üzərinə götürmüş, İddiaçı1 isə sözügedən malların müqabilində dəyəri 504.000 manat olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini İddiaçı2 adına keçirməli idi. Müqavilənin 4.1-ci bənidnə görə İddiaçı1 İddiaçı2 ilkin olaraq 120.000 manat ödəmişdir. 4. 20 iyun 2016-cı il tarixli 29 nömrəli müqaviləyə əsasən "xxxx" M MC Cavabdeh Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini 432.000 manata satmışdır. Həmin Müqavilənin 2.2-ci maddəsinə görə “Alıcı” tərəfindən 72 kv.m. olan ticarət sahəsinin qiyməti nağd qaydada ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsinin 175.000 manatı istisna olmaqla, qaytarılmamış 329.000 m anat manat məbləğin və ödənilmiş 619 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1951/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iddia ərizəsinə əlavə olunmuş sənədlər əsasında işə baxıb hüquqi qiymət verərək hesab edir ki, ilk öncə iddiaçıların iddia tələbində qeyd etdikləri kimi, cavabdehin onlara pul məbləğinin borclu olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. İddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində və izahatında qeyd edir ki, Cavabdehlə iddiaçılar arasında müəyyən razılaşmalar olmuş, həmin raz ılaşmalara görə İddiaçı2 Cavabdeh 175000 manat pul borclu qalmışdır. Borcun əvəzində İddiaçı1 cavabdehə dəyəri 504000 manat olan ticarət sahəsini vermişdir. Lakin bu hissəyə aid iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Nəticədə, İddiaçı2la Cavabdeh arasında işgüzar münasibətlərin olub- olmaması, İddiaçı2 Cavabdeh tikinti malların alıb-almaması, habelə pul məbləğinin borclu qalıb-qalmaması qeyri-müəyyən olaraq qalmışdır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2016-cı il tarixli 29 nömrəli alqı-satqı müqaviləsi nə müqavilə tərəfləri, nə də ki, maraqlarına toxunan şəxslər tərəfindən mübahisələndirilmişdir. Müqavilənin etibarsızlığını təsdiq edən məhkəmə qətnaməsi mövcud deyil. Belə olan halda, müqavilə və onun müəyyən etdiyi şərtləri qüvvədə olmuş hesab edilir. İş materiallarında sözügedən müqaviləyə aid olan sənədlər olmasa da, iddia ərizəsində və iddiaçının vəkili tərəfindən verilən izahatdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsi 2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1 satılmış, 2016-cı il tarixdə isə məhz İddiaçı1 razılığı ilə "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apellyasiya şikayəti vermişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1247/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixl i qətnaməsi ilə (hakimlər S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İlk öncə qeyd olunmalıdır ki, mövcud iddia üzrə həm İddiaçı1 və həm də İddiaçı2 iddiaçı olaraq tələb irəli sürsələr də, lakin ərizənin məzmunundan görünür ki, sonda cavabdehdən tələb olunan pulun İddiaçı1 xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmə kollegiyası bu mənada ilkin olaraq İddiaçı1 tələbinin əsaslarına hüquqi qiymət verərək qeyd edir ki, sonuncu ona əvvəllər məxsus olmuş qeyri-yaşayış sahəsini digər İddiaçı2 Cavab deh olan 175.000 manat borc müqabilində həmin borcu qaytarılanadək İddiaçı2 tərəfindən cavabdehin adına keçirildiyini, lakin borcun qaytarılaraq əmlakı geri qaytarılmasını tələb etsə də, cavabdehin bundan imtina etdiyini, nəticə də 504.000 manat dəyərində olan qeyri-yaşayış sahəsinin ona qaytarılmalı olan 329.000 manatını qaytarmamaqla cavabdehin əsassız olaraq varlandığını iddia etsə də, lakin bu halları təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2016-cı il tarixli 29 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh 432.000 manat müqabilində satılmışdır. Başqa sözlə desək, həmin sahə ilə bağlı İddiaçı1la Cavabdeh arasında hər hansı bir müqavilə mövcud olmamış və sonuncu tərəfindən id diaçının tələb etdiyi məbləğdə borclu qalması müəyyən olunmur. Həmçinin o da nəzərə alınmalıdır ki, Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 29 saylı alqı-satqı müqaviləsi (etibarsızlığı və ləğvi) İddiaçı1 tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, cavabdehlə iddiaçı arasında qeyri-yaşayış sahəsinin onun iddia etdiyi kimi 504.000 manata satılmasını təsdiq edən hər hansı bir tutarlı sübut mövcud deyil. Odur ki, iddiaçı ilk növbədə cavabdehin onun hesabına varlandığını və bununla ona zərər vurduğunu sübut etməli olduğı halda bunu təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir.Kollegiya vurğulayır ki, iddiaçı və onun mərhum ərinin sözü gedən əmlak barəsində vicdanlı və ya vicdansız sahib olduqları müəyyən edilmir.... Bununla yanaşı mə hkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı etirazında Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iki illik müddətin keçməsini də nəzərə almaqla iddianın rədd edilməsi barədə dəlilinə gəldikdə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 1095-ci maddəsi).... İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürməklə məhkəməyə müraciət etdiyindən, bu əsasla da iddia tələbi təmin edilə bilməz.” KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 375.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələblərini pozmuşdur. Şikayətin digər dəlilləri işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respu blikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. Azərbaycan Respublik asının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. əsassız varlanma; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əld ə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı təl əb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız v arlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
24. Məhkəmə kollegiyası, ilk olaraq, bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavi rə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütü n sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüqu qi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
25. Kassasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, şikayətin Mülkli Məcəllənin 21, 375.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələblərinin pozulması barədə dəlilində pozuntunun nədən ibarət olması, həmin normaların əslində hansı qaydada tövsif və tətbiq edilməli olması konkretləşdirilməmişdir.
26. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
27. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1247/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.