Məhkəmə qərarları › İş №2(102)-2452/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2452/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2452/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2452/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, 13 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vnun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7051/2020 nömrəli iş üzrə xxxci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 02 mart 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 140940 manat müqavilə üzrə nəzərdə tutulmuş əsas borcun, notarial xərcləri kimi ödənilmiş 92 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 141062 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2014-cü ildə o, cavabdeh ilə 14 saylı Dövlət Notariat Kontorunda kredit müqaviləsi bağlamışdır. Müqavilənin 1-ci bəndinə əsasən, o, cavabdehə 140940 manat məbləğində pul vəsaitini bir ay müddətinə vermişdir. Müqav iləyə görə cavabdeh pulu 16 noyabr 2014-cü il tarixinədək qaytarmalı olmasına baxmayaraq, keçən müddət ərzində borcunu müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx-cı il tarixli 2(007)-3548/2016 nömrəli qətnaməsi ilə (hakim Elnur Nuriyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı 140940 manat məbləğində borc alması iddiaçının və onun nümayəndəsinin izahatları, iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 16.10.2014-cü il tarixli kredit (borc) müqaviləsi ilə təsdiq edilir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və borcunun ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də id dia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 442, 448.2, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xxx-ci il tarixli, 2(103)-7051/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xxx-cı il tarixli 2(007)-3548/2016 saylı qətnaməs inin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasına təqdim edilmiş notariat işinin surətindən görünür ki, 16 oktyabr 2014cü il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 140940 manat borc pul verir, borc alan Cavabdeh həmin 140940 manatı pul şəklində 1 ay müddətinə İddiaçı qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən pul vəsaiti cavadeh tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi tərəflər arasında bağlanmış müqavilə ilə təsdiq olunur. Bundan başqa həm kredit mü qaviləsi, həm də notariat işinə əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına qəbul edilməsinə dair ərizə cavabdeh tərəfindən imzalanmışdır. Belə olan halda, onun müqavilədən xəbərsiz olması həqiqəti əks etdirmir. Bundan başqa kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri göndərilmişdir. Qeyd olunan ünvan eyni zamanda apelyatorun şikayətində də əks olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haql ı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan heç vaxt 140940 manat borc pul almamış, o cümlədən kredit müqaviləsi bağlamamışdır. Yalnız bir dəfə lizinq müqaviləsinin təminatı kimi 14 saylı notariat kontorunda zaminlik müqaviləsini imzalamışdır. Bundan bir müddət sonra onlar arasında münasibətlər korlanmış və onu bir daha görməmişdir. Eyni zamanda iddiaçı bu günə kimi ondan pul tələb etməmişdir. 16.10.2014-cü il tarixli kredit müqaviləsindən və Nizami Rayon Məhkəməsinin qətnaməsindən 2020-ci ilin iyul ayında xəbər tutmuşdur. Pul vəsaitinin ona təhvil verilməsi ilə bağlı iş materiallarında heç bir sübut mövcud olmamışdır. O, aldadıraraq həmin sənədlərə imza etsə də, məxaric orderindəki imza ona məxsus olmamış, həmin sənəd saxtalaşdırılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı vəkili V məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq göstərmişdir ki, cavabdehin kasasiya şikayəti dəlili və sübutu olmayan ümumi sözlərdən ibarətdir. Məhkəməyə təqdim edilmiş notariat işinin surətindən görünür ki, 16.10.2014-cü il tarixli kredit müqaviləsi ilə iddiaçı cavabdehə 140940 manat borc pul verir, borc alan cavabdeh həmin 140940 manatı pul şəklində 1 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəf qeyd edilənlərin əksinə dair hər hansı bir sübut təqdim etməmişdir. Onun şikayəti əsassız olmaqla, məhkəmə prosesləri ilə vaxtı uzatmaq xarakteri daşıyır. Cavabdehin kasasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Kasasiya şikayəti daha çox onun izahatına bənzəyir. Qətnamənin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də kasasiya şikayəti təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə va xtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, həmçinin cavabdeh müqavilı bağlanan tarixdə 14 saylı Notariat Kontorunun notariusuna ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə alacağı 140940 manat pulun gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq məqsədilə notariusun depozit hesabı vasitəsi ilə ödəmək barədə razılığa gəlmələrini bildirmiş, müqavilənin notarial qaydada təsdiq edilməsi üçün qeyd edilən məbləğin depozit hesaba qəbul olunmasını xahiş etmişdir. Əldə edilmiş notariat işindən də görünür ki, qeyd edilən məbləğ notariusun depozit hesabına köçürülmüş, bundan sonra tərəflər arasında olan müqavilə təsdiq edilmiş, notarius “xxxx” ASC-nin 5 saylı şöbəsinə həmin tarixdə məktub ünvanlayaraq göstərilən məbləğin cavabdehə verilməsi üçün bankda olan depozit hesaba qəbul olunmasını xahiş etmişdir. Hazırki halda cavabdeh iddiaçıdan pul məbləğini almadığını, pulun onun tərəfindən məxaric edilməsinin sübut edilmədiyini göstərsə də, notariat işindən də göründüyü kimi, o, özü borcun predmeti olan pulun depozitə qəbul edilməsini notariusdan xahiş etmiş, notari us da banka məktub ünvanlayaraq həmin pulun cavabdehə verilməsi üçün depozitə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda onun kasasiya şikayətində göstərmiş olduğu dəlillər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7051/2020 nömrəli iş üzrə xxxci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar