Məhkəmə qərarları › İş №2(102)-2455/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2455/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2455/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu (delikt), sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1501/2023 nömrəli mülki iş üzrə 15 fevral 2023-c ü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkət tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra birinci cavabdeh və ya Sığorta Şirkəti) ilə Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli işəmuzd əmək müqaviləsinə əsasən sonuncu Sığorta Şirkətinin «Nizami» rayon filialında direktor vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı (bundan sonra - iddiaçı) ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra - birinci cavabdeh) adından ikinci cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, A.Manafov, T.Abbasov, Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2453-cü məhəllə, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139 kv.m. olan qeyri-yaşayış sahəsini (bundan sonra-mübahisəli qeyri yaşayış sahəsi) xx.xx.2022-ci il tarixədək birinci cavabdehə icarəyə verməyə, sonuncu isə bunun müqabilində iddiaçıya ayda 2.200 manat olmaqla icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə münasibətləri xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.

3. Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş və «İcarəyə verən» qismində birinci cavabdehin adından ikinci cavabdeh ilə «İcarəçi» qismində X3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, birinci cavabdeh xx.xx.2021ci il tarixli 3M-862 reyestr saylı icarə müqaviləsinə əsasən iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin 39 kv.m-lik hissəsini «Subicarəçi» X1 verilmişdir. Subicarə müddəti xx.xx.2021-ci il tarixindən qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. «Subicarəyə götürən» X3 «Subicarəyə verən» birinci cavabdehə aylıq 300 manat subicarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə öhdəliklərinin yerinə yetirilməsi haqqında pretenziya ünvanlayaraq birinci cavabdeh tərəfindən icarəyə müqaviləsinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixdə müraciət edildiyini, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Sığorta Şirkəti tərəfindən icarə haqqının ödənilmədiyi, bundan başqa müqaviləyə xitam verilməsi üçü n müraciət etdiyi vaxtından bu günə kimi birinci cavabdehin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarmadığını, bu səbəbdən də, istifadəsində olan qeyri-yaşayış sahəsini icarəyə verə bilmədiyini qeyd etmiş, göstərilənləri nəzərə alaraq Sığorta Şirkəti tərəfindən ödənilməmiş icarə haqqlarının ödənilməsini və hüquqi şəxsə məxsus əşyaların mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmasının 3 gün ərzində təmin etməsini xahiş etmişdir.

5. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birinci cavabdehin iddiaçıya qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, iddiaçı ilə Sığorta Şirkətinin adından ikinci cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icar ə müqaviləsinin etibarsız hesab edilməsi, Sığorta Şirkəti tərəfindən 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq Sığorta Şirkətinə ödənilməsi qət edilmişdir.

6. İşin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 manat dəymiş zərərin və 123 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Ş irkəti tərəfindən ödənilməli olan icarə haqqı bu günə kimi ödənilməmişdir. Bundan başqa müqaviləyə xitam verilməsi üçün müraciət edildiyi vaxtdan bu günə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin əşyaları icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamışdır. Bu səbəbdən iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsini icarəyə verə bilmir və bununla da ona zərər dəyir. İcarə haqqının ödənilməsi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)2212/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmişdir. Göründüyü kimi, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öz işçisinin müqavilə bağlanması barədə məlumatlı olmuş, bunu qəbul etmişdir. Cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə edəndən sonra həmin sahəni tərk etmiş və ödəniş edilməmişdir. Bununla da iddiaçıya ziyan vurulmuşdur.

9. Birinci cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz təqdim edərək, həmçinin izahatında göstərmişdir ki, müqavilənin bağlanması ilə əlaqədar filialın direktoru vəzifəsində çalışmış ikinci cavabdehə Şirkətin İdarə Heyəti tərəfindən hər hansı tapşırıq verilməmiş, eyni zamanda həmin şəxsə Şirkət adından icarə müqaviləsini bağlamaq səlahiyyəti verən etibarnamə təqdim olunmamışdır. Sözügedən müqavilə üzrə icarəyə verən tərəfindən Şirkətə xx.xx.2022-ci il tarixində pretenziya məktubu ünvanl anmış, məktubda müqavilənin bağlandığı gündən bu günə qədər ödənməmiş icarə haqqının ödənilməsi tələb olunmuş, daha sonra isə müqaviləyə xitam verilməsi və ödənməmiş icarə haqlarının ödənilməsi tələbləri ilə bağlı xx.xx.2022-ci il tarixində ərızə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Filialın direktoru vəzifəsində çalışmış ikinci cavabdeh adıçəkilən icarə müqaviləsini Şirkət adından hansı əsasla bağladığının müəyyənləşdirilməsi məqsədilə müqavilənin bağlanması zamanı həmin şəxs tərəfindən Notariat ofisinə təqdim edilmiş sənədlərin surətlərinin verilməsi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində müqavilənin bağlandığı Bakı şəhəri 50 saylı Notariat ofisinə sorğu verilmış, sorğuya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu və məktuba əlavə edilmiş sə nədlərdən aydın olmuşdur ki, ikinci cavabdeh müqavilə bağlanarkən bu müqaviləni bağlamağa səlahiyyətini təsdiq edən sənəd qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "xxxx" Əsasnaməni və özünün Şirkətin filialının direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar Şirkətin xx.xx.2011-ci il tarixli, 102 nömrəli Əmrini təqdim etmişdir. Həmin Əsasnamənin İİİ bölməsi Şirkətin baş agentliyi və agentliklərin əsas vəzifələrini (baş agentlik və agentliklər hazırda filiallar adlanırlar) təsbit edir. Həmin bölmədə Şirkətin agentliklərinə verilən səlahiyyətlərin dairəsi konkret müəyyən edilmişdir və bölmədə agentliklərə Şirkət adından icarə müqavilələri bağlamaq səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Nəticə etibarilə, ikinci cavabdeh səlahiyyəti olmadığı halda icarə müqaviləsi bağlamaq üçün təşəbbüs göstərmiş, Notariat ofisinin xüsusi notariusu isə şəxsin təqdim etdiyi sənədləri yoxlamadan, şəxsi Şirkətin müqavilə bağlamağa səlahiyyətli nümayəndəsi qismində tanımış və müqaviləni təsdiq etmişdir. Buna görə də qeyd olunan mülki iş üzrə cavabdeh Şirkət tərəfindən, bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Aparılmış məhkəmə araşdırması ilə təsdiq olunmuşdur ki, ikinci cavabdeh ona Şirkət tərəfindən verilmiş səlahiyyəti aşmaqla sözügedən müqaviləni bağlamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(006)-2212/2022 nömrəli qətnaməsi ilə Şirkət adından iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş və məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən, Şirkətin iddiaçı qarşısında müqavilə üzrə artıq hər hansı öhdəliyi mövcud olmadığı kimi, dolayısı ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkətə qarşı qaldırılmış iddia da tam əsassızdır. Buna görə də hazırda iddiaçıya dəymiş zərərə görə Şirkət deyil, filialın direktoru vəzifəsində çalışmış ikinci cavabdeh delikt məsuliyyəti daşıyır.

10. Məhkəmə iclasında ikinci cavabdeh izahat verərək göstərmişdir ki, o, adını çəkdiyi şirkətdə 2009-cu ildən filial rəhbəri olaraq fəaliyyət göstərmişdir. Rəhbərlik etdiyi filial şirkətin tabeliyində idi və eyni VÖEN altında fəaliyyət göstərirdi. Qeyd edilən icarə müqaviləsi cavabdeh şirkətin adından və onun xəbəri olmaqla, Nail Əsgərlinin göstərişi əsasında bağlanmışdır. Bununla bağlı şirkətə E-mail vasitəsi ilə məlumat verilmişdir. Müqavilədən əlavə bununla eyni xarakterli bir çox müqavilələr də bağlanmış və heç bir problem yaranmamışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə Nail Əsgərli cavabdeh şirkət tərəfindən filiala nəzarət etmək üçün göndərilmişdir və onun nəzarəti altında müqavilələr bağlanmışdır. Bundan başqa icra predmeti olan obyekt ikinci əldən Nail Əsgərlinin köməkçisi Anar Tağıyevə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixində rəhbəri olduğu filial bağlanmışdır. Qeyd etdiklərinə əsasən tərəfindən iddiaçı ilə bağlanmış müqavilə şirkətin mənafeyi üzrə və onun xəbəri olmaqla bağlandığından həmin müqavilə üzrə cavabdehliyi sı ğorta şirkəti daşıyır. Cavabdeh həmçinin izahatında göstərmişdir ki,o bu iş üzrə subyektiv cavabdehlik daşımır.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4265/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilərək, birinci cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilməsinə baxmayaraq, iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində maddi ziyan dəymişdir. Bu maddi ziyan özündə, mülkiyyətçinin icarəyə vermiş olduğu sahə ilə əlaqədar icarə haqqının və daha sonradan sonuncu cavabdehin qeyriyaşayış sahəsində qalan əmlakları nəticəsində öz sahəsini 3-cü şəxs(lər)ə verə bilməməsi zərərini ehtiva edir.

13. Məhkəmə həmçinin dəymiş maddi ziyanın hesablanması ilə bağlı qeyd etmişdir ki, birinci cavabdehin faktiki olaraq hüququ əsaslar olmadan (məhkəmə qətnaməsi ilə icarə müqaviləsi etibarsız hesab edildiyi üçün) qeyri-yaşayış sahəsini zəbt edərək 2(iki) ay fəaliyyət göstərmiş, daha sonradan əmlaklarını iyun 2022-ci il tarixə yəni dekabr 2021-dən iyun 2022-ci il tarixədək səbəbsiz yerə məşğul etməklə iddiaçıya heç bir haqq verməmişdir. Bu səbəbdən aylıq icarə haqqı 2200 man at olduğundan 8 ay hesablanmaqla (2 ay faktiki fəaliyyət+ qeyri-yaşayış sahəsi 6 ay istifadəsiz qalmışdır) 17.600 manat məbləğində orta məbləğlə ziyan dəyməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 10000 manat dəymiş zərərin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə iddia tələbinin dəymiş zərərin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. İkinci cavabdeh hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən tələb edilmiş birinci cavabdeh ilə ikinci cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncuya verilmiş səlahiyyətlər, əmək funksiyaları boşluq formasında qeyd edilməklə, məhdud çərçivədə sadalananmamışd ır. Bu halın özü isə deməyə əsas verir ki, birinci cavabdeh müqavilə bağlayarkən əmək funksiyalarını və işçinin səlahiyyətlərini dəqiq göstərməməklə ona etibar etmişdir. İşçinin əmək funksiyalarını və səlahiyyətlərinin əmək müqaviləsində dəqiq göstərilməməsi riskini işə götürən özü daşımalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ikinci cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır və təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 152.5, 1096, 1097.1, 1115-ci maddəsinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin birinci cavabdehə aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63,40 (altmış üç manat, 40 qəpik) dövlət rüsumunun iddiaçıdan birinci cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, bağlanmış icarə müqaviləsi məhkəmə qətnəmasi əsasında etibarsız hesab edildiyindən, Şirkətin iddiaçı qarşısında müqavilə üzrə hər hansı öhdəliyi mövcud olmadığı kimi, dolayısı ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkətə qarşı qaldırılmış iddia da tam əsassızdır. Bu səbəbdən, hazırda iddiaçıya dəymiş zərərə görə Şirkət deyil, filialın direktoru vəzifəsində çalışmış ikinci cavabdeh delikt məsuliyyəti daşıyır. Hazırkı mübahisənin hüquqi əsası məhz deliktdən əmələ gələn öhdəliklərə aid olduğundan, zərərin əvəzinin ödənilməsi təmsilçilik səlahiyyətini aşan bilavasitə delikt törətmiş şəxsin, yəni ikinci cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsində iş üzrə iki dəfə hazırlıq iclası keçirilmişdir. İddiaçı iddiasını sübuta yetirməsi üçün əhəmiyyət kəsb edən sənədləri hazırlıq iclası yekunlaşana qədər təqdim etməli idi. İddiaçının nümayəndəsi və vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixində akt əlavə edilmişdir. İstinad olunan maddənin tələbi baxımından, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixində ke çirilmiş baxış iclasında həmin aktın nə üçün hazırlıq iclasında deyil də, baxış iclasında təqdim etdiyini əsaslandırmalı olduğu halda heç bir əsaslandırma gətirməmiş, buna baxmayaraq məhkəmə həmin aktı sübut qismində qiymətləndirərək iş materiallarına əlavə etmiş, habelə qətnamə çıxarılarkən istinad etmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən prosessual hüquq normasının tələbləri pozulduğundan, baxış iclasında verilmiş akta istinad edilə bilməz. Qətnamədə obyektdə olan əşyaların Şirkətin mülkiyyətinə aid olduğu göstərilir. Lakin iş materiallarında həmin əşyaların Şirkətə aid olduğunu təsdiq edən hər hansı sübut olmadığı kimi, məhkəmə iclasında iştirak etmiş ikinci cavabdeh verdiyi izahatında həmin əşyaların özünə məxsus olduğunu etiraf etmişdir. Bu halda, məhkəmə həmin əşyaların əsassız olaraq Şirkətə aid olduğu qənaətinə gəlmişdir. Qətnamədə qeyd olunur ki, “iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində ziyan dəymişdir”. etibarsız müqavilənin bağlanmasından dolayı vurulmuş zərərin əvəzinin ödənilməsi təmsilçiyə aid edilir. Belə olan halda, məhkəmə etibarsız müqavilənin hüquqi nəticəsini doğru qiymətləndirməmişdir. Qətnamədə qeyd olunur ki, “cavabdeh Şirkət müqavilə bağlayarkən əmək funksiyalarını və işçinin səlahiyyətlərini dəqiq göstərməməklə ona etibar etmişdir”. Şirkətin ikinci cavabdehə müqavilə bağlaması üçün etibar etməsi məsələsi müqavilə etibarsızlığı tələbi üzrə əvvəlki məhkəmə mübahisəsinin predmeti hesab olunur. Məhkəmə işin hallarını araşdırmış, Şirkətin həqiqətən də ikinci cavabdehə etibar etmədiyini müəyyən edərək, müqaviləni eti barsız hesab etmişdir. Digər tərəfdən, Şirkətin nizamnaməsində agentliklərin vəzifə və funksiyaları dəqiq müəyyən olunduğundan, əmək müqaviləsində filial direktorunun səlahiyyətlərinin sadalanması tələb olunmur. Bu səbəbdən, məhkəmənin araşdırılmış məsələni təkrar nəzərdən keçirməsi və ona istinad etməsi əsassızdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1501/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə v ə əsaslandırma ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyator şikayətindən ümumiyyətlə həmin məbləği mübahisələndirməmiş, mübahisənin əsası ondan ibarət olmuşdur ki, tələb olunan məbləğ onlardan deyil digər cavabdehdən tutulmalıdır.

20. Hazırkı halda dəymiş ziyan mübahisələndirilmədiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, birinci cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyana görə 10.000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat, cəmi 10.123 (on min yüz iyirmi üç) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətlər ini və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Birinci cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın ona aid hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

23. Kassasiya şikayəti, iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, apelyasiya instansiyasının qətnaməsinə əsasən, iddiaçıya etibarsız müqavilənin bağlanması nəticəsində maddi ziyan dəymişdir və bundan dolayı məsuliyyəti Ş irkət daşıyır. Bu qənaətə görə, belə hesab edilməlidir ki, üçüncü şəxsin adından əsassız olaraq müqavilə bağlanması nəticəsində dəymiş zərərə görə həmin üçüncü şəxs məsuliyyət daşımalıdır. Məhkəmənin bu yanaşması isə MM-nin 360.1-ci maddəsinin istisna edilməsi və nəzərə alınmamasıdır. Eyni zamanda, Qətnamənin həmin bəndində “sonuncu cavabdehin qeyri-yaşayış sahəsində qalan əmlakları nəticəsində öz sahəsini üçüncü şəxslərə verə bilməməsi” qeyd olunur. Məhkəmə baxışı gedişində dəfələrlə verilmiş izahatda qeyd edilməsinə baxmayaraq, iddiaçıya məxsus qeyri- yaşayış sahəsində mövcud olan əmlakın cavabdehlərdən kimə məxsus olması nə birinci, nə də apellyasiya baxışında araşdırılmamışdır. İkinci cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında qeyri-yaşayış sahəsindəki əmlakın özünə ai d olduğunu və “evindən gətirdiyini” bildirsə də, apellyasiya instansiyasında verdiyi izahatında əvvəlkini təkzib edərək, əmlakın Şirkətə məxsus olduğunu bildirmişdir. Apellyasiya baxışında bu faktın qeyd edilməsinə baxmayaraq, məhkəmə işin qeyd olunan halını araşdırmadan, iş materiallarında hər hansı təsdiqedici sübut olmadan həmin əmlakın Şirkətə aid olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə araşdırması kifayət qədər müfəssəl aparılsaydı, həmin əmlakın Cavabdeh1 məxsus olması təsdiq oluna bilərdi. Məhkəmə birinci instansiya məhkəməsinin dəymiş zərərin əvəzinin müəyyən edilməsi meyarı ilə razılaşmış və aylıq 2200 manatdan hesablamaqla, dəymiş zərərin 17600 manat olması qənaətinə gəlmişdir. Lakin məhkəmənin zərərin müəyyənləşdirilməsində istinad etdiyi meyar etibarsız hesab edilmiş icarə müqaviləsindən irəli gəlir. Etibarsız hesab edilmiş bir müqavilə hər hansı hüquqi nəticə doğurmadığı kimi, müqavilədə qeyd olunan icarə haqqı vurulmuş zərərin hesablanmasında meyar kimi istifadə oluna bilməzdi. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), h abelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında qismən-aktın mübahisələndirilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əs asən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1501/2023 nömrəli mülki iş üzrə 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar