Məhkəmə qərarları › İş №2(102)-2455/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2455/2020

30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2455/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X5 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı İsmixan qızı və onun vəkili Tağıyev Kamran Həsən oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-ci il tarixli qətnaməsindən İddiaçı İsmixan qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-736/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Məmmə dov) iddia qismən təmin edilərək, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(049)1905/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən, məruzəçi), T.Heydərov və F.Abbasov, 2(106)1874/2019 saylı mülki iş) hazırki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-736/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh övladları, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü Lənkəran Rayon Məhkəməsinin 2(049)-1905/2013 saylı xx xxxxxxx 2013-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit məbləğində müəyyən edilməsi, alimentin artırılmış hissədə tutulmasının icrasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. İşin halları: İddiaçı İsmixan qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən övladları, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə hər ay sabit pul məbləğində 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin alınıb ona verilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə X3 və xx xxxxxx 2013-cü il tarixdə X4 adlı övladları olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(049)-1905/2013 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü hər birinə görə sabit pul məbləğində ayda 50 manat olmaqla hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Uşaqların qayğıları artmışdır. 50 manatla bir uşağı saxlamaq mümkün deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İsmixan qızı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, hər uşaq üçün sa bit pul məbləğində 160 manat olmaqla, cəmin 320 manat məbləğində müəyyən edilməklə, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il üçün qanunla bir uşağa görə bir aylın ehtiyac meyarı 160 müəyyən olunduğunu nəzərə almamış və iddiaçıdan əlavə sübutlar tələb etmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı İsmixan qızı və onun vəkili Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak e tməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmə si tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırkı iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması ilə bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından da göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. İddiaçı hər uşağa görə müəyyən edilmiş 50 manat alimentin artırılaraq 250 manat məbləğində müəyyən edilməsini tələb edir. Lakin tələbin qanuni əsası kimi qeyd olunan normada nəzərdə tutulan dispozisiya şərtlərini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilmir. İşə baxan məhkəmə ca vabdehin etirafını əsas tutaraq iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmə uşağın mənafeyini əsas götürərək, iddia tələbini qismən təmin etmiş, cavabdehdən 200 manat məbləğində alimentin tutulması qənaətinə gəlmiş, daha artıq məbləğdə alimentin tutulması üçün cavabdehin maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı iddiaçı sübut təqdim etmədiyi üçün iddianı qalan hissədə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İsmixan qızının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar